Ana səhifə

Akika Qurbanı haqqında ətraflı məlumat verərsiniz, niyə kişilər üçün iki, qızlar üçün bir qurban kəsilər?


YazdırSend to friend
Sual Detayı: 
Akika Qurbanı haqqında ətraflı məlumat verərsiniz, niyə kişilər üçün iki, qızlar üçün bir qurban kəsilər?
Cavab: 

Yeni doğan körpənin başındakı ilk saçlarına akika; bu uşağın doğumundan yeddi gün sonra başındakı tükləri qismən və ya tamamilə qırxıb adını qoyduqdan sonra Allahu Təalaya şükr üçün kəsilən qurbana akika qurbanı deyilir.

 

Hz. Aişə (r.ə.)dan belə rəvayət edilməkdədir.

 

"Rəsulu Əkrəm (s.ə.s.) bizə oğlanlar üçün iki, qız uşaqları üçün bir qoyun "akika" olaraq qurban kəsməyimizi əmr etdi." (İbn Macə hədis nömrə: 3163, Zebaih, nömrə: 1515).

 

Yenə Hz. Aişə anamızın rəvayətinə görə, Peyğəmbər Əfəndimiz (s.ə.s.), nəvələri Həsən ilə Hüseynin doğumlarının yeddinci günü akika qurbanlarını kəsmiş və adlarını qoymuşdur. (Təcridi Sarih Tərcüməsi, XI, 401)

 

Bu qurban uşağın doğulduğu gündən yetkin olacağı günə qədər kəsilə bilər. Ancaq doğumun yeddinci günündə kəsilməsi daha çox savab qazanmağa səbəbdir. Kəsilən qurbanın sümükləri uşağın sağlam olmasına səbəb olsun niyyətiylə qırılmayıb oynaq yerlərindən sıyrılar və eləcə bişirilər. Sonra bu sümüklər bir yerə basdırılar. Akika qurbanının ətindən bunu tasadduk edən kimsənin yeyə biləcəyi kimi ev xalqı da bu ətdən istifadə edər. Bir qismi də ehtiyac sahiblərinə paylanar.

 

İslamdan əvvəlki cahili Ərəb cəmiyyətində yalnız oğlanlar üçün qurban kəsilərdi. Qız uşaqları üçün belə bir mərasim söz mövzusu deyildi. İslam bu dəyişikliyi edərək qız uşaqlarına da dəyər verilməsini təmin etmişdir .



26-02-2010 05:48:53