Ana səhifə

Allah bizə şah damarımızdan daha yaxın olduğuna görə Ona yaxınlaşmağı necə anlamağımız lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
Allah bizə şah damarımızdan daha yaxın olduğuna görə Ona yaxınlaşmağı necə anlamağımız lazımdır?
Cavab: 

     Sualda keçən "yaxın" və"yaxınlaşma" ifadələrinin safə və məkanla bir əlaqəsi yoxdur. Allah'ın quluna yaxın olması, onun hər cür ehtiyaclarını birbaşa görməsi, bütün hüceyrələrində hər cür icraatı (işi) qüdrət və elmi ilə etməsi, ona öz nəfsindən daha mərhəmətli olması kimi mənalar daşıyır. Qulun Allah'a yaxınlaşması isə onun razı olduğu bir qul olma vadisində atdığı addımlarla əlaqəlidir. İmanındakı inkişaf, elmindəki təqqi, əlindəki ixlas onu Allah'a yaxınlaşdıran vasitələrdir.

     Uzaq, yaxın, keçmiş, gələcək kimi ifadələr zaman və məkanla bağlıdır. Maddi olan və bir məkanda yer tutan varlıqlar bir-birlərinə görə yaxında və ya uzaqda olarlar. Maddədən və məkandan münəzzəh (uzaq) olan Allah, məkanın hər yerindəki məxluqatına onların özlərindən daha yaxındır. Həmçinin, zamandan münəzzəh olan Allah, zaman çayında axıtdığı hər bir varlığa onun nəfsindən daha yaxındır.

    Allah'ın, məxluqatına yaxınlığı və məxluqatın ondan uzaqlığı zaman və məkan ölçüləriylə izah ediləbilməz.

    Bir misal: Siz oxuduğunuz kitaba ondan daha yaxınsız; o özündə nələrin yazıldığını bilməz, siz bilərsiniz ... Və kitab sizdən çox uzaqdır, yəni sizi anlamağın, tanımağın, seyr etmənin çox gerilərindədir.

    Kitabın ilk səhifəsindəki bir söz ikinci səhifədəkinə yaxındır, onuncu səhifədəkinə isə uzaqdır. Amma onları yazan və bilən müəllif, bunların hamısına eyni dərəcədə, eyni səviyyədə və eyni ölçüdə yaxındır. Hamısı, onun elmində birlikdə mövcudddur.

     Yaxınlıq və uzaqlığın bir başqa cəhətini bizə dərs verən bir hədis-i qüdsi: "Qulum mənə nafilə ibadətlərlə yaxınlaşar ..." yaxınlaşmanın mənəvi olduğunu, qəlbî və ruhî olduğunu bu qüdsi hədis dərs verir bizə... Nafilə; fərz və vacibləri işlədikdən sonra qulun Rəbbinə daha çox yaxınlaşmaq, qəlbini ülvî feyzlərlə daha çox açmaq və ömrünü razılıq yolunda daha məhsuldar keçirmək niyyətiylə etdiyi ibadətlər, təfəkkür, ilticalar (dua), şükürlərdir.

     Belə bir qul, Rəbbinə yaxınlaşma mövzusunda hər gün bir az daha məsafə qət edər ... Qət etdiyi bu məsafələr də mənəvidir, Rəbbinə yaxınlaşması da ...

    Böyük bir alim düşünək. Bu şəxsin şagirdlərinin hamısı eyni məkanda olsunlar və növbə ilə ondan dərs alsınlar. Elmə yeni başlamış bir tələbə, onun hüzurunda oturub dərsini aldığı zaman, o yaxınlıq içində bir uzaqlıq var. Çünki o gənc adam, o böyük imamı, o dâhi âlimi anlamaqdan çox uzaqdır. Elmi irəlilədikcə əlliminə daha çox yaxınlaşacaq və ona olan hörməti, təqdiri, heyrəti getdikcə artacaqdır ...

     Təhsilinin hər mərhələsində, müəllimi o tələbəyə yaxındır, onu yetişdirməkdə,irəliyə çəkməkdədir ... Burada uzaqlıq müəllimə deyil, tələbəyə aiddir. Kamil bir övliyaya mürid olmuş nöqsanlı bir insan da elədir ... Mənən tərəqqi etdikcə onun ruh dünyasından, könül aləmindən daha çox istifadə edəcək. O böyük vəli isə, o müridini mənəvi tərəqqisinin hər pilləsində təqib etməklə ona daim yaxındır. Uzaqlıq mürşid üçün deyil, mürid üçündür.

     Misallardan həqiqətə keçək: Allah, qulunun maddə və məna âləmini daima tərbiyə etməklə, o quluna onun nəfsindən daha yaxındır. Qul isə ancaq müəyyən sərhədlər arasında iş görə bilən nöqsanlı sifətləriylə, bütün sifətləri sonsuz olan Allah'ı haqqıyla anlamaqdan çox uzaq.

Müəllif:

Alaaddin Başar (Prof.Dr.)

 



26-12-2015 10:45:14

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz