Ana səhifə

Allah cəza verməkdən imtina edə bilər?


YazdırSend to friend
Sual Detayı: 
Maturidi məzhəbinə görə Allah cəza verməkdən imtina edə bilər deyilir. Bunu necə başa düşməliyik? Bu söz nəyə görə deyilmişdir? Bunun üçün bir dəlil varmı? Sizcə belə bir şey ola bilər?
Cavab: 

   Vəd söz vermək, ümumi mənada yaxşılıq, pislik, mükafat və təhdid, hər cür söz vermə; Allahın vəd etdiyinin həyata keçməsi mənasında Əqaid və Kəlam terminidir.

     Pislik vəya təhdid ifadə edən söz verməyə isə; "Vaid" deyilir.

    Cənnət Allahın vədi, Cəhənnəm isə vaididir.

    - Bu mövzuda alimlərin fərqli şərhləri vardır.

    Vəd ilə Vaid arasında fərq görməyənlər və hər iki mövzuda da Allahın sözünü yerinə yetirməsi gərəkdiyini söyləyənlər vardır.

   Bir də, d ilə Vaidi ayrı görənlər və cəzanı verməmək mənasına gələn Vaidi  yerinə yetirməməyin Allah üçün caiz olduğunu söyləyənlər var. (Bax. Ət-Təftazani, Şərhul-Məqasid, 2 / 225-238)

 -Xulful-Vaidin (cəzanı bağışlamaq) Allah haqqında caiz olduğunu söyləyənləri dəstəkləmək üçün bu dəlilləri göstərmək mümkündür:

   a) Vədə (gözəl işə mükafat vermə sözündə) vəfasızlıq göstərmək çirkin bir şeydir. Onun üçün Allah haqqında beləbir şey düşünülməz. Çünki bu ədalət anlayışına ziddir.

  Xulful-Vaid (cəzanıbağışlamaq) isə, ədalətdən ikrama, ehsana keçməkdir.Cəzalandırmaqdan əfvə getməkdir ki, bu çox gözəl bir şeydir və Allah haqqında caizdir.(Bax. Şərhul-Məqasid, a.k.y, Şeyx əl-Useymini, Məcmuu'l-Fətava, 8 / 220-221)

  b) Qur`anda olan "cəzalandırma" sözü yalnız kafirlər üçündür. Mükafat sözü isə möminlər üçündür.Buna görə, Xulful-Vaidi (cəzanı bağışlamaq) caiz görənlər bunu yəni möminlər haqqındakı əfvi qəsd etmiş ola bilərlər.Buna cəvaz verməyənlər isə bunu yəni kafirlər haqqındakı əfvi qəsd etmiş ola bilərlər. Bununla hər iki qrup alimlərin fikirlərini uzlaşdırmaq mümkündür. (Bax. Şərhul-Məqasid,a.k.y; əl-Useymini, a.g.y)

c) "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları) isəistədiyi kimsəyə bağışlayacaqdır. "(Nisa, 4/116) məalındakı ayədə şirkin / küfrün xaricində bütün günahların bağışlana biləcəyi ifadə edilir. Bu əfvin içinə böyük günahlar da daxildir. O halda qətl kimi böyük bir günah da buna daxildir.

    Halbuki, bilərək haqsız yerəbir mömini qətlə yetirməyin cəzasının əbədi cəhənnəm olduğu bildirilmişdir. (Nisa, 4/93)

     Bu da göstərir ki, imansız qəbirə girənlər xaricində mömin olaraq qəbrə girənlərin layiq olduqları cəzaları bağışlana bilər. Demək ki, Xulful-Vaid caizdir. (Bax. Əbu Talib əl Məkki,Kutul-Qulub, 1/323)

   d) Bir rəvayətəgörə, Peyğəmbərimiz salallahu aleyhi və səlləm belə buyurdu: 

"Allah, savab cətiylə ediləgözəl bir əməllə əlaqədar verdiyi mükafat sözünü mütləq yerinə yetirər. Günah cəhətiylə edilən pis bir əməllə əlaqədar verdiyi cəzalandırma sözünü isə istərsə yerinə yetirər, istərsə yerinə yetirməz. " (Əbu Yalə, Müsnəd, 6/66; Əbu Talib əl-Məkki,Kutu'l-Qulub, 1/323; Əbul Qasim ət-Təbəri, əl-Laləkai, Şərhi Əqaid əhlis-Sünnəti vəl-cəmaa, 6/1154)

      Bu hədis rəvayətindədəaydın olur ki, Xulful-vaid Allah haqqında caizdir.

 



24-12-2016 09:56:15

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz