Ana səhifə

Allah kainatı nə üçün yaratdı?


YazdırSend to friend
Sual Detayı: 
Allahın kainatı yaratmasının hikməti...
Cavab: 

   Bu kainatın və içindəki varlıqların Sanisi (yaradıcısı) olan Cənabı-Haqq bu kainatı çox ciddi qayələr üçün yaratmışdır. Quran bunu belə bildirir:

"Halbuki (biz), göyü, yeri və bunların arasında olanları, oyunçular(ın işi, əyləncəsi) olaraq yaratmadıq.." (Əl-Ənbiya, 21/16)

"Həm göyü, yeri və onların arasında olanları boş yerə yaratmadıq.." (Sad, 38/27)

   Bütün varlıqlar özlərinə məxsus dillərlə Uca Yaradıcını təsbih və təqdis edirlər. Özlərinə verilən vəzifələri böyük bir zövq və şövqlə yerinə yetirirlər. Məsələn, günəş bir saniyə belə geri qalmadan özü üçün təyin edilmiş orbitdə yoluna davam edir. Çaylar bir coşqunluqla dənizlərə doğru axır. İnsanın əmrinə verilən heyvanlar tam bir itaətlə ona xidmət edir.

  Bundan başqa kainat yaradılmasaydı, Allahın sifətlərinin və isimlərinin o sonsuz kamilliyi və gözəlliyi bilinməyəcəkdi. Bu bilgi yalnız Allaha məxsus qalacaqdı. Cənabı-Haqq isim və sifətlərinin mənəvi gözəlliklərini təcəlli etdirməklə, öz cəmal və kamalını bu əsərlərində özü şəxsən müşahidə etdiyi kimi, mələkləri, insanları və cinləri də bu şərəfə, bu lütfə şərik etmək istədi.

    Məxluqatı yaradıb yaratmamaq barəsində Allah, İlahi seçimini yaratma şəklində etmiş və bu seçim məxluqat üçün sonsuz bir rəhmət olmuşdur. Yoxsa, bir adı Saməd (Hər şey ona möhtacdır, O isə heç bir şeyə möhtac deyil) olan Allahın bu aləmi yaratmasının, əstağfirullah- bir ehtiyacdan irəli gəldiyi düşünülə bilməz ...

Müəllif:

Alaaddin Başar (Prof.Dr)



10-12-2016 09:38:17

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz