Ana səhifə

Allah nə üçün qullarını bir yaratmadı? Nə üçün kimini kor, kimini topal, fiziki əlil olaraq yaratdı?


YazdırSend to friend
Sual Detayı: 
Allah nə üçün qullarını bir yaratmadı? Nə üçün kimini kor, kimini topal, fiziki əlil olaraq yaratdı?
Cavab: 

1. Allah mülk sahibidir. Mülkünü istədiyi kimi istifadə edər. Heç kim Ona ​​qarışa bilməz və Onun icadına müdaxilə edə bilməz. Sənin bədəninin zərrələrini yaradan, bütün sistemini nizamlayıb insani kimlik bəxş edən Allahdır (cc). Sən bunları sənəlütf edən Allaha daha əvvəl bir şey verməmisən ki, Onun qarşısında bir haqq iddia edə biləsən ...

Əgər sən, sənə verilənlər qarşılığında Allaha bir şey vermiş olsaydın, "Bir göz deyil iki göz ver, bir əl deyil iki əl ver! "kimi iddialar etməyə; "Niyə iki dənə deyil bir ayaq verdin? "deyə etiraz etməyə bəlkə haqqın olardı. Halbuki sən Allaha (c.c) bir şey verməmisən ki, -əsla- O 'na qarşı ədalətsizlik iddiasında olasan. Haqsızlıq, ödənməyən bir haqqdan gəlir. Sənin O 'na qarşı nə haqqın var ki, yerinə yetirilmədi də sənə qarşı haqsızlıq edildi! ..

Allah Təala Həzrətləri səni yoxluqdan çıxarıb var etmiş: həm də insan olaraq ... Diqqət etsən; səndən mərtəbəcə aşağı bir çox məxluqları var ki, onlara baxıb nə qədər çox nemətlərə məzhər olduğunu çox yaxşı düşünə bilərsən.

2. Cənab Allah, bəzən insanın ayağını alır; onun qarşılığında axirətdə bir çox şey verir. Ayağını almaqla o kimsəyə aciz bir məxluq olduğunu, zəifliyini, və ehtiyacının nə qədər çox olduğunu hiss etdirir. Qəlbini özünə çevirdib, o insanın duyğularını inkişaf etdirsə, çox az bir şey almaqla, bir çox şeylər vermiş olur. Demək ki, görünüşdə olmasa belə, həqiqətdə bu ona, Allahın lütfünün ifadəsidir. Eynilə şəhid edib cənnəti verməsi kimi ...

Bir insan, döyüş əsnasında şəhid olur. Bu şəhid olmaqla həşrdə qurulacaq böyük məhkəmədə və Allahın hüzurunda, siddiqlərin, salehlərin qibtə edəcəyi bir mövqeyə yüksəlir. Onu görən başqaları "Kaş ki, Allah bizə də hərb meydanında şəhadət nəsib etsəydi." deyərlər. Bundan ötəri, belə bir insan parça parça da olsa çox şey itirmiş sayılmaz. Bəlkə aldığı şey ona nisbətən çox daha böyükdür.

Çox nadir olaraq, bəzi kəslər, bu mövzuda küskünlük, inciklik, pessimistlik və aşağılanmaq duyğusu ilə yoldan azsalar belə, bir çox insanlarda bu kimi əskikliklər, daha çox, Allaha yönəlməyə vəsilə olmuşdur. Beləliklə zərərli böcəklər kimi bir qisim kəslərin (əlillərin əskik tərəflərini gözə soxan kəslər burada zərərli böcəklərə bənzədilmişdir), əlillərin  bu məsələdəki əskikliklərini yaymağa çalışması yerində bir davranış deyildir. Bu mövzuda əsas olan, əbədi həyata namizəd olan ruhlarında o aləmə aid arzuları xəbərdar etməkdir. Bu qüsurluda, qüsurunun itməsiylə haqqa yönəlməsi; başqalarında da ondan ibrət alaraq qanadlanmaları şəklində özünü göstərirsə, məqsədə uyğun və hikmətlidir.

"Hər işdə hikməti vardır, əbəs fel işləməz Allah."(Ərzurumlu İ. Haqqı Həzrətləri)



31-03-2018 09:33:01

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz