Ana səhifə

Allah niyə üzü yox, başı ( saçları ) örtməyi əmr etmişdir? Halbuki, gözəl olan üz deyilmidir?


YazdırSend to friend
Sual Detayı: 
Allah niyə üzü yox, başı ( saçları ) örtməyi əmr etmişdir? Halbuki, gözəl olan üz deyilmidir?
Cavab: 

 

İbadətlər və haramlar tamamilə Allahın iradəsi və istəyinə görə müəyyən olunur. Biz bunları sorğulamalı  və ya etiraz etməli deyil, hikmətini anlamağa çalışmalıyıq. Belə ki, şəriətin iki cür hökmü vardır :

1.    Hikməti bilinməyən və tamamilə Allahın əmr və qadağasına tabe olan hökmlər . Bunlar təəbbüdi hökmlər adlandırılır.

2.    İlahi əmr və ya qadağalardakı hikmətlərin araşdırıla biləcəyi hökmlər. Bunlara isə məqul  hökmlər deyilir.

 

Sizin veridiyniz suala ,gəlin, bu yöndən baxaq. Niyə sübh namazı 4 , 10 və ya 20 rükət deyil?

Cavab: Allah əmr etdiyi üçün. Günorta namazı isə Allah tərəfindən 10 rikət təyin edilmişdir. Bunun hikmətini araşdırmaqla heç bir nəticəyə gələ bilməyəcəyik, çünki Allah belə əmr etmişdir və bunun əsl cavabı budur.Bəzi şəriət qanunlarının hikmətləri izah edilə bilər.

Amma hikmətlər əsas deyildir, əsas olan Allahın əmri və qoyduğu qadağalardır.

Məsələn,Allah namazı niyə əmr etmişdir. Buna istədiyimiz qədər , hətta cildlərlə hikmət və qayə göstərməklə cavab verilə bilər. Niyə oruc  tuturuq?  Hikmətləri araşdırılıb cavab verilə bilər.Amma hikmət və faydalar Allahın əmrinin yerinə keçə bilməz . Məsələn, orucun bir hikməti insanın ac qalmaqla, yoxsulluq içində yaşayan insanların halını anlayıb onlara daha şəfqətlə yanaşmasına səbəb olmasıdır.

Indi birisi bunu əsas tutaraq “Mən daha çox ac qalmaqla , şəfqət hissim daha da çoxalar  və kasıblara daha çox yardım edərəm” deyə düşünə bilər. İmsak vaxtı saat 4 :00 olduğu halda , bu adam gecə saat 11:00-dan oruca niyyət edib ,lakin iftar vaxtına 5 dəqiqə qalmış orucunu açsa , orucu səhih olurmu ?Əlbəttə ki olmaz. Çünki orucun açılması üçün müəyyən edilmiş bir vaxt var və bu adam daha çox ac qalmasına baxmayaraq  oruc tutmuş sayılmır. Yəni orucda gördüyümüz hikmət bu halda daha çox yerinə yetirilmişdir, lakin Allahın izn vermədiyi bir vaxtda açıldığı üçün oruc yerinə yetirilməmişdir.

İslamın bütün qadağa və əmrlərinə bax bu misaldakına uyğun şəkildə baxmalıyıq. Yəni Allah belə əmr etmiş və ya belə qadağa qoyduğu üçün biz buna tabe oluruq. Bu əmr və qadağaların hikmətləri əlbəttə ki vardır və bu hikmətlər əlbəttə ki araşdırılır.Bunların araşdırılması da bir elm və ibadətdir. Amma hikmətlər və faydalar heç də əsas olmayıb, sadəcə təfərrüatlardır.

Qadının üzünün yoxsa saçının daha cəzbedici olduğu nisbidir.Qadının üzündəki göz,ağız və burun kimi orqanlar tez-tez istifadə edildiyi üçün bu orqanların açıq qalması zəruriyyəti yaranır.Buna görə də üzün açılmasına icazə verilmişdir. Bununla yanaşı, fitnə zamanlarında qadınlar üzlərini də örtərlər. Saçı örtən örtük eyni zamanda gərdanı ( sinəni ) də örtür. Bu mövzuda ilahi hikmətin uyğun gördüyünə inanmaq lazımdır.

Müsəlman qadının geyim şəkli.

Müsəlman qadın geyimində təsəttürə( örtünməyə ) riayət etməli,əli və üzü istisna olmaqla bütün vücudunun örtülməsi ,açıq qalmaması lazımdır. Geyimin təsəttürə uyğun olması üçün isə altını göstərməyəcək şəkildə qalın və övrət yerlərini örtəcək qədər uzun olması lazəmdır. Altını göstərəcək şəkildə incə və şəffaf olan geyim ilə örtünmək düzgün deyil.

Bu məsələyə aid hədisi –şəriflərdən bir neçəsi :

Hz.Aişənin rəvayətinə görə, bacısı Hz.Əsma bir gün  Peyğəmbərimizin ( s.ə.s ) hüzuruna getdi. Üzərində altını göstərəcək şəkildə nazik bir geyim var idi . Rəsulullah ( sas) onu gördükdə üzünü çevirdi və belə buyurdu “Ey Əsma, bir qadın həddi buluğ yaşına çatdıqda ( üzünü və əllərini göstərərək ) , bunlardan başqa bir tərəfinin  görünməsi səhih olmaz . ”1.


Səhih-i Müslümdə Əbu Hüreyrə ( r.ə. ) tərəfindən edilən rəvayətdə Peyğəmbərimiz (s.ə.s)  geyindiyi halda açıq olan, yəni incə və şəffaf geyim ilə gəzən qadınların Cəhənnəmlik olduqları,Cənnətin iyini belə duya bilməyəcəkləri bildirilir. 2

Alkamə bin Əbu Alkamə anasının belə dediyini rəvayət edir :

“Əbdurrahmanın qızı Hafsə başında , saçını göstərəcək şəkildə incə bir başörtüsü ilə Hz. Aişənin hüzuruna girdi. Hz.Aişə başından örtüsünü götürərək ikiyə qatladı, başörtüsünü qalınlaşdırdı.”3

Hz.Ömər ( r.a) isə qadınların şüşə kimi şəffaf olmasa da, geyinildiyi zaman altındakıları əks etdirən geyimin geyinməməsi haqda möminləri xəbərdar etmişdir.4

İmam Sərahsi bu barədə , qadının geyimi çox incə olsa yenə eyni hökmü daşıyar deyə açıqlama vermişdir. Daha sonra da , “geyindiyi halda açıq” olan mövzusundakı hədisi qeyd  etmiş və belə bildirmişdir : “Bu növ geyim şəbəkə kimidir, örtünməyi təmin etməz. Buna görə də naməhrəm kişilərin bu cür geyinən bir qadına baxması halal olmaz ”. 5

Geyimin şəffaf olmasındakı ölçü ,bədənin  rəngini əks etdirməsidir. Xaricdən baxıldığı zaman paltarın altında insanın bədəni görünürsə,  nazik də olsa,qalın da olsa belə bir geyim ilə örtünmək olmaz.  Bu məsələ Hələbi-Sağırda belə qeyd edilir :”Paltar altını, bədənin rəngini görsədəcək şəkildə nazik olarsa, bununla övrət yerləri örtülmüş olmaz. Paltar qalın olsa, lakin üzvə yapışsa və üzvün şəklini alsa ( bədən üzvünün forması görünmüş kimi hala gəlsə ), bu halda örtünmə hasil olduğu üçün buna qarşı çıxmaq lazım deyil, bu halda namaz caizdir.”6.

Bu məsələ digər məzhəblərdə də eyni şəkildə ifadə edilir. Maliki məzhəbinin bu  mövzuya baxışı belədir : Paltar şəffaf olub, cildin rəngini dərhal bəlli edirsə,bununla örtünmək olmaz. Bu şəkildə qılınan namazın mütləq qəza edilməsi gərəkir.Nazik və dar olduğu üçün bədən əzasının şəklini bəlli edən paltarı geyinmək də məkruhdur, çünki bu bir şəxsiyyətsizlik sayılır və sələf alimlərinin geyim tərzinə qarşı çıxmış bir  hərəkət kimi qəbul olunur.

Hənbəli məzhəbinin bu mövzuya baxışı belədir :

Vacib olan örtünmə dərinin rəngini bəlli etməyəcək şəkildəki örtünmədir. Əgər geyinilən paltar bədənin rəngini bəlli edəcək tərzdə  nazik olub , bədənin ağlığı və ya qırmızılığı görünürsə namaz qəbul olunmur, çünki  bununla qadın örtünmüş sayılmır. Halbuki rəngini örtüb, həcmini bəlli edərsə namaz qəbul olunur, çünki örtü qalın olsa da bundan qaçılması mümkün deyil.8

Şəfi məzhəbinin bu barədə görüşü belədir :

Vacib olan cildin rəngini bəlli etməyəcək geyim geyinməkdir. Nazik olduğu səbəbdən dərinin rəngini bəlli edən bir paltarı geyinmək caiz deyil, çünki belə bir geyimlə qadın örtünmüş sayılmır. Yəni nazik olduğu səbəbdən cildin ağlığı və ya qaralığını göstərən geyim təsəttür ( örtünmə) üçün kafi deyil. Paltar qalın olsa da, altından övrət yerlərinin bir qismini göstərsə yenə də örtünmə baş tutmamış olur. Diz qapaqları və bud nahiyələri kimi bədənin incəlik və qalınlığını bəlli edən bir paltar ilə qılınan namaz isə səhihdir, çünki təsəttür baş tutmuşdur. Lakin əzaları bəlli etməyəcək şəkildə bir örtü istifadə edilməsi müstəhəbdir.

 

Bütün bu qeyd edilənlərdən belə bir nəticəyə gəlmək mümkündür :

Qadının naməhrəmlərin  yanında geyindiyi paltar bədən rəngini bəlli edəcək və göstərəcək şəkildə nazikdirsə, bu zaman qadın örtünmüş sayılmadığı üçün , belə geyinmək caiz deyildir. Belə geyim  köynək,ətək olduğu kimi başörtüsü və corab da ola bilər. Istər corab,istər başörtüsü və digər geyim olsun qalın olub altını göstərmirsə belə bir geyim caizdir, çünki corab və ya başörtüsü nə qədər qalın olursa olsun mütləq ayağın və ya başın formasını  bildirəcəkdir.   Lakin vücudun əzalarını hədsiz dərəcədə bəlli edəcək şəkildə geyinilən dar şalvar və dar köynəklə qılınan namaz səhih olsa da , baxanların diqqətini çəkib təhrik etdiyi üçün şəriətə uyğun sayılmır. Mərhum İbn-i Abidin də əsərində bu fikri bildirməkdədir. 10

 

1.Əbu Davud, Libas:31.
2.Müslüm, Libas.-125.
3.Muvatta, Libas:4
4.Beyhaqi. Sünən, 2:235
5.əl-Məbsut, 10:155-
6.Hələbi-i Sağır, s.141. l.Mənanül-Cəlü, 1:136
8.İbni Qudamə. əl-Muğni, 1:337.
9.Afeaeıtf. əl-Məcmu, 3:170-172.
10.Rəddül-Muxtar, 5:238.
(Qaynaq: Məmməd Paksu, Qadın, Evlilik və Ailə)



26-08-2013 08:22:55

Düğüme özel