Ana səhifə

Allah Qur`an’da Muminun suresinin 14-cü ayesinde, " Ahsənü'l-Xâliqîn = Yaradanların ən gözəli" deməkdədir. Sanki başqa yaradan yaradıcılar varmış da onların arasından bu işi ən gözəl edən ALLAH`mış kimi bir mənâ çıxır?


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum. Muminun suresinin 14cu ayesinde deyilen Yaradanlarin en ustunu Allahdir ne demekdir?? Yaradan yalnizca Allah deyilmi?? Onceden tesekkurler.
Cavab: 

Və aleykum Salam

“Həqiqətən, insanı, süzülmüş palçıqdan yaratdıq. Sonra onu möhkəm bir yerdə nütfəyə çevirdik. Sonra nütfəni laxtalanmış qana (rüşeymə) çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik. Sonra o əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük.Sonra onu başqa bir məxluqat formasına saldıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!” (əl-Mu’minun surəsi,23/12-14).

             (13)وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ(12)  ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ   

ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ

(14)خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

      Əvvəla, bu kimi ifadələrdən, başqa ilahların varlığını düşünmək təbii ki, mümkün deyil. O halda, Qur`an’da  belə bir üslubun istifadə edilməsi nəyi ifadə edir?

Bu mövzunu Risale-i Nur Külliyatındaki məlumatlara görə, bir neçə maddə halında izzah etməyə çalışacağıq:

a.Qur`ân başdan-başa tövhidi isbat edib göstərməkdədir . Bu xüsus , Qur'ân-ı Hakîmdə yer alan bu kimi təbirlərin əsla tövhid inancını zədələyən bir mənâ  taşımadığının açıq bir göstəricisidir. Bilindiyi kimi, digər sifətlər kimi xâliqiyyətin / yaradıcılığın da çox mərtəbələri vardır. Qur`an’da "Ahsənü'l-Xâliqîn" təbirinin istifadə edilməsi, başqa yaradanların varlığını deyil, Allah`ın yaradıcılıq mərtəbələrinin ən gözəlində varlığı yaradan bir yaradıcı olduğunu vurğulamaq üçündür. Yəni , Allah, "hər şeyi , hər şeyə lâyiq  bir tərzdə, ən gözəl bir mərtəbədə xəlq edən bir Xâliqdir/ yaradan bir yaradıcıdır." Necə ki bu mənâ  " O hər şeyi ən gözəl şəkildə yaratdı." (Səcdə,32/ 7) məalindeki ayə və bənzərlərində ifadə edilməkdədir.

b. "xəlq" / "yaratma" kəlməsi ərəb dilində yoxdan var etmək mənâsında istifadə edildiyi kimi , " gözəlcə ölçüb biçmək, meydana gətirmək, inşa etmək" mənâsında da istifadə edilər. İkinci mənâsıyla yaratma sözü həm Allah, həm də insanlar üçün istifadə edilə bilər. Məsələn ;

"Həmd olsun Allah`a ki, göyləri və yeri yaratdı." ( Ənam , 6/ 1)

məalindəki ayədə keçən " HLK " feili(hərəkəti), daha əvvəl bir modeli olmadan, Allah`ın onları yoxdan var etdiyi mənâsında istifadə edilmişdir. Bu cür xəlq / yaratma, Allah`a məxsusdur.

 " Yaradan ilə heç bir şey yaratmayan, bir olarmı? Heç mi düşünmürsünüz ?" (Nəhl,16 / 17)

 məalindəki ayədə bu həqiqətə işarə edilmişdir.

 Hz. İsa (Aleyhissəlâm) ilə əlaqədar olan:

 "Hanı bir vaxt sən, mənim iznimlə palçıqdan / torpaqdan quş şəklinə bənzər bir şey xəlq edirdin."

məalindəki ayədə isə, " HLK " feili, bir maddədən bir şey düzəltmək, inşa etmək mənâsında, insan üçün istifadə edilmişdir. ( bax.Isfahanî, Mufrədatu'l-Qur'an, "HLK" maddəsi ).

Buna görə , "Ahsənü'l-Xâliqîn" kimi təbirlər, insan ağlının dərk etməsinə kömək edən bir səviyyəni göz önündə tutan bir ifadə tərzidir. İnsanoğlu, bəzən bəzi sənətləri gözündə elə böyüdər ki, onları düzəldən ustaları təqdis edərcəsinə bir rütbə, dərəcə verər. Budur Qur`an, istifadə etdiyi bu kimi ifadələrlə, o kimi insanlara dərs verir və Allah`ın yaratması ilə insanların ustalığı arasında yerdən göyə qədər fərq olduğunu bildirir və sanki belə buyurur:

Allah`ın yaratdığı kainatın möcüzəliyi, Qur`an’ın möcüzəliyi kimidir. Dəyişik elementləri ehtiva edən torpağı insan ələ aldığı zaman , ondan kərpic, kirəmit, saxsı, sütun və bənzəri şeylər meydana gətirər. Halbuki Allah eyni torpaqdan insan kimi bir möcüzəvi varlıq yaradır. Həyat xəlq edir. Nəbzi atan və ürəyi döyünən canlılar yaradır.

Qur`an’ın vəziyyəti də bundan fərqli deyil. Eyni söz və hərfləri insan istifadə etdiyi zaman normal bir söz olar, bir qafiyə olar. Ancaq Allah`ın istifadə etdiyi söz və hərflərdən isə, möcüzəli Furqan və Qur`an meydana gəlir.

Budur Qur`an, öz möcüzəliyini gözlər önünə sərmək üçün, bir tək surəsinin bir bənzərini gətirmələrini istəyərək, muarızlarına(qarşı çıxanlar) qarşı meydan oxuduğu kimi, bəzən də Allah`ın feilləri ilə insanların feilləri, Allah`ın kainatdakı tarazlıqları qoruyan qərarları ilə insanın kiçik ölçüdəki qərarları, Allah'ın bütün varlıqlar haqqında göstərdiyi mərhəmət ilə, insanların cüzi ölçüdəki mərhəmətlərinin müqayisəsinə imkan verən və möcüzə dərəcəsindəki Allah`ın yaratması və mərhəmətinin həqiqətinə, insan ağlının diqqətini çəkən Ahsənü'l-Xâliqîn/Xayru'l-Fasılin / Ərhamu'r-Rahimin ( iş görən ustalarını ən gözəli/işləri həllə qovuşduranların ən yaxşısı/ mərhəmət edənlərin ən mərhəmətlisi ) kimi təbirlərlə meydan oxuyur.

c . Bəzi kafirlər, öz etiqadlarına görə Allah`dan başqasının da yoxdan var edə bildiyini iddia edirdilər. Materialist düşüncədə olduğu kimi , təbiəti və səbəbləri bir yaradıcı olaraq düşünənlərə - öz dillərindən -cavab vermək lazım idi. Qur`an-i Kərim Ahsənü'l-Xâliqîn təbiriylə onların ağıllarına xitab edir və sanki belə deyirdi:

"Fərz edin ki, sizin öz xəyalınızda təsəvvür edib iddia etdiyiniz kimi, bir Allah`dan başqa yaradıcılar vardır. Belə də olsa, Allah`ın yaratmasıyla, onların o mövhum(Gerçəkdə olmayıb var zənn edilən, var deyə düşünülən) yaratmaları arasında bənzərlik belə yoxdur. Allah, o mövhum yaradanların ən gözəlidir. " ( qr. İsfahani , a.g.e. ).

"Yoxsa Allah`a onun kimi yaradan bir sıra şəriklər mı tapdılar da, yaratmanın kim tərəfindən olduğunu mu qarışdırdılar ? De ki : Allah hər şeyin yaradıcısıdır. O birdir, hər şeyə gücü yetəndir!" ( Rad , 13/ 16)

məalindəki ayədə bu etiqatdakı insanların halına işarə edilməkdədir.

d. Ahsənü'l-Xâliqîn, Allah`u Əkbər, Xayru'l-Fâsılîn, Xayru'l-Muhsinîn( Yaradanların ən gözəli, Allah ən böyükdür, işləri həllə qovuşdurub qərara bağlayanların ən xeyirlisi, yaxşılıq edənlərin ən yaxşısı) kimi təbirlərdəki bir müvazinət / müqayisə, Cənâb-ı Haqq’ın mövcud sifət və feilləri ilə, bu sifət və feillərin(hərəkətlərin) kiçik nümunələrinə sahib olanlarla bir müvazinət / müqayisə deyil. Çünki bütün kainatda, cinlərdən, insanlardan və mələklərdə olan kamallar, Onun kamalına nisbətən zəif bir kölgədir; necə müvazinətə gələ bilər? Əksinə buradakı müvazinət /müqayisə, insanların və xüsusîlə qəflətdə olanların nəzərinə / baxışına görədir.

Məsələn, necə ki, bir əsgər, onbaşısına qarşı gözəl itaət və hörmət göstərir, bütün yaxşılıqları ondan bilir və elə görür; padşahı isə çox az düşünər. Onu düşünsə belə, yenə təşəkkürlərini onbaşıya edir. Budur, belə bir əsgərə qarşı deyilər : "Yahu, padşah sənin onbaşından daha böyükdür. Yalnız ona təşəkkür et. " Və şübhəsiz , bu sözlə , padşahın bir reallıq olaraq var olan haşmətli həqiqi komandanlığıyla, onbaşısının gerçəkdə olmayan o görünüşdəki kiçik komandanlığı arasında bir müqayisə edilməmişdir. Çünki belə müqayisə mənâsızdır. Əksinə edilən şey, söz mövzusu əsgərin dünyagörüşünə görə formalaşan və onbaşını padşahdan daha üstün görən yanlış anlayışını formalaşdırmaqdadır.

Eynilə bu misal kimi, Xaliq / yaradıcı və Mün`im / nemətləri verən varlıqlar olaraq təvəhhüm(zən) edilən zâhirî səbəblər, qəflətə dalmış insanların nəzərində Mün'im-i Hakikîyə/ əsl nemətlərin sahibi olan Allah`a pərdə olar. Qafil insanlar onlara yapışar, nemət və ehsanı onlardan bilər, mədh / tərif və sənâlarını(şükür) onlara verər. İşdə Qur`an bu kimiləri qəflətdən oyandırmaq üçün deyər ki: "Cənâb-ı Haqq daha böyükdür, daha gözəl bir Xâliqdir, daha yaxşı bir Muhsindir. Ona baxın, Ona təşəkkür edin."

e. Söz mövzusu müvazinət / müqayisə və üstünlük xüsusîyyəti, mövcud varlıqlar üçün keçərli olduğu kimi, varlığı mümkün, hətta farazi(fərziyyəyə əsaslanan) əşyalar üçün də belə ola bilər. Necə ki, varlıqların əksəriyyətinin mahiyyətlərində mütəaddit / çoxlu mərtəbələr var. Elə də, Allah`ın gözəl ad və sifətlərinin mahiyyətlərində də, ağıl etibarilə hədsiz mərtəbələr ola bilər. Ancaq Cənâb-ı Haqq, o sifət və adların mümkün və düşünülmüş bütün mərtəbələrinin ən mükəmməlində, ən gözəlindədir. Bütün kainat, kəmâlâtıyla(mükəmməlliklər) bu həqiqətə şahiddir .

"Ləhu'l -Əsmâü'l-Hüsnâ = Ən gözəl adlar onundur. " ( Ta Ha, 20 /6 )

 ayəsində olduğu kimi, Allah`ın bütün adlarının "ən gözəl" olaraq səciyyələndirilməsi da bu mənânı ifadə etməkdədir.

f. Bu müvazinət və qarşılaşdırma, Cənâb-ı Haqq ilə mâsivâ / digər varlıqlar arasında keçən bir müqayisə deyil. Əksinə, bu müqayisə, Allah`ın iki cür təcəllisi arasında aparılır.

Bu təcəllilərdən biri, vahidiyətdir. Uca Allah, vahidiyyət sirrilyə vasitələr və səbəblər pərdəsi altında və bir ümumi qanun surətində kainatda tasarruf edər (istədiyi işi etmək) .

İkincisi, əhadiyyətdir. Uca Allah, bu Əhadiyyət sirriylə, pərdəsiz, birbaşa, xüsusî bir təvəccöhlə kainatda tasarruf  edər(işlər görər). Bu iki təcəlli bir-birindən fərqlidir. Sirr-i əhadiyyət daha parlaq, tövhid həqiqətini daha açıq göstərən bir təcəllidir.

İşdə, bu müqayisə: "Allah`ın ehadiyet sirriylə, birbaşa etdiyi ehsanı, ikramı, icadı və kibriyâsı / əzəməti/böyüklüyü, vahidiyet sirriylə vasitələr gerisində və səbəblər arxasında ancaq görünən ehsanlarından, icadlarından və bu şəkildə görünən kibriyâsından / böyüklüyündən daha böyük, daha gözəl, daha yüksək olduğu " xüsusu vurğulanmışdır.

Məsələn, necə ki bir padşahın - lakin vəlî bir padşahın - ki, bütün məmurları və komandanları sırf bir pərdə olub, bütün hökm və işlər Onun əlində fərz edirik. O padşahın tasarrufları və işi iki növdür:

Biri, ümumi bir qanunla, zahiri məmurların və komandanları  surətinə / şəklinə / vəziyyətinə və məqamların qabiliyyətinə görə verdiyi əmrlər və göstərdiyi işlərdir .

İkincisi, ümumi qanunla deyil və zahiri məmurları da pərdə etməyərək, birbaşa etdiyi şahanə lütf və möhtəşəm işlərdir. Bu ikincisi daha gözəl, daha yüksək bir iş tərzidir, deyilə bilər.

İşdə bunun kimi, Əzəl və Əbəd Sultanı olan Xâliq - ı Kâinat/Kâinatın yaradıcısı, hər nə qədər səbəb və vasitələri icraatına(işlərinə) pərdə etmək surətiylə, rübubiyyətinin / yaradıcılıq və idarəçiliyinin əzəmətini göstərmiş. Lakin, qullarının qəlbində xüsusî bir telefon buraxmış ki, səbəbləri arxada buraxıb, birbaşa o qəlb telefonuyla Ona təvəccöh edib yönelsinler. Bu səbəblədir ki, onları übudiyyət-i xassa/digər varlıqlardan ayrı olaraq, xüsusî bir qulluqla mükəlləf etmişdir. Xüsusîlə beş vaxt namazda ,

"(Rabbimiz!) yalnız sənə qulluq edir və yalnız Səndən kömək diləyirik."

deyin, deyə əmr edib, kainatdan üzlərini özünə çevirməyi hədəfləmişdir.

İşdə bu müqayisə etmədə "Ahsənü'l-Xâliqîn, Allah`u əkbər, Xayru'l-Fâsilîn, Xayru'l-Muhsinîn, Ərhamu'r-Rahimin ( Yaradanların ən gözəli, Allah ən böyükdür, işləri həllə qovuşdurub qərara bağlayanların ən xeyirlisi, yaxşılıq edənlərin ən yaxşısı, mərhəmətlilərin ən mərhəmətlisi ) təbirləri bu mənâya da uyğun gəlir.

( bu mövzuda geniş məlumat üçün bax . Sözler , Otuz İkinci Söz , s. 616-619 ).



09-05-2014 05:16:07