Ana səhifə

Allah Rəsulunun (aleyhissalatu vəssəlam) öyrətmə metodları necə idi, nümunələr verə bilərsinizmi?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Peyğəmbər (s.ə.s.) 'in təlim-tədris metodları necə idi, nümunələr verə bilərsiniz?
Cavab: 

     Təhsildə nə anlatdığımız qədər necə anlatdığımız da önəmlidir. Əlbəttə insanlara və xüsusilə uşaqlarımıza yaxşı, gözəl və faydalı şeylər öyrətməliyik. Eyni şəkildə bu faydalı və gözəl şeyləri gözəl metodlarla izah etməli və öyrətməliyik.

     Müəllimini sevməyən şagirdin dərsi də sevməyəcəyi məlumdur. Yaxşı bir müəllim, özünü sevdirməyi bacarmalıdır. Uşaqlarla maraqlanmalı, onları sevməli, gülər üzlü olmalı, müsbət düşünməli, qısaca özünü peşəsinə və şagirdlərinə həsr etməlidir.

    Allah Rəsulu (sallallahu aleyhi və səlləm.) özünü vəzifəsinə həsr etmişdir. Bir pedaqoq, bir  müəllim, bir tərbiyəçidə  olması lazım olan keyfiyyətlər O'nda artıqlamasıyla vardır.

     Psixoloqlar, sözün söyləniş formasının sözün özündən önəmli olduğunu ifadə edirlər. Aparılan araşdırmalara görə, insanlar arası ünsiyyətdə; 7% nisbətində sözlər, 38% nisbətində səs tonu və 55% nisbətində jest, mimika və bədən dili rol oynayır. (Yaddaş Gücünüzü Kəşf edin, s. 191.)

     Dilimizi, bədən dili yalanlayarsa sözün təsiri qalmaz. Bu səbəblə uyğun bədən dilini istifadə etmək, sözlərimizin qarşımızdakına istənilən təsiri meydana gətirə bilməsi üçün uyğun və təsirli metodları seçmək məcburiyyətindəyik. Qəlbdən çıxan söz qəlbə gedər. Dodaqdan tökülən söz qulağı keçə bilməz. Gözə baxıb qəlbə xitab etmək məcburiyyətindəyik.

     Həzrəti Peyğəmbər (sallallahu aleyhi və səlləm.) bütün zamanların ən gözəl və ən təsirli xatibidir. O könüllərə gedən yolu bilirdi. Bu səbəblə qəlblərin Sevgilisi oldu. Öncə özünü sevdirdi, sonra da söhbətlərində insanlara təsir edən, düşündürən bir üslubdan istifadə etdi.

     Allah Rəsulunun (sallallahu aleyhi və səlləm ) fərqli və təsirli metodlar istifadə etdiyini bilirik. Bunların müəyyən başlılarını belə sıralaya bilərik.

     1. İnandırdı, Ümid və Müjdə Verdi

     İslamiyyət iman və ümid dinidir. İnsan, etməyi düşündüyü şeyin yaxşı, gözəl və edilə bilən olduğuna inanmazsa təşəbbüsə keçməz. İnsanı hərəkətə keçirən ən önəmli güc, inancdır. Onsuz da İslam'da ən önəmli xüsus, imandır.

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ), insanlara davamlı ümid və müjdə vermişdir. İslam'ın möminlərə cənnəti qazandıracağını, onları cəhənnəmdən qurtaracağını və daha önəmlisi Allah'ın rəhmətinə qovuşduracağını bildirmişdir. Ən çətin dövrlərdə möminlərə ümid və müjdə vermişdir.

"İran, Şam və Yəmən fəth ediləcək"

     Xəndək Döyüşü əsnasında, şəhər 10 min düşmən əsgəri tərəfindən mühasirəyə alınmışdı, möminlər az idilər və varlıq yoxluq mübarizəsi aparırdılar. Səhabələr xəndək qazarkən çətin qırılan bir qaya ilə qarşılaşdılar və Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) 'dən kömək istədilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm ), əlindəki külüngü qayaya vurdu, bir parçasını qırdı və bu müjdəni verdi:

- Mənə Şam'ın açarları verildi!

Bir daha vurdu və bir parça daha qopardı, belə bir müjdə verdi:

- Mənə İran'ın açarları verildi!

Təkrar vurdu və böyük bir parça daha qopardı və belə müjdələdi:

- Mənə Yəmənin açarları verildi! (Peyğəmbərimizin Həyatı, c. 2, s. 103.)

2. Müsbət Davranışları Mükafatlandırdı və Təqdir Etdi

     "Bəyənilmək və təqdir edilmək" insanların çox əhəmiyyət verdiyi bir davranışdır. Sosial bir varlıq olan insan, başqalarına özünü bəyəndirmək, hörmətli olmaq və hörmət görmək istəyir. Bu duyğu, uşaqlarda daha əhəmiyyətlidir. Uşaqlar, böyüklər tərəfindən bəyənildiklərində məmnun olurlar. Nəyi doğru, nəyi səhv etdiklərini böyüklərin bəyənməsinə baxaraq təyin edərlər.

     İbn Abbas (r.a.) nəql edir:

"Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm ) tualetə getdi. Mən də dəstəmaz alması üçün bir qaba su hazırladım. Daha sonra Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ) su dolu qabı görəndə kimin hazırlayıb qoyduğunu soruşdu. Mənim hazırladığımı öyrənincə: 'Allahım, onun dindəki anlayışını artır.' deyərək mənə dua etdi. "

     Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ), İbn Abbas'a dua edərək onu duayla mükafatlandırmışdır.

     3. Sual soruşaraq maraq oyandırdı

     Danışacağı mövzuya diqqət çəkmək, maraq yaratmaq üçün sual soruşardı.

     Bir gün səhabələrinə: "Müsəlman kimdir, bilirsinizmi?" deyə soruşdu.

    Onlar da: "Allah və Rəsulu daha yaxşı bilir!" dedilər.

     Kifayət qədər diqqət oyandırdıqan sonra: "Müsəlman, digər Müsəlmanların əlindən və dilindən əmin olduğu kimsədir." buyurdu.

    Sonra: "Mömin kimdir?" Deyə soruşdu. Əshab yenə:

     "Allah və Rəsulu daha yaxşı bilir." dedilər. Bunun üzərinə bunları söylədi:

     "Möminlərin, canları və malları barəsində ondan əmin olduğu kimsədir." (Bir Pedaqoq Olaraq Hz. Muhamməd və Tədris Metodları, s. 81.)

     Allah Rəsulu (sallallahu aleyhi və səlləm ) sual soruşaraq diqqət və maraq oyandırır, dinləyənləri motivasiya edir, ondan sonra deyəcəklərini izah edir.

     İnsan önəmsizcə dinlədiyi şeyi öyrənməz, hələ uzun zaman ağlında heç tutmaz. Onun üçün müəllimlərin suallar soruşaraq, dinləyənləri motivasiya etməsi çox əhəmiyyətlidir.

     4. Deyəcəklərini Zamana Yaydı, Tədricilik Qanununa Riayət Etdi

     Kainatda tədricîlik qanunu vardır. Hər şey zaman içində yetkinləşər. Bir toxum zaman içində böyüyür, ağac olar, meyvə verər.

     Xarici dünyadakı bu hadisələr, insanın daxili dünyası və xarakter formalaşmasına da aiddir. Zehin və ruh tərbiyəsində də zamana ehtiyacımız var.

     Məsələn İslam'ın ilk illərində namaz, sabah və axşam olmaq üzrə iki vaxt olaraq buyurulmuşdur. (Hud, 114; Taha, 12.)

     Cənab-ı Haqq, müsəlmanları buna alışdırdıqdan və ruhən onları hazırladıqdan sonra beş vaxt namaz fərz edilmişdir. (Bəqərə 238; Qurtubi, əl-Camiul-Ahkami'l-Qur'an, 3. cild, s. 210.)

    İçki yasaqlanarkən də zamana yayma metodu istifadə edilmişdir. Öncə içkinin zərərinin faydasından çox olduğu bildirilmiş, sərxoşkən namaz qılınmaması istənilmişdir. Beləcə namaz vaxtlarında içki içilməməsi əmr edilmiş, daha sonra da içki tamamilə qadağan edilmişdir.

     5. Nümunələr Verərək İzah Etdi

     Təmsil üsulu, ən yaxşı təhsil metotlarından biridir. Hekayələr və nümunələr, uşaqların ağlında daha yaxşı qalır. Bu səbəblə Əziz Nəbi (sallallahu aleyhi və səlləm ), məsələn, namazın önəmini gözəl bir örnəklə izah etmişdir:

     "Nə deyərsiniz, birinizin qapısı qarşısında bir axar su olsa, sahibi orada gündə beş dəfə yuyunsa, kirinden bir şey qalar mı?"

Orada olanlar: "Xeyr, kir deyə bir şey qalmamaz." dedilər.

Bunun üzərinə Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ):

"Beş vaxt namaz da bax belədir. Onlarla Allah Təala günahları silər, buyurdu." (Buxari, Mevakit, 6; Tirmizi, Ədəb, 80.)

     6. Öyrətmək Üçün Hekayələrdən Faydalandı

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ), keçmiş dövrlərdə olan hadisələri də hekayə etmiş və bu surətlə səhabə-i kirama dərs vermişdir.

     Əbu Hüreyrə (r.a.) bu hədisi nəql edir:

"Bir it, susuzluqdan az qala öləcək vəziyyətdə, bir quyunun ətrafında dolanıb dururmuş. İsrail oğullarından bir əxlaqsız qadın onu görüncə dərhal ayaqqabısını çıxarıb hicaba bağlamış və bununla su çəkib heyvana su vermiş. Bu səbəblə günahları əfv edilmişdir. "(Müslim, Tövbə 155/2245)

"Bir qadın, bağlayaraq ölümə tərk etdiyi bir heyvan səbəbiylə cəhənnəmə girmişdir. Onu həps etdiyində nə bir şey yedirmiş, nə su vermiş, nə də yerdəki həşəratlardan yeməsinə icazə vermiş. "( Müslim, Birr, 151/2242.)

     Hekayə edərək izah edilən məlumat, ağılda daha asan qalır və gec unudular. Uşaqlarımıza dini hekayələri oxumalı, tarixi hadisələri anlatmalı və anlatmaq istədiyimiz bir çox mövzunu hekayə yolu ilə çatdırmağa üstünlük verməliyik.

     7. Uşaqları Məscidə və Elm Məclislərinə Aparın

     Edərək və yaşayaraq öyrənmək, ən təsirli öyrənmə formasıdır. İnsan eşitdiyini unudar, gördüyünü xatırlayır, amma etdiyini öyrənər ...

     Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm ), uşaqları tez-tez məscidə aparardı. Orada gördüyü başqa uşaqlarla da maraqlanardı. Kiçik nəvəsi Ümamə`ni çiyininə alıb, məscidə gəlirdi. Məsciddəki camaata namaz qıldırır, Ümamə orada gözləyərdi. (Buxari, Salat, 156.)

     Namaz vaxtlarından  əlavə cümə və bayram namazlarında da Hz. Həsən və Hüseyn məscidə gəlir, Peyğəmbərimizi (s.ə.s.) axtarıb tapardılar. Allah Rəsulu (sallallahu aleyhi və səlləm ) onlara xoşgörülü davranırdı.

     Bəzi zamanlar da Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm ) nəvələrini şəxsən məscidə gətirirdi.

     İbn Abbas (r.a.), Peyğəmbərimizlə birlikdə bayram namazına getdiyini, orada namaz qıldığını və Sevgili Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm ) oxuduğu xütbəni dinlədiyini nəql edir. (Buxari, İdeyn, 16; Peyğəmbər Əfəndimizin Uşaqlara Davranışları, s. 122.)

     Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm.), Abdullah ibn Ömər, Əbu Səid əl-Xudri kimi uşaqları o dövrün məktəbi olan Suffa'ya apardığı və onların təhsil almasını təmin etdiyi bilinməkdədir. Suffa uşaq təhsilinə tam cavab verməyincə Mədinənin müxtəlif yerlərində hazırlıq məktəbi deyə biləcəyimiz məktəblər qurdu.

     8. Uşaqlara Səbirli Olmağı Öyrətdi

     Həyatda hamımız uğurla və xoşbəxt olmaq istəyərik. Ancaq zəfərlər, səbir nəticəsində əldə edilir. İşləmədən müvəffəqiyyətə çatmaq mümkün deyildir. Üstəlik dünya, imtahan dünyasıdır, rahat və xoşbəxtlik yeri deyildir. İmtahan əsnasında insan xoşbəxtlik axtarmaz, ancaq imtahanı qazanarsa sevinər.

     Qur'an-ı Kərimdə Cənab-ı Haqq bizə səbri tövsiyə edir və səbr qarşılığında cənnətə girəcəyimizi  müjdələyir.

"Səbırlarına qarşılıq cənnət və (geyim olaraq) ipək lütf edər." (İnsan, 76/12)

     Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm.), "Səbr edən zəfər qazanar." buyurur.

     9. Uşaqları İşə Alıştırdı.

     Uşaqları həyata hazırlamalı, onlara pul qazana biləcəkləri bir peşə və bir sənət öyrətməliyik.

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) Mədinəyə gəldiyində təxminən on yaşlarında olan Hz. Ənəsi yanına aldı. Onunla on il ərzində bir yerdə oldu. Bu zaman içərisində edə biləcəyi bəzi işləri ona gördürdü. Bunu edərkən də onu heç azarlamadı. Həmişə gülər üzlə işləri görməsini təmin etdi. (Buxari, Nikah, 17; Peyğəmbər Əfəndimizin Uşaqlara Davranışları, s. 129.)

     Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) uşaqlara görə iş verirdi. Onlara edə biləcəkləri şeyləri söyləyər, ağır işləri onlara gördürməzdi. Xeybər qalasının fəthi zamanı yol boyunca Ənəs (r.a.), Peyğəmbərimizə yardımcı oldu. Yolda fasilə verdikləri zaman xırda işlərdə Ənəs (r.a.), Peyğəmbərimizə yardım etdi. (Buxari, Cihad, 74; Peyğəmbər Əfəndimizin Uşaqlara Davranışları, s. 130.)

     Bu şəkildə iş göməyi öyrənən uşaqlar, həm öz bacarıqlarını inkişaf etdirir, həm başqalarına yardım etməyə vərdiş edir. Uşaqlara fürsət vermək, istedadlarını inkişaf etdirmələrinə imkan yaratmaq lazımdır. Qabiliyyətləri inkişaf etmiş olaraq həyata hazırlanan uşaqlar, gələcəkdə öz başlarına həyatlarını davam etdirə bilərlər. Önəmli olan, bu bacarığı qazanmalarıdır.

      10. Yumşaq və Xoşgörüşlü Davrandı

     Uşaq tərbiyəsinin təməli sevgi, şəfqət və xoşgörüdür. Uşaqların yanlış etməsi çox təbiidir. Böyüklər belə xəta etməkdədir.

    Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) heç bir uşağı döymədiyi kimi, döymək və şiddəti heç bir şəkildə tərbiyə metodu olaraq tövsiyə etməmişdir.

   Döymək və şiddət, müvəffəqiyyəti artırmadığı kimi, əksinə uşağın şiddət tətbiq edən müəllim, ana və atadan uzaqlaşmasına gətirib çıxarmaqdadır. Şiddət tətbiq edən müəllim sevilməz və uşaq üzərindəki təsiri azalar. 

     Müəllim sevdirmək, nifrət etdirməmək, asanlaşdırmaq məcburiyyətindədir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), bizə sevdirməyi və asanlaşdırmağı tövsiyə edir.

     Məscidi Kirlədən Bədəviyə Xoşgörü

    Əbu Hüreyrə (r.a.) nəql edir:

     Bədəvinin biri, Peyğəmbərimiz (s.ə.s.) 'in məscidinin içində kiçik dəstəmazını pozdu. Məsciddə olanlar qəzəbləndilər, yerlərindən qalxıb adamın üzərinə getməyə başladılar. Az qala adamı döyəcəkdilər ... Bunun üzərinə Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm.) onlara bu əmri verdi:

    "Onu dəyməyin. Sidiyini etdiyi yerə bir vedrə su tökün və təmizləyin. Sizlər asanlaşdırıcı olaraq göndərildiniz, çətinləşdirici olaraq deyil ..." (Səhih-i Buxari Müxtəsəri Təcridi Sarih Tərcüməsi, 1/165; Müslim, Təharət, 100; Buxari, Vudu 58.)

     Hz. Aişə (r.a.), Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm.) belə dediyini nəql edir:

    "Şübhəsiz ki, Allah çox xoşgörüşlü və həlimdir, hər işdə həlimliyi sevər."

     11. İzah Etdiklərinin Zehinlərdə Yerləşməsi üçün Sözlərini Təkrarladı

     Təhsildə əhəmiyyətli mövzuları vurğulamaq və təkrarlamaq, önəmli bir tədris metodudur. Uşaq, təkrarlanan şeylərin önəmli olduğunu sezər. Məlumatları zehinə yerləşdirmək üçün tez-tez təkrar edirik. Təkrar sayəsində məlumatlar qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa köçürülür və zehinə yaxşıca yerləşir.

     Bu səbəblə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) səhabələrə yeni məlumatlar öyrədərkən üç dəfə təkrarlamış və önəmli olan xüsusların zehinlərə yerləşməsi üçün çalışmışdır. Ayrıca dinləyicilərin anlama qabiliyyətinə görə də zaman zaman təkrar etmək lazımdır. Bəzi dinləyici, deyiləni bir dəfə dinləyincə anlayar, bəziləri üçün, təkrarlamaq lazımdır. 

    Hz Ənəs (r.a.) deyər ki: "Allah'ın Rəsulu (sallallahu aleyhi və səlləm.) bir cümlə söylədiyi zaman, başa düşülənə qədər onu bəzən üç dəfə təkrarlayardı. Bir camaata rast gəldiyi zaman onlara salam verərdi. Danışdığı zaman nə az, nə də çox danışardı. Danışarkən ara yerə lazımsız söz qoyaraq sözü uzatmaz, daha yaxşı danışıq külfətinə girməkdən xoşlanmazdı. (İslam'da Ailə Təhsili, s. 482-483.)

     12. İnsanların Anlaya Biləcəyi Şəkildə Danışdı

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), peyğəmbərlərin danışıq tərzini belə izah etmişdir:

"Biz peyğəmbərlər, insanlara ağıllarına görə danışmaqla əmr olunduq." (İslam'da Ailə Təhsili, s. 482-483.)

    Başqa bir hədis-i şərifdə belə bir tövsiyə edir:

    "İnsanlarla anlaya biləcəkləri şəkildə danışın."

     Hz. Ali (r.a.), "Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) tez danışmazdı; hər eşidənin başa düşəcəyi şəkildə tək-tək danışardı." deyir. (Tirmizi, Mənaqib 19/3642).

     13. Uşaqlara Öncəlik Verdi

     Bəzən Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm.) ziyarət etmək istəyən qruplar çoxalar, sıxlıq yaranardı. Allah Rəsuluna (sallallahu aleyhi və səlləm.) çatmaq və onunla görüşmək üçün sıraya girmək lazım idi. Belə vəziyyətlərdə Əziz Nəbi (sallallahu aleyhi və səlləm.) uşaqlara üstünlük verirdi. Görüşü təşkil edənlərə belə əmr verirdi:

"Uşaqlar gələrsə əsla onları gözlətməyin, dərhal içəri alın!" (Model İnsan Peyğəmbər, s. 30.)

     Uşaqlıq dövründə yaddaş, beyin, şəxsiyyət inkişafı sürətli cərəyan edir. Bu müddətdə uşaqlarla maraqlanmaq və bu inkişafa kömək etmək lazımdır. Uşaqların istedadları əngəllənməməli, daha sən uşaqsan, ağılın çatmaz, otur, dinlə kimi, pedaqoji olmayan sözlər və davranışlarla uşaqların zehni və ruhi inkişafı dayandırılmamalıdır.

     Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) uşaqlara diqqət göstərdi, onları sevdi, onlara üstünlük verdi və onları gələcəyə hazırladı. Uşaqlarla maraqlanmaq, onlara üstünlük vermək, ruhi və zehni inkişaflarına yardım etmək lazımdır. Yaxşı müəllim, uşaqları məhdudlaşdırmaq əvəzinə onların inkişafına yardım edər.

     14. İnsanı Deyil, Davranışı Tənqid Etdi

     Gözəl əxlaqı tamamlamaq üçün göndərilmişdi; daim gözəl sözlər söylər, gözəl işlər görərdi. Çirkin və pis sözlərin könülləri çirkinləşdirdiyini, bulandırdığını bilirdi. Bu səbəblə ömrü boyunca dost və ya düşmən kimsəyə çirkin bir söz söyləməmişdir.

     Allah Rəsulu (sallallahu aleyhi və səlləm.) incidici danışmazdı. Özünə pis davranıldığı zaman bunu şəxsiləşdirməz, ümumiləşdirər və düzəldərdi. Özünə bir şikayət çatsa və ya xətalı bir davranış görsə edənin üzünə vurmazdı.

"İnsanlara nə olub ki, nə üçün belə söyləyər və ya belə edərlər!" deyə danışar, davranışın pis olduğunu hiss etdirər, insanı pisləməz və insana ağır gələcək söz söyləməzdi. (Əbu Davud, Ədəb, 6; Peyğəmbərimizin Sünnəsində Tərbiyə, s. 277.)

     15. Uşaqlara Yalan Vədlər Verməyi Qadağan etdi

     Aldadılmaq heç kimin xoşuna gəlməz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), "Aldadan bizdən deyildir." buyurur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), uşaqların aldadılmasını istəməz, onlara doğrunu söylərdi.

     Mədinədə bir küçədə gedərkən bir qadının uşağını çağırdığını, lakin uşağın anasını dinləmədiyini gördü. Qadın, uşağın evə gəlməsini təmin etmək üçün, "Əgər gələrsənsə sənə filan-filan şeyləri alacağam." deyirdi.

     Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), qadına yaxınlaşdı:

     "Həqiqətən uşağa vəd etdiklərini ala biləcəksənmi?"

    "Xeyr, ala bilmərəm." dedi qadın.

     Əfəndimiz (sallallahu aleyhi və səlləm.), qadını xəbərdar etdi:

    "Bil ki, bu, yalan olaraq yazılar!"

     16. Uşaqlarla Birlikdə Oynadı

     Əfəndimiz (sallallahu aleyhi və səlləm.), nəvələri Hz. Həsən və Hz. Hüseyn ilə maraqlanar və onlarla oyun oynayardı. Bir gün mələk nəvələr, babalarından onlara dəvə almasını istədilər. Əfəndimizin dəvə alacaq imkanı yox idi. Özü əyildi və onlara belə dedi:

     "Haydi minin! Bundan yaxşı dəvə mi olar? "(Model İnsan Peyğəmbər, s. 50.)

     Oyun, uşağın ən təbii ehtiyacıdır. Oyun sayəsində uşaq, yoldaş qazanmağı, onlarla davranmağı öyrənər. Oyun oynayarkən bir çox qabiliyyətini inkişaf etdirər. Söz xəzinəsi zənginləşər. Bir çox şeyi yoldaşlarından öyrənər, onlara öyrəndiklərini öyrədər.

     17. Uşaqların Haqqına Riayət Etdi

    Qur'an, ədalətli olmağı əmr edir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) insanlara ədalətli davrandı. Uşaqların haqqına riayət etdi. Uşaqdır, anlamaz, demədi.

    Səhabələrdən Numan b. Bəşir nəql edir: Atam məni götürüb Allah'ın Elçisi'nə (sallallahu aleyhi və səlləm.) gətirdi və belə dedi:

- "Ya Rəsulullah, mən bu oğluma bir hədiyyə verdim. Mənə aid bir köləni ona verdim."

- "Bundan başqa uşağın var mı?"

- "Bəli."

- "Hamısına buna bağışladığının bir bənzərini bağışladın mı?"

- "Xeyr."

- "O halda məni şahid tutma, çünki mən haqsızlığa şahidlik edə bilmərəm."

Sonra da bunu soruşdu:

- "Ya Bəşir, uşaqların hamısının sənə yaxşılıq etməsi, hörmət göstərməsi, bərabər səviyyədə olmaları səni sevindirərmi?"

"" Bəli, sevindirər! "

- "O halda birinə verib digərini nə üçün məhrum buraxırsan?"

      Əfəndimiz:

"Geri çevir." buyurdu. (Buxari, Hibə 2/11, Şehâdât 9; Müslim, Hibât 9/1623.)

     Ayrıca Əziz Nəbi (sallallahu aleyhi və səlləm.), Bəşirə:

"Allah'dan qorxun və uşaqlarınız arasında ədalət edin." buyurdu. (Səhih-i Buxari Müxtəsəri Təcridi Sarih Tərcüməsi, 8/1133; Müslim, Hibat, 18.)

     Beləcə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), uşaqları arasında ədalətsiz davranan atanı xəbərdar etdi və onu övladları arasında bərabər davranması üçün razı etdi.

     Hətta uşaqlar arasında sevgini  paylaşmaqda belə bərabərliyə əhəmiyyət verdi.

     Bir adam, Peyğəmbərimizlə (sallallahu aleyhi və səlləm.) birlikdə oturmuşdu. Bu əsnada adamın kiçik oğlu gəldi, adam onu öpdü və qucağına aldı. Sonra adamın kiçik qızı gəldi, onu da alaraq yanına oturtdu.

     Bunun üzərinə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) adamı xəbərdar etdi:

     "Sən qız uşağı ilə oğlan arasında ədaləti qorumadın!" (Peyğəmbərimizin Sünnəsinə Uşaq Tərbiyəsi, s. 333.)

      18. Uşaqlara Təmizliyi Öyrətdi

      İslam dini, təmizliyə önəm verir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), "Təmizlik imandandır." buyurur.

     Bir başqa hədislərində isə "Təmizlik imanın yarısıdır." buyurur. (Müslim, Təharət, 3) "Namazın açarı təmizlikdir." (Tirmizi Təharət, 3.)

     Gözəl şeylər uşaqlara kiçik yaşlarında öyrədilərsə, onlarda davranışa çevrilər və vərdiş halına gələr. Bu səbəblə Əziz Nəbi (sallallahu aleyhi və səlləm.), uşaqlara kiçik yaşda təmizliyi öyrətdi və vərdiş halına gətirmələrini təmin etdi.

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), "Sizdən cümə gününə gələn yuyunsun." buyurmuş, böyüklərə də yuyunmağı tövsiyə etmişdir. Dırnaq kəsməyi, qoltuq altı və ətək tüklərini təmizləməyi tövsiyə etmişdir. Uşaqlarının saçlarını təraş etmiş və təraş etməyi tövsiyə buyurmuşdur.

    Ağız və diş təmizliyinə önəm vermiş və belə demişdir:

"Misvak istifadə edin; çünki o, ağzı təmizləyər, Aləmlərin Rəbbinin razılığını qazandırar. Cəbrail hər gəlişində mənə misvak istifadə etməyi o qədər tövsiyə etdi ki, ümmətimə fərz qılınacaq deyə qorxdum! "( İbn Macə, Təharət, 7.)

     19. Öyrətdiklərini Yazdırdı

      Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm.), öyrətdiklərini yazdırdı. Həm nazil olan Qur'an ayələrini yazdırdı -ki on beş nəfər vəhy katibi vardı- həm də söylədiyi hədislərin yazılmasını təşviq etdi.

     Abdullah bin Amr b. əl-As, mövzuyla əlaqədar bir xatirəsini belə nəql edir:

     Rəsulullah'dan (sallallahu aleyhi və səlləm.) eşitdiyim hər şeyi əzbərləmək üçün yazırdım. Qureyş, mənə bunu qadağan etdi. Rəsulullah (sallallahu aleyhi və səlləm.), qəzəb və sükunət halında danışan birisi. Sən ondan eşitdiyin hər şeyi yazırsanmı, dedilər. Bunun üzərinə yazmağı saxladım. Daha sonra məsələni Rəsulullaha (sallallahu aleyhi və səlləm.) ərz etdim. əliylə ağzına işarə edərək belə buyurdu:

"Yaz, nəfsim qüdrət əlində olan Allah'a and olsun ki buradan haqqdan başqa bir şey çıxmaz." (Əbu Davud, Elm 3/3646..)

      Yazaraq öyrənmək, ən yaxşı öyrənmə şəkillərindən biridir. Yazarkən həm mövzuya diqqət toplanır, həm də daha sonra təkrarlamaq istəyəndə əldə mətn olur.

     20. Xarici Dil Öyrənməyi tövsiyə etdi

    Beyin, müqayisə edərək,qarşılaşdıraraq öyrənər. Bir dili bilən, ikinci dili daha asan öyrənər. Xarici dil bilmək insanlar arası ünsiyyəti asanlaşdırır. Xaricilərlə anlaşmamızı, onlara öz din, dil və mədəniyyətimizi anlatmağımızı asanlaşdırır. Onlardan yeni şeylər öyrənməyimizi təmin edər. Peyğəmbərimiz (s.a.v.) təbliğ etmək üçün xarici dili istifadə etmişdir.
 
     Şəfqət Peyğəmbəri (s.a.v.) bir gün Zeyd b. Sabitdən (r.a.), yəhudilərə güvənmədiyini, yazışmalar üçün onların dilini öyrənməyi tövsiyə etdi. O da qısa müddətdə İbranicə öyrəndi və yazışmalarda Peyğəmbərimizə (s.a.v.) xidmət etdi. (a.k.ə)

     21. Şəkil Çəkərək, Bənzətmələr Edərək və Bədən Dili ilə İzah Etdi

     Şəkil və rəsimlərlə izah edilən məlumatlar ağılda daha yaxşı qalar. Sağ beyin yarım kürəsi, rəsm və şəkilləri fotoqrafik yaddaşa qeyd edər və asan asan unutmaz. Bu səbəblə rəsm və şəkillərlə, göstərərək izah etmək, mövzuların daha yaxşı başa düşülməsini və öyrənilməsini təmin edər.

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), Hz. Cabir ilə birlikdə oturarkən torpağa şəkil çəkərək ona Allah'ın və şeytanın yolunu izah etdi. Cabir (r.a.), hadisəni belə nəql edir:

      Hz. Peyğəmbərin (sallallahu aleyhi və səlləm.) yanında oturarkən önünə bir xətt çəkdi və "Bax belə; bu, Uca Allah'ın yoludur." buyurdu. Sonra bu xəttin sağına iki xətt, soluna iki xətt çəkdi və "Bunlar da şeytanın yollarıdır." buyurdu. Daha sonra əlini ortadakı xəttin üzərinə qoydu və bu ayəni oxudu:

     "Doğru yoluma tabe olun. Sizi Allah yolundan ayrı salacaq yollara uymayın. Allah sizə bunları, pis əməllərdən çəkinəsiniz deyə tövsiyə edir." (Ənam, 6/153)

 

     22. Dediklərini Tətbiq Etdi, Yaşayaraq Öyrətdi

     Ən effektiv öyrətmə metotlarından biri də "praktiki izahat" dır. Edərək və yaşayaraq öyrəniləni insan asanlıqla unutmaz. Praktiki təlim-tədris, ən səmərəli tədris formasıdır.

     Bir gün Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), qoyun soyan bir cavana rast gəldi. Ona:

- "Bax, sənə öyrədim." dedi. əlini dəri ilə ət arasına salıb qoltuq altına qədər apardı. Sonra da belə dedi:

- "Cavan, bax belə üz!" (Davud, Təharət, 73; İbn Macə, Zabaih, 6.)

     Sevgili Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.), dəstəmazın necə alınacağını soruşan bir kimsəyə, şəxsən dəstəmaz alaraq göstərdi. Hətta bəzi rəvayətlər, bunu üç dəfə etdiyini nəql edir. ( İbn Macə, Təharət, 48.)

     Bir şeyi edərək öyrətmək, həm gözə, həm də qulağa xitab edər; bu səbəblə, öyrədilənin ağılda qalıcı olmasını təmin edər. Hz. Peyğəmbər (s.a.v.), bu metodu tez-tez istifadə etmişdir.

Ali Erkan Kavaklı



18-11-2016 07:14:13