Ana səhifə

Allahdan başqasını sevmək caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Allahdan başqasını sevmək caizdir?
Cavab: 

 

Bəli insanların içinə bu sevgini qoyan Allahdır. Ancaq hər duyğunun harada və necə istifadə ediləcəyini də bizə bildirmişdir.

 

Bu duyğuları əsl sahibi olan Allaha verdikdən sonra o zaman Allah adına Onun məxluqatını sevmək də ibadət olar. Bizə verilən duyğuları səhv yerdə istifadə etmək doğru deyil. Ancaq bəzən məxluqata aşiq olanların, zamanla həqiqi eşqi tapıb Allaha çatdıqları sonra da hər şeyi Allah adına sevdikləri olmuşdur.

 

Eşq, ifrat məhəbbət deməkdir. Məhəbbət, bilmənin və tanımanın və yaxud mütləq kamala muttali olmanın; qarşı tərəfdə də kamal, camal -məcazi eşq baxımından- məlahət kimi xüsusların olmasıyla bəzən meydana gələn insandakı fitri bir haldır.

 

İnsan, tanımadığını və bilmədiyini sevməz; sevə biləcəyini tanıyıb bilsə sevər. Kafirlərin Allahı sevməməsi və Rəsulu Əkrəmə qarşı hörmətsiz olmaları tanımama və bilməmədən qaynaqlanmaqdadır.

 

Məhəbbətin ifrat dərəcəsinə eşq deyilir. Normal məhəbbətdə olmasa da eşqdə bəzən müvazinətsizcə rəftarlar görülə bilər. Bir başqa mənada eşq, məhbubundakı qüsurları görməməzlik, gözünə ondan başqa xəyalin girməməsi və onu hər şeyin və hər kəsin üstündə qəbul etmə halıdır. Məsələn adamın, günəşin gözəlliyini məhbubunun gözəlliyi yanında sönük görməsi, "Məhbubum mənim yanımda olsa cənnətin hurilərini istəməm" deməsi və ya "Cənnət başqalarının olsun. Mənə məhbubum yetər.." kimi iddialar, aşiq sözləri və məcazi eşq baxımından da ağıl və məntiqlə təlif edilə bilməyəcək pərvasızca iddialardır. Bu eşqdir ki, Məcnunu səhraya salmış və Fərhadı da böyük dağı deşmə macərasına aparmışdır.

 

Allahdan başqasına -nə olursa olsun- könül vermək, onu sevmək, aşiq və mübtəla olmaq məcazi eşqdir. Məsələn Məcnunun, Fərhadın və Zəlihanın məhəbbəti, bir məcazi məhəbbətdir. Bir də ifrat məhəbbətin fitri qərəzsiz, olanı vardır ki, buna da ana və atada olan şəfqəti misal verə bilərik. Əsasən şəfqət, Allahın Rəhman və Rəhm adlarından gəlməkdədir. Allahın insanlara və məxluqata qarşı olan müqəddəs və uzaq sevgisinin, dəyişik yanlarıyla insanlarda olanına şəfqət deyilir.

 

Allahı sevmək, hər cür əlaqənin kənarındadır. Bu sevgini vicdanında bir az olsun hiss edən nələr eşidər. Cənabı Haqqı sevmənin başladığı andan etibarən hər sevgi bilvasitəlik rənginə bürünər. Ayrıca Allahı sevdiyiniz nisbətdə ondan qeyrisinə qarşı eşq əlaqəniz yavaş yavaş sönər. Siz artıq hər şeyi ondan ötrü sevməyə başlarsınız. Məsələn Hz. Əlini, kürəkəni Rəsulullah, Onun Heydəri Kərrarı, Şahı Mərdəni, müharibə meydanlarının kükrəyən aslanı olduğu üçün sevərsiniz. Allahı sevmə zirvəsinə yüksəldiyiniz zaman Rəsulu Əkrəmi Allahın elçisi olduğu üçün sevərsiniz. Onun qarşısında yeri, mövqeyi və risalətini daha yaxşı görüb oxuduqca bu dərinlikdən ötəri sevgi bir heyranlığa çevrilər. Bu bir zövq və hal məsələsidir. Bunu dadan bilər; dadmayan bilməz.

İnsanın Allahı sevməsi yaxşı bir şeydir. Xüsusi ilə insan, vicdan sistemiylə Allahı tam belə bilirsə Onu dəlicəsinə sevər. Çünki sevginin məkanı vicdandır.



07-12-2009 10:19:51