Ana səhifə

Allah`ın adlarından olan əl-Cəbbar isminin mənası nədir?


YazdırSend to friend
Sual Detayı: 
Allahin Adlarindan biri olan Cebbar adinin menasina rast geldim menasi "ZORLA ITAET" EDEN demekdir sehv etmiremse eger.Bunun aciqlamasi cox diqqetimi cekdi niye mehz zorla itaet eden bildiyime gore islamda zorluq yoxdur Sizden ricam bu adi mene aciqlayasiniz?
Cavab: 

əl-Cəbbar
     Allah Cəbbardır. Cəbbar adının Allah haqqında bu mənaları vardır.

1-Allah`ın dilədiyini zorla/məcbur etdirməyə müqtədir olması.

2-Qullarının işlərini yoluna qoyması və əskikləri aradan qaldırması.

3-Qırıqları təmir etməsi və dərdlərə dərman verməsi.

4-Çox böyük və əzəmətli padşah olması.

İndi cəbbar adının bu fərqli mənalarını tək-tək anlamağa və kainatdakı təcəllilərini görməyə çalışaq:
 

1- Allahın dilədiyini zorla etdirməyə müqtədir olması

    Allah cəbbardır. Dilədiyini zorla etdirməyə müqtədirdir. Hökmünü geri çevirəcək və təqdirini dəyişdirəcək heç bir qüvvət yoxdur. Əmri və hökmü hər şeyə hakimdir. Bəli kim bu kainata diqqət ilə baxsa, kainatı; çox haşmətli və çox fəaliyyətli bir məmləkət, idarəsi çox hikmətli, hakimiyyəti çox qüvvətli bir şəhər hökmündə görər. Hər şeyi və hər məxluqu bir vəzifə ilə itaət halında tapar.    

     Kimi bir bal fabriki(arılar), kimi bir süd çeşməsi olmuş(qoyun,inək,keçi), kimi rəhmətin lətif bir əli, kimi bu dünya misafirhanəsinə bir lampa(ay) və soba(günəş) olmuş. Bunlar kimi hər bir məxluq Allah`ın ona əmr etdiyi vəzifəylə məşğuldur. Və o vəzifəyə üsyan edə bilməz. Günəş o əzəməti və böyüklüyü ilə "mən bu gün doğmayacağam, ya da batmayacağam" deyərək Cəbbar olan Allah`ın hökmünə qarşı gələ bilməz. Ay kandil(şam) və təqvimçilik vəzifəsindən geri qala bilməz. İnsandan başqa hər şey vəzifəsinə çox diqqət yetirər və Cəbbar-ı azim olan Allah`ın əmrinə boyun əgər, itaət edər. İşdə vəzifəsini edərək Allah`ın əmrinə itaət edən və ona qarşı gələ bilməyib boyun əyən hər məxluqda ‘cəbbar' adı görünər.    

     Bizlər bir toyuğun yumurtladığını, qoyunun süd verdiyini gördüyümüzdə heç Allah`ın Cəbbar adını təfəkkür etdikmi? Ya da dəvənin üzərinə minmiş və səyahət edən bir adamı gördüyümüzdə, dəvəni insana xidmət etməyə məcbur edən Allah`ı Cəbbar adıyla zikr edib ona həmd etdikmi?       

     Çünki insana itaət etdirilmiş və vəzifəsinə üsyan edə bilməyən hər məxluqda cəbbar adı təcəlli edər. Bəli kainatın zərrələrindən, səmanın ulduzlarına qədər hər şey Allah`a itaət edərək Cəbbar adına ayna olur və onu Cəbbar adıyla təsbeh edir. Tək bədbəxt insanlar müstəsna…    

     Baxın Əfəndimiz (Allah`ın Salamı və Salatı onun üzərinə olsun) Allah`ın cəbbar adının həqiqətinə nüfuz edərək onu necə vəsf etmiş;

Ey əzəmətinə hər şeyin boyun əydiyi,

Ey qüdrətinə hər şeyin təslim olduğu,

Ey izzətinə qarşı hər şeyin zəlil olduğu,

Ey heybətinə hər şeyin huşu içində boyun əydiyi,

Ey səltənətinə hər şeyin təslim olduğu,

Ey qorxusundan hər şeyin alçaldığı,

Ey haşyetinden dağların parçalandığı,

Ey əmriylə göylərin ayaqda dayandığı,

Ey izni ilə yer üzünün sabitlik tapdığı…  

2- Qullarının işlərini yoluna qoyması və əskikləri aradan qaldırması.    

      Allah Cəbbardır. Qullarının işlərini yoluna qoyar və onların əskikliklərini aradan qaldırar. cəbbar adı bu mənasıyla davamlı bizdə təcəlli edər; Bir işsizin iş tapması, siftə belə edə bilməyən bir biznesmenin işlərinin açılması, borclunun borcdan xilas olması, dərsləri zəif olan bir şagirdin dərslərini düzəltməsi, yanacaq odun kömürü olmayan bir ailənin bu ehtiyacının aradan qaldırılması, əskik bir faylın sənədlərinin tamamlanması və bunlar kimi işlərin yoluna qoyulub əskiklərin aradan qaldırıldığı bütün işlərdə Allah`ın Cəbbar adı təcəlli etmişdir.      

      Maddi aləmdə bu mənasıyla təcəlli edən cəbbar adı mənəvi aləmdə təcəlli etdiyində qullarının hallarını islah edər, onlara tövbəni nəsib edər, əxlaqlarını gözəlləşdirər, edə bilmədikləri ibadətləri onlara asanlaşdırar və qulunun məna aləmindəki əskikliklərini aradan qaldırar. Allah Cəbbar adı hörmətinə maddi və mənəvi işlərimizi yoluna qoysun və əskikliklərimizi aradan qaldırsın.
 

3- Qırıqları təmir etməsi və dərdlərə dərman verməsi.      

     Allah Cəbbardır. Qırıqları təmir edər, dərdlərə dərman lütf edər. Qırılan bir ürəyin təsəllisi Cəbbar adı ilə olar. Qırılan bir sümük bu adın təcəllisiylə yaxşılaşar. Tərəddüd içində qalanlara maddi və mənəvi yollar göstərər, ehtiyac sahiblərinə imdad edər, ağır bəlalara düşən qullarının fəryadına yetişər. Xəstələr bu adda şəfa, dərdlilər dərdlərinə dərman tapar. Demək ki xəstəyə şəfa, dərdliyə dərman, borcluya əda bu ad ilə göndərilər. Küslər bu adın təcəllisi ilə barışır,

    Məsələmiz Allah`ı tanımaq və hər şeydə ona bir pəncərə açmaq. Görəsən qırılan bir əşyamızı bir-birinə yapışdırdığımızda, bu hərəkətin cəbbar adının bir təcəllisi olduğu heç düşündükmü? 

    Və ya borcumuz var amma ödəmə imkanımız yox. Qara-qara düşünərkən heç gözləmədiyimiz bir yerdən gələn köməklə borcumuzu ödədiyimizdə, dərdimizə dərman olan Allah`ı cəbbar adıyla təfəkkür etdikmi? 
 

4- Çox böyük və əzəmətli padşah olması    

     Allah cəbbardır. Çox böyük və əzəmətli padşahdır. O elə bir padşahdır ki; səltənətinin başlanğıcı olmadığı kimi sonu də yoxdur. Onun səltənətindən başqa heç bir səltənətin davamı da yoxdur.      

    O elə bir sultandır ki; ağcaqanadın qanadından, səmavatın şamlarına qədər, bədənin hüceyrələrindən, səmanın bürclərinə qədər hər şey O`nun mülküdür. O nəhəng günəş O`nun mülkündə kiçik bir lampa, ulduzlar bir şam və ay bir təqvimçidir.      

    Bəli kainatın sultanı birdir. Hər şeyin açarı O`nun yanında, hər şeyin dizgini(cilov) O`nun əlindədir. Hər şey O`nun əmriylə həll edilər.Bu mənalar insana ifadə edər ki;      

    O`nu bulan nəyi itirər? Və O`nu itirən nəyi bulur? Sultan-ı Kainatı bulan hər şeyi bular. Həddsiz minnətlərdən və qorxulardan xilas olar. O`nu bulamayan isə heç bir şey bulamaz. Bulsa bulsa başına bəla bulur.

El- Cebbar



12-04-2014 02:35:29

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz