Ana səhifə

Allahın qula hidayət etməsi üçün qulun nə etməsi lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
Allahın qula hidayət etməsi üçün qulun nə etməsi lazımdır?
Cavab: 

Hidayət, qulun iradəsini istifadə etməsindən sonra, Allahın o qulun ürəyinə qoyduğu bir nurdur.

 

Xeyr və şərin Allahdan olması cəhətiylə, insanları hidayətə çatdıran və dəlalətə salan ancaq odur. İnsanlar bir-birinin hidayət və dəlalətinə yalnız səbəb olarlar. Hidayət və dəlaləti Cənabı Haqqın yaratmasını səhv anlayan bəzi kəslər, "hidayət Allahdandır, o nəsib etmədikdən sonra insan doğru yola girə bilməz" deyərək, həm başqalarını xəbərdarlıq və irşat etmə yolunu bağlamaqda, həm də özlərini qüsurlarında üzrlü göstərmək istəməkdədirlər.

 

Əvvəl bunu ifadə edək. Cənabı Haqqın dilədiyinə hidayət buyurması caizdir. İnsanları səadətə çatdıran ancaq Odur. Lakin uca rəbbimizin bir qulunda dəlalət yaratması, o qulun öz cüzi iradəsini sui-istifadə etməsi səbəbiylədir. Yoxsa, qul öz qabiliyyətini dəlalət yoluna yönəltmədikcə, Cənabı haqq onu o yola sövq etməz. Eyni vəziyyət hidayət üçün də söz mövzusudur. Necə ki insan ruzi üçün lazımlı bütün təşəbbüsləri etdikdən və səbəblərə təvəssül etdikdən sonra nəticəni Allahdan gözləyər. Çünki Rəzzaq (ruzi verici) ancaq odur.. Eynilə elə də bir kimsəyə Allahın əmr və qadağanlarını ən gözəl bir şəkildə təbliğ edən insan, nəticəyə qəti gözüylə baxa bilməz. Çünki, Hadi (hidayətə çatdırıcı) ancaq odur. Allahın dilədiyinə hidayət verməsi isə, hidayət şərtlərinə riayət edən kimsəyə, diləsə hidayət verməsi deməkdir. Yoxsa, "hidayət üçün lazımlı heç bir səbəbə riayətin lazım olmadığı" mənasını verməz. Bu düşüncə tərzi ruzi misalında, tarlaya toxum əkmədən məhsul gözləməyə bənzər.

 

 

Hidayət və dəlalətə dair bütün ayələr Allahın rəhman və rəhm olduğu, Qurani Kərimin müttəqilərə hidayət olmaq üzrə nazil edildiyi və peyğəmbər əfəndimizin (s.ə.s.) Aləmlərə rəhmət olaraq göndərildiyi göz önünə alınaraq mütaliə edildiyində, məsələnin heç də etiraza və ya istismara əlverişli olmadığı açıqca görüləcək.



11-01-2010 09:01:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz