Ana səhifə

Ana-ata fasiq və günahkardırsa onlara itaət necə olmalıdır? Ana və ataya itaətdə sərhəd nə olmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
Ana-ata fasiq və günahkardırsa onlara itaət necə olmalıdır? Ana və ataya itaətdə sərhəd nə olmalıdır?
Cavab: 

Əsma Bintu Əbi Bəkr (radiyallahu anhə) deyir:

"Hələ müşrik olan anam yanıma gəldi; necə davranmağım gərəkdiyi barəsində Hz. Peyğəmbərdən (əleyhissalatu vəssalam) soruşaraq:

'Anam yanıma gəldi, mənimlə (görüşüb danışmaq) istəyir, anama yaxşı davranımmı?'dedim.

'Bəli, ona lazım olan hörməti göstər.' dedi. "[Buxari, Hibə 28, Ədəb 8; Muslim, Zəkat 50 (1003); Əbu Davud, Zəkat, 34 (1668)]

Hədisdə zikri keçən, Əsma anası haqqında bir çox münaqişələr var. Bizim üçün hədisin ifadə etdiyi əhkam mühümdür. Ana və ata kafir olsa belə onlara qarşı insani vəzifələrimizi, övladlıq əlaqə və hörmətini göstərmək lazım olduğu aydın olur. Hətta bu hədisdən kafir belə olsa ana və ataya nəfəqə verməyin vacib olduğu hökmü çıxarılmışdır.

Kafir belə olsaana və ataya qarşı hörmət etmək və nəfəqə vermək məsələsinin əhəmiyyəti buradan aydın olur ki, yuxarıdakı hədis üzərinə vəhy gəlmiş və məsələ Qurani-Kərimdə hökmə bağlanmışdır.

"Allah din uğrunda sizinlə vuruşmaya və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir."(Mumtəhinə, 60/8)

Müşrik belə olsa ana və ataya hörmət barəsində bu ayə daha açıqdır: (Tərcümə olaraq)

"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağı üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! ..."(Loğman, 31/15)

Bu şərhlərə görə müsəlman olan bir ana-ata, nə qədər günahkar olursa olsun, onlara sayğı və hörmətdə qüsur etməmək lazım olduğu öz-özünə aydın olur.

İtaət etmək ayrıdır, üsyan etmək ayrıdır.Allah Təalaya üsyan olmadıqca ana-ataya mütləq itaət əmr edilmişdir. O halda Allahın əmrinə zidd olmayan hər istəklərini yerinə yetirmək lazımdır. Allahın əmrlərinə zidd olan istəklərinə isə tabe olunmaz,amma üsyan da edilməz. Bu istəkləri yerinə yetirilməz və səssiz qalınar. Hörmət və sayğı davam edər.

Qəlbləri çevirən Allahdır. Ona yalvarmaq gərəkdir. Uşaqların ana-atalarına göstərdikləri bu sevgi, sayğı və hörmət onların qəlblərinin yumşalmasına səbəb ola bilər. Hədəf və məqsəd onları qazanmaq olmalıdır.

Dinimiz xala və dayını ana yerində, bibi və əminidəata yerində qəbul etmişdir.Bu səbəblə onlara hörmət və sayğı ana-ataya edilmiş kimi qəbul edilmişdir. Onların haram istəklərinə uymaq olmaz. Lakin sayğı, hörmət və sılayı-rahimdə qüsur etməmək lazımdır.

Digər qohumlara gəlincə,sılayı- rahimi kəsmək doğru deyildir. Günahkar da olsa onlarla əlaqəni kəsmək yerinə düzəlmələri üçün çalışmaq lazımdır.

Yaxşı gündə yaxşı insanlarla hər kəs qardaşlıq edər. Önəmli olan ən çətin zamanlarda qardaşlıq etmək və qardaşını pislikləri və günahı içində buraxmamaqdır. Gerçək vəfa gerçək dostluq və qardaşlıq budur.

Dinicəhətdən bəzi qüsurları, İslami yaşayış baxımından bəzi əskiklikləri olan əqrabalarımızın imkan nisbətində bu əksikliklərininin aradan qaldırılmasınaçalışmaq, onları haqqa və həqiqətə isindirməyə səy göstərmək bizə düşər.

Cənabı-Haqqın da Peyğəmbərimizə (əsv) tövsiyəsi açıqdır:

"Əvvəl ən yaxın əqrabalarına haqqı təbliğ et." (Şuəra, 26/214)

Bu İlahi tövsiyyə hamımıza aid deyil?



27-08-2016 03:38:21