Ana səhifə

Ana bətində ölən uşaqların ruhları necə olacaq?Uşaqların, ana atalarına şəfaətçi olacaqlarını bildirən rəvayətləri necə anlamalıyıq?


YazdırSend to friend
Sual Detayı: 
Salam.men betnimde cox kez hamilelık pozulub.o birilerini bilmirem amma 2 hamilelik 2ayligina yaxin pozulub ve hekimler onu abort edibler.sualim onlar da bir can olaraq ruhlari olub.ve cennete dusecekler.insallah cennet hamiya qismet olsun,mene de olarsa onlar menim evladim olaraq donecek.?tanri meni evlad itkisine gore sinaya biler.?mene dua edın.ve evlad hesreti cekenlere.olanlari tanrim qorusun insallah.
Cavab: 

Və aleykumussalam.

Uşaq ana bətnində qırx və ya qırx iki günlük olarkən ruh üfürüldüyünə dair hədislər var. Bu baxımdan bir uşaq əgər ruh üfürüldükdən sonra ana qarınında ölmüş isə axirətdə Cənnətdə olacağı və yenə axirətdə ana atasına şəfaətçi olacağı qənaətindəyik.

Çünki ruh qətiyyən baqidir (əbədi). Yox olması mümkün deyildir. Ruhun baqi olduğunu Bədiüzzaman Səid Nursi Həzrətləri belə açıqlayar:

"Ruhun yoxluğu, ya təxrib və inhilal (dağılma) ilədir. O təxrib və inhilal isə, vəhdət yol verməz ki girsin, besatet (düzgünlük) buraxmaz ki bozsun. Yaxud edam ilədir. Edam isə Cevad-ı Mütləqin (mütləq comərd) hədsiz mərhəməti icazə verməz və nəhayətsiz comərdliyi buraxmaz ki, verdiyi vücud nemətini o vücud nemətinə çox müştaq və layiq olan insan ruhundan geri alsın. "(29. Söz)

Düşən uşaqların orqanları müəyyən isə yuyular, ad verilər, bir bezə sarılar və cənazə namazları qılınmadan qəbirisitanlığa basdırılar.

Uşaq ana bətnində canlandıqdan sonra düşərsə bunların axirətdə təkrar diriləcəyinə və ana atasına şəfaətçi olacağını ümid edirik.

Uşaqların şəfaət etmələri, bəzi günahların əfvindən uşaqların tərbiyələri, nazları və niyazlar ilə sevimli hallarıyla, rəhmət və şəfqətə yaxın duruşlarıyla, ana və atalarını Allah'ın bağışlamasında və mərhəmət etməsində vəsilə olmaları deməkdir. Onların ricalarını rəhmət-i İlahiyyənin qəbul edəcəyini ümid etmək, Allah'a qarşı hüsn-ü zənnimizin də bir gərəyidir.

Bəli, kiçik yaşda ölən uşaq ailəsinə şafaat edər. Şəfaət dediyimiz hadisəni, Cənab-ı Haqq başda Peyğəmbərimizə (s.ə.s.) olmaq üzrə bütün enbiyaya, mələklərə, Allah'ın sevimli qulları olan vəlilərə, şəhidlərə və kiçik yaşda vəfat edən günahsız uşaqlara vermişdir. Lakin şəfaət deyilincə, Allah, cənnətə qoymaq istədiyi kəsləri Allah'ın sevdiyi kəslərin əliylə və şəfaatiylə etdirmək iradə edər. Burada Allah'ın istəmədiyi və sevmədiyi və ya qurtulmağa haqq qazana bilməyən kəsləri heç kimsə yenə qurtara bilməyəcəkdir. Dolayısilə şəfaətə haqq qazanan kəslər, yenə Allah'ın razılığını qazanan kəslərdir. Yoxsa kafir və müşrik kimi dünyada Allah'ı razı etməmiş kəslər şəfaətə haqq qazanmayacaqlar.

Peyğəmbər Əfəndimiz (s.ə.s.) 'in mövzu ilə əlaqədar bəzi hədisləri belədir:

"Hələ yetkinlik çağına çatmamış üç uşağı ölən hər müsəlmanı Allah, uşaqlara olan rəhmət və şəfqəti səbəbiylə cənnətə qoyar." (Buxârî, Cənaiz 6, 91; Müslim, Birr 153)

"Hər hansı bir müsəlmanın (yetkinlik çağına çatmamış) üç uşağı ölərsə, o kimsəyə cəhənnəm atəşi ancaq Allah'ın andı yerinə gələcək qədər qısa bir müddət toxunar." (Buxarî, Cənaiz 6, Eyman 9; Müslim, Birr 150)

"Sizdən (hələ yetkinlik çağına gəlməmiş) üç uşağını axirətə göndərən hər qadın üçün, bu uşaqlar cəhənnəmə qarşı mütləq sipər olar." buyurdu. İçlərindən bir qadın: "Bu hal iki uşaq göndərənlər üçün də keçərli ola bilərmi?" dedi. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm: "Bəli, iki uşaq göndərən üçün də vəziyyət eynidir." cavabını verdi. (Buxârî, Elm 36, Cənaiz 6, 91; İ'tisam 9; Müslim, Birr 152)

"Düşmüş (ölü doğmuş) uşaqlarınıza ad verin. Çünki onlar axirətdə sizin üçün yüksək dərəcələr qazandırmaq üzrə öncülərinizdir." (Camius-Sağir, III / 1074)

"Ölü doğan uşaqlarınıza ad verin. Ki, Allah bununla tərəzinizin savab gözünü ağırlaşdırsın. Əks halda o Qiyamət günündə gələrək belə deyər: "Yâ Rəbbi! Bunlar mənə ad verməyərək, məndən əldə edəcəkləri savabı qaçırdılar." (Camius-Sağir, III / 1075)

"Yetkinliyə çatmadan ölən uşaqlar, cənnətdə çox canlıdırlar, hərəkətli balıq kimidirlər. Onlardan biri valideynini qarşılayar, paltarından tutar, Allah onunla birlikdə ata-anasını da cənnətə qoyuncaya qədər buraxmaz." (Camius-Sağir, III / 2364)

Göründüyü kimi bu hədislər, hələ yetkinlik çağına gəlməmiş üç uşağı ölən ana və atanın bu uşaq səbəbiylə cənnətə girəcəkləri mövzusunda -fərqli ifadələrlə də olsa- böyük bir müjdə verir.

Ölən uşaqların "yetkinlik çağına çatmamış" olmaları açıqca vurğulanarkən, qız oğlan ayrımınının edilmədiyi, mütləq olaraq uşaq (vələd) deyildiyi görülməkdədir. Bu səbəbdən, qız olsun oğlan olsun, buluq çağına çatmamış uşağı ölən ana və atalar, səbr edib əcrini Allahdan gözləmək şərtilə müjdələnmişdir. Yavrusunun ölümünə səbr etmə və Allah'ın hökmünə üsyan etməyib riza göstərmə şərti, bu hədislərin ifadələrindən deyilsə belə dəlalətlərindən aydın olmaqdadır. Buxari, Səhih'indəki bu mövzuyla əlaqədar başlıqda ölümə riza göstərmə şərtini açıqca ifadə etmişdir. (bax. Cənaiz 6). Necə ki, Allah Təâlâ da belə buyurmuşdur:

"Səbr edənlərə mükafatları hesabsız ödəniləcəkdir." (Zumər surəsi (39), 10).

Bu dünyada kiçik uşağını itirən ana ataya bir mükafat olaraq, cənnətdə o uşaqları onlarla birlikdə olacaq və bu dünyadakı qısa bir uşaq sevgisinə əvəz axirətdə əbədi bir uşaq sevgisini onlara daddıracaqdır.

Ancaq, uşağın düşməsinə ana və ya ata səbəb olmuşsa bu bir cinayətdir. Uşaqları da onlardan şikayətçi olacaq.

Axirətdə uşaqların beləsinə sevimli və şəfaət edər bir halda qarşılamalarının təməlində, əlbəttə, onları Allah'ın bir meyvəsi bilmək, Allah onları aldığı zaman arxalarından üsyana düşməmək və Allah'ın hökmünə təslim olmaq, səbr içində şükr etmək, verənin də, alanın da Allah olduğunu bilmək, onları bir hədiyyə və əmanət olaraq qəbul etmək və Allah alarkən də, yəni onları məzara qoyarkən də onları məzara deyil, Allah'ın rəhmətinə təslim etdiyini bilmək inancları vardır. Bu inanc və anlayışlar tövhid inancının tələbləridir. Eyni zamanda ən ağrılı bir hadisədə insana dözmə gücü verən şey də, Allah'a dayanmaq və Allah'a iman etmiş olmaqdır.

Ana qarınında ölən uşaqlar üçün edilməsi lazım olan dini öhdəliklər nələrdir?



22-09-2014 05:53:36

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz