Ana səhifə

Ana südünün artırılması.


YazdırSend to friend
Sual Detayı: 
Yeni doğulmuş övladı olan ananın südü olmur. Həkimlər isə bildirirlərki, mütləq pivə içmək lazımdı ki, süd olsun. Bu halda həkimlərə qulaq asmaq olar?
Cavab: 

Pivənin süd artırdığını siz dəqiq öyrənin, elə bir üsul heç bir yerdə yazılmayıbdır, Zəmanəmizdə savadsız həkimlər çoxdurlar, ona görə də diqqətli olun.

Siz ən yaxşısı yaşlı insanlardan soruşun, islami qaydalarla təbii bitkilər yada dərmanlarla bunu etmək olar, yəni halal olan yol varkən harama gemət günahdır, üstəlik Allah o işdə bərəkət də etməz.

Siz dindar bir həkimə müraciət edin, yəqinki başqa üsulları sizə tövsiyə edəcəklər inşaAllah.

Allah köməyiniz olsun.


Sizə bu haqda məlumat göndəririk ama yenədə həkimə müraciət etməyiniz məsləhətdir.

 

Ana südünün artırılması və tərkibinin yaxşılaşması üçün səməni xalvası işlədirlər. Buna bəzən suhan və ya İsfahan halvası da deyilir. Uşaqlara süd verən analar üçün lazımi qida maddələri, paxlalı bitkilərdə daha çox olur. Bu baxımdan paxla, lobya, noxud və maş faydalı qida maddələri hesab edilir. Pərpərən də süd verən analar üçün məsləhətdir. Analar südü artırmaq üçün inək və ya keçi südü işlətsələr yaxşı olar. Bu baxımdan münasib bitki kimi razyana, kərəviz və cirəni də göstərmək olar. Südün tərkibinin uşağın orqanizminə lazım olan, bütün qida maddələri ilə tə”min olunması üçün ananın yeməyi rəngərəng olmalıdır.
Südü az olan analar müntəzəm çay içməli, sulu meyvələr və bostan bitkilərindən çox istifadə etməlidir. Müxtəlif çeşiddə yemişdən, qarpızdan istifadə etmək olar. Şirin meyvələr – tut, üzüm, armud çox xeyirlidir. Meyvələrin şirəsindən istifadə etmək daha yaxşıdır. Bunlarla yanaşı müxtəlif şərbətlər də işlətmək məsləhətdir. Gül şərbəti, bənövşə şərbəti faydalı hesab edilir. Süd verən analar südün tərkibini yaxşılaşdırmaq məqsədilə zeytun, qoz, badam və ya onun şirəsini işlədə bilərlər. Badam şirəsi belə hazırlanır: bir ovuc badamı yarımisti suda bir qədər saxladıqdan sonra qabığını soyur, bir qədər su əlavə edib, onları həvəngdə döyür, xəmir halına salırlar. Sonra həmin miqdarda balı su ilə qatıb şərbət düzəldir və badam xəmirini də ona əlavə edərək, tam həll olana qədər qarışdırırlar. Alınan şirəni süzgəcdən keçirib işlədirlər. Süd verən analar, həmçinin yeralması, sirkə ilə kahı yesələr südləri artar və tərkibi yaxşılaşar. Süd qatı olarsa, təzə çəkilmiş limon şirəsi işlətmək tövsiyə edilir.
Süd yolları tutularsa və döş şişərsə, mərcimək unu və kələm yarpağı ilə təpitmə qoymaq məsləhətdir. Faydalı təpitmələrdən biri də cə”fəridən hazırlanır. Həmçinin bu zaman, reyhanı iki gecə-gündüz gülab içərisində saxlayır, sonra həmin su ilə kompres düzəldib, sinəyə və döş üzərinə qoyurlar. Həmin reyhandan, həmçinin təpitmə kimi də istifadə edirlər.



06-08-2010 09:14:22