Ana səhifə

Ata və ana uşağın yanında bir-birini təhqir edirsə gunahi nedir?


YazdırSend to friend
Sual Detayı: 
SAlam aleykum eyer ata ana usaqin yaninda bir birin tehqir etse onun gunahi nedir?
Cavab: 

Va aleykumussalam va rahmətullah!

      Əgər ata və ana uşağın yanında bir-birini təhqir edirsə təbii ki, uşağın heç bir günahı yoxdur. Amma çox çəkməz belə valideyni bir azdan uşağı təhqir edər. Bu İslam ədəb və əxlaqına zidd bir davranışdır

      Uşaqların təhsili mövzusunda ilk pillədə ata məsuliyyət daşıyır. Atanın bu mövzudakı məsuliyyəti Allaha qarşıdır. Bu məsuliyyətini yerinə yetirməyən ailə rəislərinin qiyamət günündə ən bədbəxt və hüsrana uğrayan atalar olacağı Quranda ifadə edilməkdədir.

"Ey iman gətirənlər! Özünüzü və ailələrinizi o oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır." Təhrim(qadağan), 66/6

     Uşaq doğulduğu andan etibarən ona verilən hər şey təhsil əhatəsinə daxildir. Onun əmizdirilməsi, altının  təmizlənməsi, qucağa alınması, sevilməsi belə bu təhsilin bir parçasıdır. Nəyin təhsil olub olmadığıyla əlaqədar bir suala dinin verəcəyi cavab, "Uşağın duyğularını, düşüncələrini, bədəni inkişafını, Rəbbinə olan yaxınlığını, irəlidə yetkin bir iman sahibi olub olmamasını təsir edəcək hər şey təhsilin mövzusudur." olacaq. O baxımdan məktəbdə müəllimlərdən əvvəl evdə ana ata, uşaq üçün ən əhəmiyyətli "təlimatçı" olduqlarının fərqində olmalıdırlar.

     Günümüz inkişaf psixologiyası məlumatları da bu mühakiməylə razılaşmaqdadır. Mütəxəssislər, uşağın 0-7 yaş arasındakı təhsilinin əsla ehmal edilməməsinin lazım olduğunu ifadə etməkdədirlər. Hələ hələ "əl qədər uşaq nə anlar" anlayışı çox səhv bir ifadədir. Çünki o heç bir şeydən anlamadığını sandığımız uşaq bir yaşına qədərki dövrdə ana və atanın danışmalarıyla, sözləriylə yaddaşını doldurar. Sonra da yaşını tamamlamağa yaxın yaddaşına yığdığı sözləri istifadə etməyə cürət edər. Tələffüzü asan sözlərlə də bunu bacarar.

     Böyük İslam alimlərindən olan Əbu Esved et-Düeli uşaqlarına belə deyib öyünərmiş: "kiçikliyinizdə, böyüklüyünüzdə və doğumunuzdan əvvəl sizə yaxşılıq etdim." Doğumlarından əvvəl özlərinə necə yaxşılıq etdiyini soruşan uşaqlarına: "Sizə söyülməyəcək bir ana seçdim." deyərmiş.

     Sən də valideyinlərinə örnək ol,onlara nəsihət et,Allahın kəlamından ,Pəyğənbərimizin əxlaqından onlara danış,islamın əmirlərində sən özün diqqətli,itiz ol ki onlar baxıb utansınlar.Yalandanışam,qiybət etmə ,ana-ataya gözəl sözlər söylə. Unutma ki onlar sovetin ateizmində yaşamış insanlardı.



03-03-2014 08:33:18