Ana səhifə

ATEİZM


YazdırSend to friend
Sual Detayı: 
Ateizm haqqında...
Cavab: 

     İnsanın dinsiz yaşaması mümkündür?

     Gözünü bağlayan yalnız özünə gündüzü gecə edər.

  Dinsiz insanların varlığı, insanın dinsiz yaşaya biləcəyini göstərməkdədir. Ancaq bir cəmiyyət bütünlüklə dinsiz qalmağa davam edə bilməz. Demək olar ki, din duyğusu yəni bütün varlıqların üstündə sonsuz bir gücə sahib olan bir varlığa ibadət etmə duyğusu insanların yaradılışında vardır. Bu duyğunun təsirində qalmayan bir kəs yoxdur. Bu səbəblədir ki, həqiqi məbudu tapmayanlar səhv məbudları qəbul edirlər. Günəşə, aya, ulduza, daşa, ağaca sitayiş etməyə başlayırlar. Bu da bir növ dindir. 

      "Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı,qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? " (Casiyə, 45/23) 

məalındakı ayədə bütpərəstlik və başqa yalnış din sahibləri kimi dinsizlərin də həva və həvəslərini ilah etdiklərini və bu səbəbdən də bir növ dinsizlik dininə sahib olduqlarını göstərir. İnsanın yer üzündə var olmasından bu yana əsrlərdir davam edən həyatına baxıldıqda onun heç bir zaman dinsiz yaşamadığı görüləcəkdir. İstər antropologiya, istərsə  də psixologiya və sosiologiya işləri bu gerçəyi ortaya qoymuşdur. İnsanlığın tarixi araşdırmalarında mütləq mənada dinsiz bir millət görülməmişdir.Hər hansı bir insan irqi və cəmiyyəti araşdırıldıqda orada, bəsit və batil da olsa bir dinə, bir ilah fikrinə rast gəlinmişdir. Ruh və bədən kimi, maddi və mənəvi ünsürləri özündə cəm edən insan bir tərəfdən maddi varlığının davamı üçün məşğul olub çalışarkən, digər tərəfdən ruhi qidası olan inanc duyğusunu təmin etmək məqsədi ilə, bəzən göydəki günəşə, aya və ulduzlara bəzən də yer üzündəki alova, heyvanlara və müqəddəs tanıdığı bir sıra varlıqlara sitayiş etmişdir. İrqləri, dövrləri və ölkələri ayrı, bir-birini tanımayan insanlarda görülən bu mütləq inanc birliyi, din fikrinin ümumi, Allah inancının da fitri (anadangəlmə) olduğunu isbat etmişdir. (Bax. Mehmet Emin Ay, Çocuklarımıza Allahı nasıl tanıtalım, s. 13-14, Timaş Nəşrləri, İstanbul, 1994)

     Qurani-Kərimdəki "Hər ümmətin bir peyğəmbəri vardır." (Yunus, 10/47) ayəsi cəmiyyətlərin dinsiz və peyğəmbərsiz yaşaya bilməyəcəyinə işarə edir. Yenə Hz. İbrahimin (aleyhissalam) yaradıcını axtarması və tapmasını ifadə edən Quran ayələri də (bax. 6 / 76-79; 21 / 58-67; 26 / 70-82) insanların dinə olan ehtiyacını və fitrətindəki mənəvi duyğularla Allahı tanıya biləcəyini açıq bir şəkildə göstərir. Din duyğusunun imtina edilməsi mümkün olmayan bir xüsusiyyət olduğunu görmüş olmalıdır ki, bir Yunan tərbiyəçisi olan Plutargue bunları söyləyir: "Dünyanı gəzin, divarsız, ədəbiyyatsız, qanunsuz, sərvətsiz diyarlar tapacaqsınız, lakin məbədsiz, məbudsuz diyarlar tapa bilməyəcəksiniz." Buna görə, məbəd və məbuda bağlılıq ehtiyacı, insanlığın yaradılışında mövcud ortaq bir xüsusiyyət kəsb edir. (Mürsel, Sefa, Bediüzzaman Said Nursi ve Devlet Felsefesi, s. 90- 91, Yeni Asiya nəşrləri, İstanbul, 1980) 

     Cəmiyyətlərin dinsiz qala bilməyəcəyi xüsusuna diqqətimizi çəkən Mehmet Akif Ersoy dinin sosial istiqamətdən gərəkli olduğunu bu misralarında ifadə edir:

"Hər camaatdan beş-on dinsiz zühur eylər bu hal

  Çox təbiidir. Lakin ilhadı bir qövmün pek muhal.

  Hansı millətdir ki, efradında yoxdur hissi-din?

  Ən böyük akvama bir bax, dini hər şeydən mətin. " (Safahat (Üçüncü kitab), Hakkın Sesleri, s.

258, 9 May 1929)

     İnsan mahiyyətinə baxıb düşündükcə nəzarətsiz bir şəkildə yaşaya bilməyəcəyini dərk edəcəkdir.

Ən dinsiz insanlar belə dinə sığınmağa məcburdur. Çünki insan aciz olduğu üçün hədsiz düşmən və

ehtiyacına cavab verən bir gücün himayəsinə sığınmağa möhtacdır. Bundan başqa ürəyindəki

əbədiyyət istəyini də təmin etmək istəyir. Məhz insanların bu arzularını təmin edən yeganə qüdrət

sahibi Allahdır.



04-11-2016 01:06:50