Ana səhifə

Avam dəlillərdən hökm çıxara bilərmi ?


YazdırSend to friend
Sual Detayı: 
AVAM DƏLİLLƏRDƏN HÖKM ÇIXARA BİLƏRMİ ?
Cavab: 

Zamanımızda İslamın və Müsəlmanların zəifləməsinə səbəb olan faktorların ən güclülərindən biri də aradakı ixtilaflar və ya ixtilafların düzgün tənzimlənməməsidir.

Gündən günə yeni ixtilaflar doğur və bu ixtilaflar şişirilərək düşmənlik və parçalanmalara səbəb olur. Lakin, dinimiz ixtilaf edib parçalanmamağı əmr edib, əks halda müvəffəq olmayacağımızı və gücümüzün gedəcəyini xəbər vermişdir.

Əlbətdəki ixtilafların qarşısını mütləq şəkildə almaq mümkün deyil. Lakin qaçınlması mümkün olan ixtilafları minimuma endirmək və ayrıca bu ixtilafların düzgün bir şəkildə tənzimlənməsi isə mümkün işlərdəndir.

Elə isə biz Müsəlmanların üzərinə düşən şeylərdən biri də Ümmətin parçalanmasına səbəb olan bu faktörları aradan qaldırmaqdır.

Bir xəstəliyi müalicə etmək üçün isə öncə xəstəliyin dəqiq diaqnozu qoyular daha sonra xəstəliyə səbəb olan şeylər müəyyən edilər və aradan qaldırılaraq xəstəliyin müalicəsi həyata keçirilər.

Biz xəstəliyi təsbit etdik. Ümməti içdən yeyən bu xəstəlik "üsulsuz ixtilafların çoxluğu və düzgün tənzimlənməməsidir".

Elə isə bu ixtilafların çoxalmasına səbəb olan şeylər nələrdir? Əslində bu səbəblər çoxdur. Lakin ən önəmlilərindən biri də əhliyət sahibi olmayan hər kəsin naslardan hökmlər çıxarmağa çalışmasıdır. Təbii ki, nəticədə ixtilaflar artır və varılan görüşlərin bir çoxu İslamın ana prinsiplərinə zidd və xətalı olur. Buna əlavə olaraq da bu ixtilaflar şişirilərək düşmənlik vəsiləsinə çevrilir.

Bir çoxları təhlükənin miqyasını dərk etməsə belə bu əslində böyük bir müsibətdir!

İslam şəriəti hər kəsə naslardan hökm çıxarmaq haqqı veribmi?

İmamlarımızın "əgər səhih bir hədis görsəniz mənim sözümü bir kənara atın" məzmunlu sözlərinin mənası nədir?

***

Böyük üsulçulardan Əbu İshaq Əş Şatibi (v. 790 h/1388 m) "Əl İtisam" isimli kitabında bu barədə belə demişdir:

والرابع: أنكلَّراسخٍلايَبتدعأبداً،وإنمايَقعُالابتداعُممنلميتمكّنْمِنالعلمالذيابتدعَفيه،حسبمادلَّعليهالحديثُويأتيتقريرُهبحولالله،فإنمايُؤتىالناسُمنقِبَلِجُهَّالهمالذينيُحسبونأنهمعلماءُ،وإذاكانكذلكفاجتهادُمناجتهدَمنهيٌعنهإذلميَستكملْشروطَالاجتهاد،فهوعلىأصلالعموميّة،ولمَّاكانالعاميحراماًعليهالنَّظَرُفيالأدلةوالاستنباطُكانالمُخضرَمُالذيبقيعليهكثيرٌمنالجهلاتمثلُهفيتحريمالاستنباطوالنظرِالمعمولِبه،فإذاأقدمَعلىمحرَّمعليهكانآثماًبإطلاق

وبهذهالأوجهِالأخيرةِظهَروجهُتأثيمهوتبيَّنالفرقُبينهوبينالمجتهدِالمخطىءِفياجتهاده

"Dördüncü əsas: Rasix (elmdə dərinləşmiş) olan kimsə heç bir vaxt bidət çıxarmaz. Bidət çıxarmaq - hədisin dəlalət ettiyi və irəlidə Allahın yardımıyla təqriri gələcəyi üzərə - sadəcə bidət çıxardığı elmə yetərli dərəcədə sahib olmayanlardan vaqe olar.

İnsanlar, sadəcə alim hesab edilən cahillər tərəfindən (bidətə) sürüklənərlər. Hal belə ikən, (əhliyət sahibi olmadığı halda) ictihad edənin ictihadı qadağandır/haramdır! Çünki o lazımi ictihad şərtlərini tamamlamamışdır. Dolayısıyla o sıradan bir kimsədir.

(Müctəhid olmayan) Amminin (hökm çıxarmaq üçün) dəlillərə ətraflıca baxması və istinbat etməsi (bu dəlillərdən hökm çıxarması) haram olduğuna görə, üzərində bir çox cahiliyyə əlaməti olan Muxadram (ömrünün bir qismini cahiliyyədə keçirmiş olan kəs) da, istinbat və gərəyi ilə əməl edilən nəzərin (dəlillərə ətraflıca baxılması) haramlığı mövzusunda onun kimidir (yəni eyni şəkildə bu şəxsə də haramdır).

Belə birisi, ona haram olan bir şeyə (hökm çıxarmağa) cəhd etdiyi zaman mütləq şəkildə günahkar/asi olar.

Sayılan son şeylərlə belə bir şəxsin günahkar olma səbəbi və onunla ictihadında xəta etmiş müctəhid arasındakı fərq ortaya çıxmış oldu."

Qaynaq: Əbu İshaq Əş Şatibi: Əl İtisam: 1/246, Məktəbətut Təvhid

İmam Şatibinin sözlərindən açıq şəkildə anlaşılan budur ki, Müctəhid olmayan kimsənin "Bu ayədən filan hökm çıxar, bu hədisdən filan hökm çıxar" deməsi haramdır və belə birisi mütləq günahkar olar.

Allaha həmd olsun ki, alimlərimiz bir çox məsələdə hökmlər bildiriblər və bu hökmlər kitablar vasitəsilə günümüzə qədər gəlib çatıb.

Buna rağmən günümüzdə elmdə iməkləməyə yeni başlayan gənclərin bu hökmləri diqqətə almadan naslardan hökmlər çıxarması acınacaqlı haldır.

***

İmamlarımızdan "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" şəklində və buna bənzər sözlər rəvayət edilmişdir. Bu sözlərin doğru anlaşılmaması isə əhliyətsiz kimsələrin nasslardan yanlış hökmlər çıxarmasına, həm özlərinin həm də digərlərinin sapmasına səbəb olmuşdur.

Elm əhli İmamların bu sözlərini necə açıqlamışlar?

İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözü haqqında bunları deyir:

 

وهذاالذيقالهالشافعيليسمعناهأنَّكلَّأحدٍرأىحديثًاصحيحًاقال: هذامذهبُالشافعيوعمِلبظاهره. وإنماهذافيمنلهرُتْبةُالاجتهادِفيالمذهبعلىماتقدَّممِنصفتهأوقريبمنه, وشرطُه: أنيغلِبَعلىظنِّهأنَّالشافعي- رحمهالله- لميقفْعلىهذاالحديثأولميعلَمْصحتَه, وهذاإنمايكونبعدمطالعةِكتبِالشافعيكلِّهاونحوهامنِكتبِأصحابهالآخذينعنهوماأشبهَها. وهذاشرطٌصعبٌقلَّمَنيتَّصفُبه, وإنمااشترطواماذكرنالأنَّالشافعي- رحمهالله- ترَكالعملَبظاهرِأحاديثَكثيرةٍرآهاوعلِمها, لكنْقامَالدليلُعندهعلىطعنٍفيها, أونسخِهاأوتخصيصِها, أوتأويلِهاأونحوِذلك

"İmam Şafinin dediyi sözün mənası, səhih hədis görən hər kəs "bu Şafinin görüşüdür" deyib, hədisin zahiriylə əməl edər demək deyil!

Bu – daha öncə xüsusiyyətləri zikr edildiyi üzrə - sadəcə məzhəbdə ictihad rütbəsinə çatan və ya buna yaxın olan kimsə haqqındadır.

(Belə birisinin Şafinin görüşünü buraxıb hədislə əməl etməsinin) Şərti budur ki, zənni qaliblə İmam Şafinin - rahimahullah - bu hədisə vaqif olmadığını və ya hədisin səhihliyindən xəbərdar olmadığını bilsin.

Belə bir şey, sadəcə İmam Şafinin bütün kitablarını və ondan elm almış əshabının kitablarını və bənzərlərini oxumaqla olar. Bu isə, ona sahib olanların az olduğu ağır bir şərtdir.

(Alimlərin) Bu zikr etdiyimiz şeyləri şərt qoşmalarının səbəbi budur ki, İmam Şafi - rahimahullah - görüb bildiyi bir çox hədisin zahiriylə əməl etməmişdir. Lakin bu, hədislərdə bir tən/problem olması və ya hədislərin nəsx edilməsi, və ya (başqa bir hədislə) xüsusiləşdirilməsi, və ya (bir dəlilin tələbiylə) təvil edilməsi yaxud da buna bənzər bir şey olması haqqında onun bir dəlilinin mövcudluğuna binaəndir."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/105,Məktəbətul İrşad

Gördüyümüz kimi İmam Nəvəvi alimlərin bu haqda (İmamın sözünü atıb hədislə əməl etmək üçün) şərtlər qoyduğunu qeyd etmişdir:

1. Bunu edənin məzhəbdə müctəhid və ya mərtəbəyə yaxın olması.

2. İmamın bu hədisi bilmədiyini və ya əslində səhih olduğu halda səhih hesab etmədiyini bilməsi. Yaxud da bilib təvil, təxsis və s. etmədiyindən xəbərdar olmaq.

Mən deyərdim ki, müəyyən bir hədislə əməl etməyi tərk etmək üçün bundan başqa səbəblər də ola bilər. Məsələn İmam Malik əhəd rəvayətlərdən Mədinə əhlinin tətbiqatına zidd olan səhih hədisləri qəbul etməmişdir. Böyük imamlardan hədisin Qurana müxalif olmamasını, İslamın təməl prinsiplərinə zidd olmamasını və s. şərtlər qoşanlar vardır.

Bu tərz bir "tərəzi" bəzi səhabələrdən də vaqe olmuşdur. Məsələn möminlərin anası Aişənin - Allah ondan razı olsun – bəzi ayələrə və ümumi prinsiplərə dayanaraq, "dəstamazdan öncə əli qaba salmanın qadağan olması" və "yaxınlarının ağlamasından dolayı ölünün əzab görməsi" haqda hədisləri rədd ettiyi məşhurdur.

Xülasə, bu iş sıradan hər Müsəlmanın cəsarətlə atılacağı bir iş deyildir! Əksinə, əhliyyət şərtləri vardır ki, bunlara sahib olmadan "əhkam kəsməyə" çalışılmamalıdır! Bu əhliyyət isə bir çox elmdə dərinləşməklə əldə edilir.

***

Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1198-1252 h/1784-1836 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə mövzumuz haqqında bunları demişdir:

 

صحَّعنهأنهقال: إذاصحَّالحديثُفهومذهبي.

وقدحكىذلكابنُعبدِالبرِّعنأبيحنيفةوغيرِهمنالأئمة. اهـ.

ونقَلهأيضًاالإمامُالشَّعْرانيعنالأئمةِالأربعةِ.

ولايخفىأنذلكلمنكانأهلاًللنَّظَرفيالنصوصِومعرفةِمحكمهامِنمنسوخها،فإذانظَرأهلُالمذهبِفيالدليلِوعمِلوابهصحَّنِسْبتُهإلىالمذهبِلكونهصادرًابإذنِصاحبِالمذهبِ،إذلاشكَّأنهلوعلِمضعْفَدليلِهرجَععنهواتّبعَالدليلَالأقوى

 

"Ondan (Əbu Hənifədən) belə dediyi səhih şəkildə rəvayət edilmişdir: "Hədis səhih olduğu zaman o mənim məzhəbimdir/görüşümdür".

İbn Abdil Bərr bunu Əbu Hənifədən və digər imamlardan rəvayət etmişdir.

Həmçininin bunu İmam Şarani dörd imamdan da rəvayət etmişdir.

Aydındır ki bu, nasslara (hökm çıxarmaq üçün) nəzər salmağa və möhkəmini nəsx edilmişindən (mənsux) ayırmağa əhil olan kimsə haqqındadır.

Məzhəb əhli dəlilə nəzər salıb ona müvafiq əməl ettiyi zaman, məzhəb sahibinin iznilə baş verdiyi üçün bu görüşün məzhəbə nisbət edilməsi doğru olar. Çünki, əgər o (məzhəb sahibi) öz dəlilinin zəifliyini bilsəydi, şübhəsiz ki ondan dönər və daha güclü dəlilə tabe olardı."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/167

Daru Aləmil Kutub: 1423/2003

İbn Abidinin də sözlərindən aydın olan budur ki, İmamların bu sözləri müctəhidlər və bu işlərə əhil olan kimsələr haqqındadır.

Sağlam ağıl da buna işarə edir. Çünki bizlər dünyəvi işlərimizi əhil olmayan kimsəyə vermək istəmərik. Məsələn ürəyimiz ağrıdıqda dəri həkiminə deyil, bu işə əhil olan həkimə gedərik. Hətta imkan daxilində bu həkimlərin ən mütəxəssisinə müraciət etməyə çalışarıq.

Axirət və din işləri isə bundan daha önəmlidir və bu kimi işlərdə əhliyyət sahiblərinə müraciət etmək daha da lazımlıdır!

İmamlar Quran və Sünnədən almışlarsa biz də oradan ala bilərik deyən kimsənin halı isə buna bənzəyir: Birisi həkimin xəstələrə müəyyən dərmanlar verdiyini görür və madəm ki iş xəstəyə dərman verməkdirsə onu mən də edə bilərəm deyərək xəstələrə dərman paylayır. Lakin, xəstəliyə uyğun dərmanları, bunlara təsir edən faktorları və s. gərəkli şeyləri bilmir. Nəticə isə acınacaqlı olur!

Belə birisinə aşağıdakı misalı da vermək olar: Mahir bir aşbazın müxtəlif şeylərdən ləziz yeməklər bişirdiyini görən kimsə bu ərzaqları əldə edərək yemək hazırlamağa çalışar. Aşbazın məmul olaraq istifadə etdiyi ərzaqın varlığını yetərli sanar. Nəticədə bir şey əldə edə bilməz. Çünki, hansı ərzağın hansıyla, neçə dərəcə istilikdə və s. bişdiyini bilməz.

Bu verdiyim misallar məsələnin anlaşılması üçün ümumi misallar idi.

***

Hafiz Şəmsuddin Əz Zəhəbi (673-748 h/1274-1348 m) “Siyəru Aləmin Nubalə” adlı əsərində Əd Dərakinin tərcümeyi halında məsələmizlə əlaqəli bunları demişdir:

الدارَكيعبدالعزيزبنعبداللهبنمحمد

قالابنُخَلِّكان:كانيُتَّهمبالاعتزال،وكانرُبَّمايَختارفيالفتوى،فيقاللهفيذلك،فيقول:ويْحَكُم! حدَّثفلانٌعنفلانٍ،عنرسولِالله- صلىاللهعليهوسلم- بكذاوكذا،والأخذُبالحديثأولىمِنالأخذِبقولِالشافعيِّوأبيحنيفةَ.

قلتُ:هذاجيدٌ،لكنبشرطِأنيكونَقدقالبذلكالحديثِإمامٌمِننُظراءِالإماميْنمثلُمالكٍ،أوسفيانَ،أوالأوْزاعيِّ،وبأنيكونَالحديثُثابتاًسالماًمِنعلةٍ،وبأنلايكونَحجةُأبيحنيفةَوالشافعيِّحديثاًصحيحاًمُعارضاًللآخَر.

أمامَنأخَذبحديثٍصحيحٍوقدتنكَّبهسائرُأئمةِالاجتهاد،فلا،كخبرِ: فَإِنْشَرِبَفِيالرَّابِعَةِفَاقْتُلُوهُ،وكحديثِلَعَنَاللهُالسَّارِقَ،يَسْرِقُالبَيْضَةَ،فَتُقْطَعُيَدُهُ

"293 - Əd Dəraki Abdul Aziz bin Abdillah bin Muhamməd.

... İbnu Xallikan (Vəfayətul Ayan adlı kitabında) dedi: (Dəraki) İtizalla ittiham edilmişdir. Bəzən fətva mövzusunda (imamlara tabe olmadan) seçim edirdi. Bu mövzuda qınandığında isə belə cavab verərdi: Vay halınıza! Filankəs filankəsdən o da Rəsulullahdan – sallallahu aleyhi və səlləm – belə belə rəvayət etmişdir. Hədisə əməl etmək Şafi və Əbu Hənifənin görüşüylə əməl etməkdən əvladır/uyğundur.

(Mən Zəhəbi) deyirəm: Bu (hədislə əməl etmək) yaxşı şeydir. Lakin aşağıdakı şərtlər var:

1. Bu iki imamın (Şafi və Əbu Hənifə) səviyyəsindəkilərdən bir imamın bu hədislə əməl etməsi. Malik, Sufyan və ya Əvzai kimi.

2. Hədisin bir illətsiz və sabit/səhih olması.

3. Əbu Hənifə və Şafinin hüccətinin/dəlilinin digərinə müxalif səhih hədis olmaması.

Lakin, digər ictihad imamlarının (o hədislə) əməl etmədiyi halda səhih bir hədislə (!) əməl edənə gəlincə bu doğru deyil!

Məsələn aşağıdakı hədislər kimi: "... dördüncü dəfə içərsə onu öldürün", "Allah oğruya lənət etsin, yumurta oğurlayar əli kəsilər"."

 

Qaynaq: Şəmsuddin Əz Zəhəbi: Siyəru Aləmin Nubəla: 16/405

Beyrut: Məvsuatur Risalə: 1404/1984

Mən deyərdim ki, "hədislə əməl etmək imamların görüşündən xeyirlidir" sözü təfsilə möhtacdır və zahiriylə insanı səhv nəticəyə götürə bilər!

Beləki məsələ Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – görüşümü yoxsa filan imamın görüşümü şəklində deyil. Şəkk yoxdur ki, başqasının görüşünü aleyhissalatu vəssalamın görüşünə tərcih etmək apaçıq küfrdür. Heç bir müsəlman buna razı olmaz!

İşin əsli isə sözün zahirindən anlaşıldığı kimi deyil. Yəni bizlər hər hansı bir imamın sözünü Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – sözündən üstün tutmuruq. Həmçinin hədislə birbaşa əməl edənlər də Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – sözünü tərcih etməmişlər.

Bizlər imamların hədisdən anladığını öz anladığımızdan üstün tutmuşuq. Müxaliflərsə hədisdən öz anladıqlarını alimlərin anladığına tərcih etmişlər.

İş əsla kiminsə sözünü Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – sözündən üstün tutmaq deyildir!!!

***

Maliki məzhəbindən olan böyük üsulçu Şihabuddin Əl Qarafi (v. 684 h/1285 m) bu məsələ haqqında belə deyir:

ولايُوجدعالمٌإلاوقدْخالفَمِنكتابِاللهِوسنةِنبيّهِعليهالصلاةوالسلامأدلةًكثيرةًولكنلمُعارِضٍراجحٍعنهاعندمخالفتِها, وكذلكمالكٌترَكهذاالحديثَلمُعارِضٍراجحٍعنده،وهوعملُأهلِالمدينةِ, فليسهذاباباًاخترَعه،ولابِدْعاًابتدَعه.

ومِنهذاالبابِمايُروىعنالشافعيرضياللهعنهأنهقال: « إذاصحَّالحديثُفهومذهبِي» أو« فاضرِبوابمذهبِيعُرْضَالحائطِ» ،فإنْكانمرادُهمععَدَمِالمُعارِضِ،فهذامذهبُالعلماءِكافةًوليسخاصاًبه،وإنْكانمعوجودِالمُعارِضِ،فهوخلافُالإجماعِ،فليسهذاالقولُخاصاًبمذهبهكماظنَّهبعضُهم.

كثيرٌمِنفقهاءِالشافعيةِيعتمِدونعلىهذا،ويقولون: مذهبُالشافعيِّكذا؛لأنَّالحديثَصحَّفيه،وهوغَلَطٌ؛

فإنهلابدَّمِنانتفاءِالمعارضِ،والعلمُبعدمِالمعارضِيتوقَّفعلىمَنلهأهليةُاستقراءِالشريعةِحتىيُحسِنَأنيَقولَلامعارضَلهذاالحديثِ،وأمااستقراءُغيرِالمجتهدِالمطلقِفلاعِبْرةَبه،فهذاالقائلُمِنالشافعيةِينبغيأنيُحصِّلَلنفسِهأهليّةَهذاالاستقراءِقبلَأنيُصرِّحَبهذهالفتوى،لكنهليسكذلك،فهومُخْطِئفيهذاالقولِ

 

"... Uca Allahın Kitabından və Onun Nəbisi Muhəmmədin – aleyhissalatu vəssalam – sünnəsindən bir çox dəlilə müxalifət etməmiş heç bir alim yoxdur!

Lakin bu müxalifət, alim qatında bu dəlillərdən daha üstün olan qarşı dəlilin mövcudiyyəti səbəbilədir.

Eləcədə İmam Malik sözügedən hədisi ("beyul xiyar" hədisini özü rəvayət etdiyi halda ona müxalifət etmişdir) daha güclü gördüyü bir qarşı dəlil səbəbilə tərk etmişdir.

Bu qarşı dəlil isə "Mədinə əhlinin əməlidir". Bu İmam Malikin ixtira etdiyi bir yanaşma, və çıxardığı bir bidət deyil!

İmam Şafidən – Allah ondan razı olsun – rəvayət edilən "Hədis səhihdirsə o mənim məzhəbimdir" və ya "... mənim sözümü divara çırpın" (diqqətə almayın) sözü də bu qəbildəndir.

Əgər İmam Şafinin qəsd etdiyi qarşı dəlilin olmadığı zamandırsa bu bütün alimlərin görüşüdür, sadəcə ona xas deyildir. Yox əgər onun qəsdi qarşı dəlilin olduğu zamandırsa bu İcmaya müxalif bir görüşdür.

Bu görüş onlardan bəzilərinin zən etdiyi kimi İmam Şafinin məzhəbinə xas deyildir.

Şafi fəqihlərindən bir çoxu bu sözə dayanaraq hansısa bir mövzuda səhih hədis olduğu üçün Şafinin məzhəbi belə-belədir deyərlər.

Bu xətadır! Çünki, bu halda qarşı bir dəlilin olmadığını bilmək lazımdır. Qarşı dəlilin olmadığının bilinməsi isə şəriəti eninə boyuna incələmə (istiqra) əhliyyətinə sahib olan kimsənin analizinə möhtacdır ki, "bu hədisə qarşı başqa dəlil yoxdur" deməsi yerində olsun.

"Mütləq Müctəhid" mərtəbəsində olmayan birinin eninə boyuna incələməsinə (istiqra) isə etibar edilməz.

Dolayısıyla Şafi fəqihlərindən yuxarıdakı iddiada olan kimsə bu fətvanı vermədən öncə özünü şəriətdə eninə boyuna incələmə aparacaq səviyyəyə gətirməlidir

Lakin, reallıqda o belə deyil və buna binaən sözügedən fəqih bu görüşdə xətalıdır."

Qaynaq: Şihabuddin Əl Qarafi: Şərhu Tənqihil Fusul: 354

Beyrut: Darul Fikr: 1424/2004

Gördüyümüz kimi İmam Qarafi "Hədis səhihdirsə mənim məzhəbim odur" sözünün nəinki avama hətta normal fəqihlərə belə aid olmadığını söyləyir. O bu sözlə əməl etməyi ancaq Əbu Hənifə, Malik, Şafi və Əhməd kimi mütləq müctəhidlər üçün uyğun görür.

Zamanımızdakı "illeqal" müctəhidlərin bundan nəticələr çıxaracaqlarını və "mütləq cəhalət" mərtəbəsinin tələbi üzrə naslardan havalarına görə hökmlər çıxarmayacaqlarını umuram...

***

Şafi fəqihlərindən hədisə ittibasıyla məşhur olan Əbu Şamə Əl Maqdisi (599-665 h/1202-1267 m) İmam Şafinin sözləri haqqında deyir:

 

ولايتأتَّىالنُّهُوضُبهذاإلامِنعالمٍمعلومِالاجتهادِ،وهوالذيخاطبَهالشافعيُّبقوله: إذاوجَدْتمحديثَرسولِاللهِصلىاللهعليهوسلمعلىخلافِقوْليفخُذُوابهودَعُواماقلتُ،وليسهذالكلِّأحدٍ.

فكَمْفيالسنةِمِنحديثٍصحيحٍالعملُعلىخلافِه, إماإجماعًا, إماإختيارًالمانعٍمنَع

"... Belə bir şeyə ancaq ictihadı məlum olan (müctəhid) alim cəhd edə bilər.

İmam Şafinin "Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – mənim görüşümə müxalif hədisini görsəniz onu alın və mənim dediyimi tərk edin" sözüylə müraciət etdiyi belə bir kimsədir. Yoxsa bu hər kəsin edə biləcəyi bir şey deyil!

Sünnətdə əksiylə əməl edilən bir çox səhih hədis var! Bu ya icma ya da mane olan hərhansı başqa bir faktorun seçilməsi səbəbiylədir."

Qaynaq: Təqiyyuddin Əs Subki: Məna Qavlil İmamil Muttalibi: 106

Muəssəsətu Qurtuba

***

İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözlərinin açıqlamasında belə deyir:

مَحلُّالعمَلِبهذهالوَّصِيةِماإذاعُرفأنَّالحديثَلميطَّلِععليهالشافعيُّأماإذاعُرفأنهاطَّلعَعليهوردَّهأوتأوَّلَهبوجهٍمِنالوجوهٍفلا

"(İmam Şafinin) bu vəsiyətilə o zaman əməl edilər ki, Şafinin o hədisdən xəbərsiz olduğu bilinsin.

Ancaq onun xəbərdar olub, (hər hansı bir səbəbdən) hədisi rədd etdiyi və ya bir şəkildə təvil etdiyi bilinərsə, o zaman (Şafinin məzkur sözlərilə əməl etmək) olmaz."

Qaynaq: İbn Həcər: Fəthul Bari: 2/630

Riyad: Daru Teybə: 1426/2005

Təliq: Gördüyümüz kimi, İbn Həcər məzkur sözlə əməl etmək üçün, İmamın o hədisdən xəbərsiz olduğunu bilməyi şərt qoşur. Bu isə, İmam Nəvəvinin də yuxarıda qeyd etdiyi kimi, ancaq məzhəbdə dərinləşmiş müctəhidlər üçün ola bilər.

Nəticə etibarilə, İbn Həcərə görədə avamın bu sözlə əməl edib, İmam Şafinin vəsiyətinə əməl etməsi yolverilməzdir. Çünki, bu əməliylə o həddini aşmış, əhliyəti olmayan işi üzərinə götürmüşdür.

İbn Həcərin dediyini, Şafi fəqihlərindən Zəkəriyyə Əl Ənsaridə "Əsnal Mətalib" kitabında eyni sözlərlə təsdiq etmişdir.

***

Hər kəsi müctəhid etmə kimi utopik bir iddiası olan qardaşlarımızın öz iddialara dəlil olaraq gətirdikləri nəqllərdən biridə İmam Əhmədin dediyi bu sözlərdir:

"Məni təqlid etməyin! Maliki, Şafini, Səvrini təqlid etməyin! Onların aldığı qaynaqdan alın".

Bu sözləri əsas alan qardaşlarımız elə zən edirlər ki, bu söz onlar kimi cahillərə deyilib və onlar təqlid etməli deyil, əksinə hökmləri Quran və Sünnədən özləri çıxarmalıdırlar.

Doğrudanmı İmam Əhməd onlara belə şey əmr edib? Gəlin bunu özlərinində ən çox etibar etdiyi və bəzən təqlidi müəyyən mənada tənqid edən İbn Teymiyyədən dinləyək:

İbn Teymiyyə (661–768 h/1263–1328 m) "Əl Fətəval Kubra" adlı əsərində belə deyir:

وأمامثلُمالكٍوالشافعيِّوسُفيانَ،ومثلُإسحاقَبنِراهويهِوأبيعبيْدٍفقدنصَّفيغيرِموضعٍعلىأنهلايجوزللعالمِالقادرِعلىالاستدلالِأنيقلِّدَهموقال: لاتُقلِّدونيولاتقلِّدوامالكًاولاالشافعيَّولاالثوريَّوكانيُحِبُّالشافعيَويُثنيعليه،ويُحِبُّإسحاقَويُثنيعليه،ويُثنيعلىمالكٍوالثوريِّوغيرِهمامِنالأئمةِ،ويأمُرالعامِّيَّبأنْيَستَفتيَإسحاقَوأباعبيْدٍوأباثوْرٍوأبامُصْعَبٍ،ويَنْهىالعلماءَمِنأصحابِه،كأبيداودَ،وعثمانَبنِسعيدٍ،وإبراهيمَالحَرْبيِّ،وأبيبكرٍالأثرَمِ،وأبيزُرْعةَ،وأبيحاتمٍالسٍّجِسْتانيِّ،ومسلمٍ،وغيرِهؤلاءِأنْلايقلِّدواأحدًامِنالعلماءِويقول: عليكمْبالأصْلِبالكتابِوالسنةِ

"Malik, Şafi, Sufyan, İshaq bin Rahaveyh, Əbu Ubeyd kimilərə gəlincə, İmam Əhməd bir çox yerdə, istidlala qadir olan alimin (müctəhidin) onları təqlid etməsinin caiz olmadığını söyləmiş və belə demişdir: Məni təqlid etməyin! Maliki, Şafini, Səvrini təqlid etməyin! (Onların aldığı qaynaqdan alın).

Halbuki o, Şafini, İshaqı sevər və öyərdi. Həmçinin Maliki, Səvrini və imamlardan digərinidə öyərdi.

Ammilərə (müctəhid olmayanlara) isə İshaq, Əbu Ubeyd, Əbu Səvr və Əbu Musabdan fətva istəmələrini əmr edərdi.

Öz əshabından Əbu Davud, Osman bin Səid, İbrahim Əl Hərbi, Əbu Bəkr Əl Əsrəm, Əbu Zura, Əbu Hatim Əs Sicistani, Muslim və digərləri kimi alimlərə isə alimlərdən kimisə təqlid etməyi qadağan edər və deyərdi: Əsldən, Kitab və Sünnətin özüdən alın/istinbat edin!"

Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətava Əl Kubra: 5/98

Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

Təliq: Gördüyümüz kimi, İmam Əhməd İbn Teymiyyənində iqrarı üzrə, bu söz istinbata qadir olan müctəhidlərə deyilmişdir. Ammi olan qeyri müctəhidlərə isə təqlidi qadağan etməmiş əksinə, fətvaları müctəhidlərdən almağı əmr edərək onları müctəhidlərdən ayrı tutmuşdur!

Bu sözlərilə o, müctəhidlərə müraciət etmişdir.

Nəticə olaraq İmam Əhmədin məzkur sözlərində cahillər üçün bir hüccət yoxdur. Hətta onların əksinə hüccət vardır. Çünki, İmam onlara təqlidi əmr edərdi!

Batil əhlinə öz əllərilə öz əleyhlərinə hüccət gətirtdirən Allaha həmd olsun!

***

Şafi fəqihlərindən İbnus Salahda (577-643 h/1181-1245 m) İmam Şafinin "Hədis səhihdirsə o mənim məzhəbimdir/görüşümdür" sözlərini şərh edənlərdəndir. İmam Nəvəvi ondan nəqlən deyir:

قالالشيخُأبوعمْرٍو- رحِمهاللهُ- : ليسالعمَلُبظاهرِماقالَهالشافعيُّبالهَيِّن, فليسَكلُفقيهٍيسُوغلهأنيستقِلَّبالعملِبمايراهحجةًمِنالحديثِ.

وفِيمَنسلَكهذاالمسْلَكَمِنالشافعيِّينَمَنعمِلبحديثٍترَكهالشافعيُّ- رحِمهالله- عَمْدًا, مععلْمِهبصحَّتهِلمانعٍاطَّلعَعليهوخفِيَعلىغيرِه, كأبيالوليدِموسىبنِأبيالجارُودِمِمَّنصحِبالشافعيَّ, قال: صحّحديثُ{ أَفْطَرَالْحَاجِمُوَالْمَحْجُومُ} , فأقولُ: قالالشافعيُّ: أفطرَالحاجمُوالمحجومُ.

فرَدًاذلكعلىأبيالوليدِ; لأنَّالشافعيَّترَكهمععلْمِهبصحَّتِه, لكوْنِهمنسُوخًاعندَه, وبيَّنالشافعيُّنسْخَهواستدَلَّعليه, وسَتَراهفي" كتابِالصيامِ" إنشاءَاللهُتعالى.

وقدقدَّمناعنابنِخُزَيْمةَأنهقال: لاأعْلمُسنةًلرسولِاللهِ- صلىاللهعليهوسلم- فيالحلالِوالحرامِلميُودِعْهاالشافعيُّكتُبَه. وجلالةُابنِخزيمةَوإمامتُهفيالحديثِوالفقهِ, ومعرفتُهبنُصوصِالشافعيِّبالمحلِّالمعروفِ.

قالالشيخُأبوعمْرٍو: فمَنوجَدمِنالشافعيةِحديثايُخالفمذهبَهنظَر:

إنْكمُلتْآلاتُالاجتهادِفيهمُطلقًا, أوفيذلكالبابِأوالمسألةِكانلهالاستقلالُبالعملِبه

وإنْلمْيكمُلْوشقَّعليهمخالفةُالحديثِبعدَأنْبحَثفلمْيجِدْلمخالفتِهعنهجوابًاشافيًا, فلهالعملُبهإنْكانعمِلبهإمامٌمستقِلٌّغيرَالشافعيِّ, ويكونهذاعُذرًالهفيترْكِمذهبِإمامِههنا

وهذاالذىقالَهحسنٌمتعيَّنٌ

"Şeyx Əbu Amr (İbnus Salah) - rahimahullah - dedi: “Şafinin dediyinin zahiriylə əməl etmək asan bir iş deyil. Buna görədə hər fəqihin, hüccət gördüyü hədislə müstəqil şəkildə əməl etməsi mümkün olmaz.

Şafilərdən, bu yolu tutanlar arasında Şafiyə yoldaşlıq etmiş Vəlid Musa bin Əbil Carud kimi, İmam Şafinin – rahiməhullah – özünün bildiyi, lakin digərlərinə gizli qalan bir faktor səbəbilə tərk etdiyi hədislə əməl edən kimsələr var.

O (Əbul Valid) belə demişdir: "Qan alanında aldıranında orucu pozular" hədisi səhihdir, məndə buna görə Şafinin "qan alanında aldıranında orucu pozular" dediyini deyirəm.

Lakin Əbu Validə cavab olaraq belə deyilmişdir: İmam Şafi hədisin səhihliyini bilib, ancaq mənsux olduğu görüşündə olduğu üçün tərk etmişdir. Şafi bu hədisin mənsuxluğunu açıqlamış və buna dəlillər gətirmişdir."

Uca Allah dilərsə, bunu "Kitabus Siyam"da görəcəksən.

Daha öncə İbn Xuzeymənin belə dediyini nəql etmişdik: "Rəsulullahın – sallallahu aleyhi və səlləm – halal və haram mövzusunda elə bir sünnətini (hədisini) bilmirəmki, İmam Şafi onu öz kitablarına yerləşdirməmiş olsun."

İbn Xuzeymənin hədisdə, fiqhdəki uca məqamı və imamlığı, İmam Şafinin sözlərinə vaqifliyi bilinən bir şeydir.

Şeyx Əbu Amr (İbnus Salah) dedi: Şafilərdən öz məzhəbinə müxalif bir hədis tapan adam baxar:

1) Əgər onda mütləq, və ya bu babda, və ya bu məsələdə ictihad vasitələrinin (şərtləri) hamısı varsa, o müstəqil şəkildə bu hədislə əməl edə bilər.

2) Əgər ictihad vasitələrinin (şərtlərinin) hamısına sahib deyilsə, araşdırıb özünün hədisə müxalifətinə dair qane edici bir cavab tapa bilməyibsə və hədisə müxalifət etmək ona ağır gəlirsə, o hədislə əməl edə bilər. Lakin bu o halda mümkündür ki, İmam Şafidən başqa hansısa müstəqil bir imam o hədislə əməl etmiş olsun. Bu ona, belə bir məqamda öz imamının məzhəbini tərk etmək üçün üzr olar/sayılar."

(İmam Nəvəvi): Onun (İbnus Salahın) dediyi olması gərəkli və gözəl olandır."

 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/105-106

Məktəbətul İrşad

 

Təliq: Nəqlin daha da produktiv olması üçün bəzi təlitaqlarda fayda olacağını düşünürəm:

1. İmam Şafinin səhih bir hədisi mənsux sayıb bilərək tərk etməsi öz yaxını olan Əbul Valid kimi birisinə gizli qala bilirsə, günümüzdəki "muhəddislərə" gizli qalması daha öncəliklidir. Hətta qalmasaydı belə hədis bilgisi özlüyündə nəticəyə varmaq üçün yetərli deyildir.

2. İbnus Salah hədisin məzhəbə müxalif olduğunu aşkarlayan kimsələri iki qismə bölür:

A ) Hədislə müstəqil əməl edə biləcək kimsələr: Bunlar ya mütləq, ya babda, ya da məsələdə müctəhid olan kimsələrdir.

B ) Hədislə müstəqil əməl etmə ixtiyarı olmayanlar: Bunlar müctəhid olmayan Ammilərdir. Bunların hədislə əməl etmə haqları mütləq şəkildə olmayıb, ancaq onunla əməl edən bir müstəqil müctəhidin varlığına bağlıdır. Nəticə etibarı ilə Ammi hədislə yox müctəhidin hədisdən çıxardığı hökmlə əməl etmiş, digər məzhəbin görüşünə tabe olmuşdur. İbnus Salah "Ədəbul Mufti vəl Mustəfti" kitabında bunu açıq şəkildə ifadə etmişdir. Lakin buna belə birbaşa izin verilməyib aşağıdakı şərtlərdən sonra imkan tanınar:

Hədisə müxalifətin ona ağır gəlməsi.

Buna elm əhlinin kitablarında cavab axtarması.

Heç bir şəkildə cavab tapmaması.

Bu şərtlər isə "Buluğul Məram" vərəqləməklə əldə edilmir...

***

Bəzi müsəlmanlar hər gördükləri səhih hədislə əməl edər və bunu Allah Rəsuluna – sallallahu aleyhi və səlləm – uymaq olaraq dəyərləndirərlər.

Həmçinin hansısa imamın hədisə müxalif bir görüşünü gördükdə əsassız olaraq "ona hədis çatmamışdı" deyərlər.

Haqları olmadığı halda ictihad edib həm özlərini, həm ətraflarında olan özləri kimi ammiləri azdırarlar.

Halbuki, Fiqhdə imam olan bir çox kimsə müxtəlif tərcih səbəblərilə məhz öz rəvayət etdikləri hədislərə zidd hökmlər vermişlər.

Bu məsələni anlamaq üçün "Usulul Fiqh" elmində ən azından ibtidai mərhələdə bilgi sahibi olmaq lazımdır.

Aşağıda iki örnəkdə sizə İmam Malik və malikilərin böyüklərindən İbnul Məcişunun məhz öz rəvayət etdikləri hədislə əməl etmədiklərini təqdim edəcəm:

 

Malikilərdən Şəmsuddin Ər Rai " İntisarul Fəqiris Salik li Tərcihi Məzhəbil İmam Malik" adlı əsərində İmam Malikdən (93-179 h/715-796 m) nəqlən deyir:

 

قالرجلٌلمالكٍ: ياأباعبدِاللهِهلعرَفتَحديثَ" البَيِّعانِبالخيارِ" ؟قالله: نعم, وأنتَتلعَبُمعالصِّبيانِفيالبَقِيعِ.

وقاللهرجلٌ: لمَروَيْتَحديثَ" البَيِّعانِبالخيارِ" في" الموطإ" ولمْتعمَلْبه؟قاللهمالكٌ: ليَعلَمَالجاهلُمِثلُكأنيعلىعِلمٍترَكتُه

 

"Bir nəfər İmam Malikə dedi: Ey Əbə Abdillah! Sən "alıcıyla satıcı seçim haqqına sahibdir..." hədisini bilirsən?

Malik ona dedi: Bəli, sən daha uşaqlarla Bəqi məzarlığında oynayarkən mən onu bilirdim.

Bir nəfər İmam Malikə dedi: Niyə "alıcıyla satıcı seçim haqqına sahibdir..." hədisini "Əl Muvatta"da rəvayət etdiyin halda onunla əməl etmirsən?

Malik ona dedi: Sənin kimi cahillər mənim onu bilərək tərk etdiyimi anlasınlar deyə!"

 

Qaynaq: Şəmsuddin Ər Rai: İntisarul Fəqiris Salik: 1/225

Beyrut: Darul Ğarbil İslami: 1981

İkinci rəvayət isə maliki fəqihlərinin böyüklərindən olan İbnul Məcişundan (v. 212 h/827 m) öz tələbəsi Əhməd bin Əl Muazzəlin nəqlidir. Buna Qadi İyad "Tərtibul Mədarik və Təqribul Məsalik li Mərifəti Aləmi Məzhəbi Malik" adlı əsərində yer verib:

وقالابنُالمعذَّلِ: سمِعتُإنساناًسألَابنَالماجِشُونِ: لِمروَيْتمالحديثَثمّترَكتموه؟قال: لِيُعلَمَأنّاعلىعِلمٍترَكناه

 

"İbnul Muazzəl dedi: Bir insanın İbnul Məcişuna belə bir sual verdiyini eşitdim: "Niyə hədisi rəvayət edib, sonra onu tərk edirsiniz?"

İbnul Macişun dedi: Bizim, onu bilərək tərk etdiyimiz bilinsin deyə!"

 

Qaynaq: Qadi İyad: Tərtibul Mədarik: 1/45

Rabat: Vizərətul Əvqaf: 1965

***

Şafi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m) müctəhid olmayan kimsəyə təqlidin vacib olduğu haqda deyir:

 

بابالقولِفِيمَنيَسوغُلهالتقليدُومَنلايَسوغ

 

أمامَنيَسوغلهالتقليدُفهوالعاميُّالذيلايعرِفطُرُقَالأحكامِالشرعيّةِ،فيَجوزلهأنْيقلِّدَعالما،ويعمَلَبقوله،قالاللهتعالى: { فَاسْأَلُواأَهْلَالذِّكْرِإنْكُنْتُمْلَاتَعْلَمُونَ} ... ولأنهليسمِنأهلِالاجتهادِ, فكانفرْضَهالتقليدُ،كتقليدِالأعْمىفيالقِبْلة،فإنهلمَّالميكنْمعهآلةُالاجتهادِفيالقِبلةِ،كانعليهتقليدُالبصيرِفيها.

 

وحُكيعنبعضِالمعتزلةِ،أنهقال: لايجوزللعامِّيِّالعملُبقولِالعالمِحتىيعرِفَعِلّةَالحكمِ،وإذاسألَالعالمَفإنمايسألُهأنْيعرِّفَهطريقَالحكمِ،فإذاعرَفهوقَفعليهوعمِلبه.

 

وهذاغلَطٌ،لأنهلاسبيلَللعامِّيِّإلىالوقوفِعلىذلك،إلابعدأنْيتفقَّهَسنينَكثيرةً،ويُخالطَالفقهاءَالمدّةَالطَوِيلةَ،ويتحقَّقَطُرُقَالقياسِ،ويعلَمَمايصحِّحُهويُفسِدهومايجبُتقديمُهعلىغيرِهمِنالأدلّةِ،وفيتكليفِالعامّةِبذلكتكليفُمالايُطِيقونه،ولاسبيلَلهمإليه

 

"Təqlidin kimə caiz, kimə caiz olmadığı məsələsi haqqında bab

 

Təqlid etməsi caiz olan kimsəyə gəldikə, bu şəri hökmlərin (istinbat) yollarını bilməyən Ammidir (qeyri müctəhid).

Belə birisinin bir alimi təqlid etməsi və onun görüşü ilə əməl etməsi caizdir.

Uca Allah buyurur: "...Əgər bilmirsinizsə zikr əhlindən soruşun" (Ən Nəhl: 16/43)

..........

Çünki, Ammi ictihad əhlindən deyil və bu səbəblə ona fərz olan təqliddir.

Kor kimsənin qiblə mövzusunda sağlam insanı təqlid etməsi kimi. Çünki kor, qiblə təyini üçün ehtiyac duyulan ictihad vasitələrinə sahib olmadığı zaman, ona düşən sağlam insanı təqlid etməkdir.

 

Bəzi Mötəzilə mənsublarının belə dediyi nəql edilmişdir: "Verdiyi hökmün illətini (dəlilini) bilmədikcə Amminin alimi təqlid etməsi caiz deyildir. Alimdən bir şey soruşduğu zaman, ondan xahiş edər ki, bu hökmü necə çıxardığını ona izah etsin. Bunu öyrəndikdən sonra vaqif olub, əməl edər."

 

Bu görüş xətalıdır. Çünki, Amminin buna vaqif olması (hökmün necə çıxdığını anlaması) ancaq uzun illər fiqh öyrənib, fəqihlərlə oturub durması, qiyas yollarını paraktik olaraq həyata keçirə bilməsi, qiyası səhih və fasid qılacaq şeyləri və dəlillərdən hansının digərinə üstün tutulacağını öyrənməsindən sonra mümkündür.

Avamı bununla mükəlləf tutmaq, onlara gücləri çatmayacaq şeyləri yükləməkdir. Onların bunu edə bilməsi mümkün deyil."

 

Qaynaq: Əl Xatib Əl Bağdadi: Əl Fəqih vəl Mutəfəqqih: 2/133-135

Dar İbnil Cəvzi: 1417/1996

Təliq: Alləmə Bağdadinin sözündən çıxan faydaları belə sıralamaq olar:

1. Şəri istinbat yollarını, qiyası, tərcih qaydalarını və s. lazimi ictihad vasitələrini bilməyən kimsə Ammidir. Ammi qeyri müctəhid deməkdir.

2. Amminin müctəhidi təqlid etməsi vacibdir.

3. Amminin müctəhidə nisbəti, korun görənə nisbəti kimidir.

4. Dəlili bilmədikcə alimə tabe olmamaq görüşü, bəzi Mötəzilə mənsublarından rəvayət edilib.

5. Bu görüş xətalıdır.

6. Ammi hökm çıxarmanın yollarıyla sadəcə tanış olmaq üçün belə uzun illərini ciddi elm təhsiliylə keçirməlidir.

7. Ammidən hökm çıxarmağı tələb etmək ondan gücü xaricində bir şey istəməkdir.

 

Hasil: Amminin üzərinə düşən müctəhidi təqliddir. Bu ona fərzdir. Fərzin tərki isə günahdır. Amminin təqlidi tərk edib özünün əhkam çıxarması günahdır.

 

***

 

Şafi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m), amminin fətvanı dəlilsiz olaraq qəbul etməsinin lüzumu haqda deyir:

 

وليسيَنبغيللعامِّيأنيُطالبَالمفتيَبالحجّةِفيماأجابَهبه،ولايقول: لِمَ, ولاكيفَ

قالَاللهُسبحانَهوتعالى: {فَاسْأَلواأَهْلَالذِّكْرِإِنْكُنْتُمْلاتَعْلَمُونَ} . وفرَّقتباركَوتعالىبيْنَالعامّةِوبينَأهلِالعلْمِفقال: { قُلْهَلْيَسْتَوِيالَّذِينَيَعْلَمُونَوَالَّذِينَلايَعْلَمُونَ} . فإنْأحَبَّأنْتسكُنَنفسُهبسِماعِالحجّةِفيذلك،سألَعنهافيزمانٍآخرَومَجلِسٍثانٍأوبعدَقبُولِالفتْوىمِنالمُفتيمُجرَّدةً

 

"Müftidən, verdiyi cavabın dəlilini tələb etmək Ammi (qeyri müctəhid) üçün gərəkli deyil. (Sual verən, dəlilini öyrənmək məqsədilə) "Niyə?", "Necə?" deməməlidir.

Allah – subhanahu və təala – buyurur: "...Əgər bilmirsinizsə zikr əhlindən soruşun." (Ən Nəhl: 16/43).

Allah – təbərəkə və təala – elm əhliylə avamı ayıraraq belə buyurur: "... De ki, bilənlərlə bilməyənlər bir olarmı?..." (Əz Zumər: 39/9).

Əgər bu mövzuda dəlili eşidərək rahatlamaq xoşuna gəlirsə, bunu başqa bir zaman, ikinci bir məclisdə və ya müftidən fətvanı dəlilsiz olaraq qəbul etdikdən sonra soruşar."

Qaynaq: Əl Xatib Əl Bağdadi: Əl Fəqih vəl Mutəfəqqih: 2/382-383

Dar İbnil Cəvzi: 1417/1996

Təliq: Gördüyümüz kimi, Bağdadi, amminin müftidən dəlil istəməsini gərəkli görmür. Çünki, çox vaxt ammi tələb etdiyi şeyin dəlil olma şəklini anlamaqdan acizdir. Fətvanın qəbulu üçün dəlili bilmək şərt deyildir.

Bağdadi bu kəlamında ammiləri iki yerə bölür:

1. Dəlili zikr edilməsə belə rahat olacaq kimsə. Belə birinin dəlili soruşması gərəkli deyil. Fətvanı dəlil zikr edilməsədə qəbul edər.

2. Dəlil zikr edilməsə rahat olmayacaq kimsə. Belə birinin dəlil soruşması uyğundur. Lakin, bu soruşmaq dəlili analiz etmək üçün deyil sadəcə nəfsin rahatlaması üçündür. Bu cür ammilərdə dəlil zikr edilmədən fətvanı qəbul edər.

Nəticə etibarıyla hər iki növdən olan insan, öncə dəlilsiz olaraq fətvanı qəbul etməlidir. Bu nöqtədə, hər iki növdə müştərəkdir.

 

***

 

Maliki alimlərindən Qadi İyəd Əs Səbti (476-544 h/1083-1149 m) "Tərtibul Mədərik və Təqribul Məsəlik li Marifəti Alami Məzhəbi Malik" adlı əsərində hədislə əməl etmək haqda deyir:

 

رُويأَنَّعُمرَبنَالخطَّاب- رضياللهتعالىعنه- قالعلىالمِنْبر: أُحَرِّجُباللهعلىرجلٍروَىحديثًاالعملُعلىخلافه

قالابنُالقاسمِوابنُوَهْبٍ: رَأيْتُالعملَعنْدمالكٍأقْوَىمِنالحديث،قالمالكٌ: وقدكانرجالٌمِنأهلِالعلْمِمِنالتَّابعينيحدِّثُونبالأحاديثوتبلُغهمْعنغيْرهمفيقُولون: مانَجهَلهذاولكنْمضَىالعملُعلىغيره

قالمالكٌ: رَأيْتُمحمّدَبنَأبيبَكْرٍابنعُمرَبنِحَزْمٍوكانقاضيًا،وكانأَخُوهعبدُاللهكثيرَالحديثرَجُلَصِدْقٍ،فسمِعتُعبْداللهإذاقضَىمحمّدٌبالقَضِيةقدجاءَفيهاالحديثمُخالفًاللْقضاءيُعاتبُه،ويقولله: ألمْيأْتِفيهذاحديثٌكذا؟فيقولبَلَى. فيقولأَخُوهفمالكلاتقْضِيبه؟فيقولفأَيْنَالنّاسُعنه،يَعْنيماأجْمعَعليهمِنالعلماءبالمدينة،يُرِيدأَنَّالعملَبهاأقْوَىمنالحديث

وقالابنُالمعذَّلِ: سمِعتُإنساناًسألَابنَالماجِشُونِ: لِمروَيْتمالحديثَثمّترَكتموه؟قال: لِيُعلَمَأنّاعلىعِلمٍترَكناه

قالابنُمهْدي: السنةُالمتقدِّمةُمِنسنةأهلالمدينةخيرٌمِنالحديث. وقالأيضاً: إنه" لَيكونعندي" أونحوه

وقالرَبيعةُ: ألفٌعنألفٍأحبُّإليَّمِنواحدٍعنواحدٍ, لأنَّواحداًعنواحديَنتزِعالسنةَمنأيديكم

قالابنأبيحازمٍ: كانأبوالدرْداءِيُسألفيُجِيبُفيُقال: أنهبلَغناكذاوكذابخلافِماقال, فيقول: وأناقدسمِعتهولكنيأدْركتُالعملَعلىغيرِذلك

قالابنأبيالزِّناد: كانعمرُبنُعبدِالعزيزِيجمَعُالفقهاءَويَسألهمعنالسُّنَنوَالأَقْضيةالتييُعمَلبهافيُثبِتها, وماكانمنهلايَعمَلبهالناسُألغاه،وإنْكانمُخرِّجهمِنثقةٍ

وقالمالكٌ: انصرَفرسولُالله- صلىاللهعليهوسلم- منغزْوةِكذافينحوِكذاوكذاألفاًمِنالصحابة،ماتَبالمدينةمِنهمنحوُعشرةِآلافٍ, وباقِيهمْتَفَرَّقَبالبلْدان, فأيُّهماأحْرَىأنيُتَّبَعَويُؤْخذَبقولهم؟مَنماتَعندهمالنبيُّ- صلىاللهعليهوسلم- وأصحابهالذينذكرتُ؟أوماتَعندهمواحدٌأواثنانِمِنأصحابِالنبيصلىاللهعليهوسلم؟

 

 

"Rəvayət edilir ki, Ömər bin Əl Xattab minbərdən belə demişdir: "Əksiylə əməl edilən (tətbiqata müxalif) hədis rəvayət edən kimsədən Allaha gileylənirəm".

İbnul Qasim və İbn Vəhb belə demişlər: "İmam Malik nəzdində, (Mədinədəki) tətbiqatın hədisdən daha güclü dəlil olduğunu gördüm".

İmam Malik dedi: "Tabiunun elm əhlindən olan kimsələr bəzi hədislər rəvayət edərlərdi və onlara başqalarından da fərqli hədislər çatardı, onlar isə belə deyərdilər: Biz bu hədislərdən xəbərsiz deyilik, lakin tətbiqat başqa cürdür".

İmam Malik dedi: "Muhəmməd bin Əbi Bəkr İbn Ömər bin Hazmı qazi (hakim) ikən gördüm. Onun qardaşı Abdullah çox hədis bilən, sidq əhli/salih biri idi.

Muhəmməd bir iş haqda hökm verdiyi və bu haqda onun hökmünə müxalif hədis olduğu zaman, Abdullahın Muhəmmədi qınadığını və belə dediyini eşitdim: Bu haqda hədis bu cür gəlməyibmi? (Yəni sənin hökmünə müxalif).

- Bəli.

- O zaman sən niyə hədislə hökm etmirsən?

- İnsanların bu hədis haqqındakı mövqeyi nədir? (tətbiqat necədir?)"

Bununla o, Mədinədəki alimlərin üzərində icma etdiyi görüşü qəsd edirdi. Onun demək istədiyi bu görüşlə əməl etmənin hədisdən daha güclü (daha doğru) olması idi.

İbnul Muazzəl dedi: "Bir insanın İbnul Məcişuna belə bir sual verdiyini eşitdim: "Niyə hədisi rəvayət edib, sonra onu tərk edirsiniz?"

İbnul Macişun dedi: Bizim, onu bilərək tərk etdiyimiz bilinsin deyə!"

İbnul Mehdi dedi: "Mədinə əhlinin qədimdən bəri etdiyi əməl hədisdən daha xeyirlidir (doğrudur)". O Həmçinin bu sözləri "...Mənim üçün daha xeyirlidir" şəklində və ya bənzəri formada demişdir.

Rabia dedi: "Min nəfərin min nəfərdən rəvayəti, mənim üçün bir nəfərin bir nəfərdən rəvayətindən daha sevimlidir. Çünki, bir nəfərin bir nəfərdən rəvayəti sünnəti sizin əlinizdən çəkib alar."

İbn Əbi Hazim dedi: "Əbud Dardaya – radiyallahu anh – suallar verilər, o da cavablardı. Ona etirazən belə deyildi: Bizə sənin dediyindən fərqli olaraq başqa cür (hədis) çatıb. O da cavabən: Bu dediyinizi məndə eşitmişəm. Lakin, mən tətbiqatın bundan fərqli cərəyan etdiyini gördüm."

İbn Əbiz Zinad dedi: "Ömər bin Abdil Aziz fəqihləri toplayıb onlardan əməl edilən sünnətlər (hədislər) və hökmlər haqda soruşdu və onları qeyd etdi.

(Bu hədis və hökmlərdən) İnsanların əməl etmədiklərini isə - rəvayət edənlər güvənilən kimsələr olsa belə - ləğv etdi".

İmam Malik dedi: "Rəsulullah – sallallahu aleyhi və səlləm – filan döyüşdən, minlərcə səhabəylə bərabər döndü. Onlardan on minə yaxını Mədinədə vəfat etdi. Geri qalanı isə müxtəlif şəhərlərə dağıldı. Bunlardan hansı tabe olunmağa və görüşləri alınmağa daha layiqdir? Nəbinin – sallallahu aleyhi və səlləm – və zikr etdiyimiz səhabələrin yanında vəfat etdikləri kimsələrmi (Mədinə əhli)? Yoxsa yanında Nəbinin – sallallahu aleyhi və səlləm – əshabından bir və ya iki nəfərin vəfat etdiyi kimsələr?"

 

Qaynaq: Qadi İyad: Tərtibul Mədarik: 1/45-46

Rabat: Vizərətul Əvqaf: 1965

 

 

Təliq: İmam Malikin məzhəbində Mədinə əhlinin tətbiqatını hədisdən daha güclü dəlil saymaq məşhurdur. Bu metod, başqalarının sözünü Rəsulullahın sözündən üstün tutmaq demək deyil! Əksinə Rəsulullahın sünnətini araşdırmaqda daha ehtiyatlı davranmaqdır.

Bu mövzuda müzakirə etmək istədiyimiz, Mədinə əhlinin tətbiqatının üsuldakı yeri deyil.

Diqqət çəkmək istədiyimiz nöqtə İmam Malik və bir çox məzkur sələf fəqihləri qatında hədisin səhihliyinin əməl üçün yetərli olmadığıdır. Bunu onların ifadələrində açıqca görmək olar.

Demək olar ki, hər imamın bu barədə öz metodu var və bu da "məzhəb"in xüsusiyyətlərini təşkil edir.

Bu nəqlləri tərəzi elədyimiz zaman, günümüzdə hədis kitablarını silah edib, Ümmətin imamlarına cahilcə hücum edən və öz qıt anlayışlarıyla hədislərdən əhkamlar çıxaran, əhliyətsiz bədəvilərin cəhaləti bariz şəkildə bir daha ortaya çıxır.

 

***

 

Şafi alimlərindən Əbu Həmid Əl Ğazəli (450-505 h/1058-1111 m) "İhyau Ulumid Din" adlı əsərində, avamın elmi məsələlərdən danışması haqda deyir:

 

وإنماحقُّالعوامِّأنْيؤمِنواويُسلِمواويشتغِلوابعبادتِهمومعايشِهمويترُكواالعلمَللعلماءِ, فالعامِيُّلويزْنيويسرِقكانخيرًالهمِنأنْيتكلَّمَفيالعلمِ, فإنهمَنتكلَّمفياللهِوفيدينِهمِنغيرِإتقانِالعلمِوقَعفيالكفرِمِنحيثُلايدرِيكمَنيركَبُلُجَّةَالبحْرِوهولايعرِفالسِّباحةَ

 

"Avamın vəzifəsi sadəcə iman edib təslimiyyət göstərmələri, ibadətləri və məişətlərilə məşğul olub, elmi alimlərə buraxmalarıdır.

Amminin (müctəhid olmayan kimsənin) zina və oğurluq etməsi, onun üçün elm haqqında danışmasından daha xeyirlidir.

Çünki, kim elmdə mahir olmadan Allah və dini haqqında danışarsa bilmədiyi/gözləmədiyi bir yöndən küfrə düşər.

Belə birisi, üzməyi bilmədiyi halda dənizin dərinliyinə dalan insan kimdir."

 

Qaynaq: Əbu Həmid Əl Ğazəli: İhyau Ulumid Din: 3/44

Beyrut: Darus Sadir: 2004

 

***

 

Hənbəli alimlərindən Şəmsuddin İbn Qeyyim (691-751 h/1292-1350 m) İmam Əhməddən nəqlən belə deyir:

وقالفيروايةابنِهعبدِالله: إذاكانعندَالرجلِالكتبُالمصنَّفةُفيهاقولُرسولاللهص, واختلافُالصحابةوالتابعينَ, فلايجوزأنيعمَلَبماشاءَ, ويتخيَّرَفيقضِيَبهويعمَلَبهحتىيسألَأهلَالعلمِمايُؤخَذبه, فيكونَيعمَلعلىأمرٍصحيحٍ

"Oğlu Abdullahın rəvayətində İmam Əhməd deyir:

Bir kimsədə içində Rəsulullahın – sallallahu aleyhi və səlləm – görüşü, səhabə və tabiunun ixtilafı zikr edilən (Hədis mövzusunda) təsnif edilmiş kitablar olsa, doğru olanla əməl etməsi üçün, bu hədislərdən hansının alına biləcəyini elm əhlinə (müctəhidə) soruşmadan onlardan istədiyilə əməl etməsi, istədiyini seçib onunla hökm etməsi və ona görə davranması caiz deyildir."

Qaynaq: İbn Qeyyim: İlamul Muvəqqiin: 2/84

Daru İbnil Cəvzi: 1423

***

Hədisin mənasını anlamaqdan aciz olduqları halda özlərini lovğalıqla "əhli hədis" ləqəbilə təltif edən kimsələr tarix boyu mövcud olmuşlar.

Belə "muhəddislərdən" biri ilə İmam Əbu Hənifə arasında keçən məşhur bir qissə vardır ki, burada onu qısa olaraq zikr edib sonda isə İmamın qızıl sözlərini təqdim eləmək istəyirəm.

 

Əl Fadl bin Atiyyə ilə qarşılaşan İmam Əbu Hənifə ondan oğlu Muhəmməd haqda soruşar. Fadl oğlunun hədisçilərlərdən elm aldığını söyləyər. İmam Əbu Hənifə oğlunu yanına gətirməsini tələb edər və Fadl oğlu Muhəmmədi çağırar. İmam bu ondan hədis yazdığı dəftəri istəyər və oradakı ilk hədisi oxuyar:

"Vələdi zina üç nəfərin (ana, ata və uşaq) ən şərlisidir."

İmam hədisçiyə bu hədisin mənasını soruşar, hədisçi "hədisdə necə gəlibsə elədir" deyər.

İmam Əbu Hənifə onun hədisə verdiyi mənanın Allaha zülm isnad etmə olduğunu və İslamın təməl prinsiplərindən olan "hər nəfs öz əməlinə görə cəza alar" prinsipi ilə ziddiyyət təşkil etdiyini uzun uzadı ayələrdən dəlillər gətirərək isbat edər. Davamında isə hədisin mənasını hədisçiyə izah edər və bu hədisçi Muhəmməd bin Əl Fadl o zamandan sonra artıq İmamın dərslərinı sıx sıx gəlməyə başlayar.

İmam Əbu Hənifə qissənin sonunda bu muhəddisə nəsihətində belə deyir:

يامحمدُ! مَنطلَبالحديثَولمْيطلُبْتفسيرَهومعناهضاعَسعْيُهوصارَذلكوَبالاًعليه

 

وقالرحِمهاللهتعالى: مثَلُمَنيطلُبالحديثَولايتفقَّهمثلُالصَّيْدَلانيِّيجمَعالأدويةَولايدرِيلأيِّداءٍهيحتىيجيءَالطبيبَ. وهكذاطالبُالحديثِلايعرِفوجْهَحديثِهحتىيجيءَالفقيهَ

 

" ... Ey Muhəmməd! Kim hədislə məşğul olar, lakin onun təfsiri və mənasını öyrənməzsə, onun əməyi zay olar və bu onun əleyhinə vəbala/günaha dönər.

(Digər bir yerdə) Əbu Hənifə - Uca Allah ona rəhmət etsin - dedi: Hədislə məşğul olub fiqh öyrənməyənin halı, müxtəlif dərmanları toplayıb, lakin həkimdən soruşmadıqca hansının hansı xəstəliyə dərman olduğunu bilməyən əczaçının halı kimidir.

Bunun kimi, hədislə məşğul olan kimsədə fəqihə müraciət etmədikcə əlindəki hədisin mənasını bilməz."

Qaynaq: Vəhbi Suleyman: Əbu Hənifə Ən Numan: 179

Darul Qələm: 1420/1999

 

***

Məşhur Maliki fəqihi Əbu Abdillah İbn Əl Hacc Əl Abdəri (v. 737 h/ 1336 m) "Əl Mədxəl" adlı əsərində deyir:

قالعبدُالرحمنبنُمهْديِّ: السنةُالمتقدِّمةُمِنسنةِأهلِالمدينةِخيرٌمِنالحديثِ

قالابنُعيينةَ: " الحديثُمَضَلّةٌإلاللفقهاءِ" يُريدأنغيرَهمقديحمِلالشيءَعلىظاهرِهولهتأويلٌمنحديثِغيرهأودليلٌيخفَىعليهأومتروكٌأوجبَترْكَهغيرُشيءٍممالايقومبهإلامَناستبحَروتفقَّه

"Abdur Rahman bin Mehdi dedi "Mədinə əhlinin qədimdən bəri etdiyi əməl hədisdən daha xeyirlidir (doğrudur)"

(Sufyan) İbn Uyeynə dedi: "Hədis, fəqihlərdən başqası üçün zəlalətə düşülən yerdir."

(İbn Uyeynənin) qəsd etdiyi budur: Ola bilsin ki, fəqih olmayan başqa hədisdə təvili olduğu halda hədisi zahiri üzrə anlasın və ya ona gizli qalmış bir dəlil mövcud olsun və yaxud da hədis, onun tərkini tələb edən lakin, ancaq elmdə və fiqhdə dərinləşmiş kimsələrin biləcəyi başqa bir ünsür səbəbilə tərk edilmiş olsun."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/128

Darut Turas

***

afi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m) "Nasihətu Əhlil Hədis" adlı risaləsində səhih sənədlə rəvayət edir:

 

جاءَرجلٌإلىالأعْمَشِفسألهعنمسألةٍ،وأبوحنيفةَجالسٌ،فقالالأعْمشُ: يانعمانُقلفيهافأجابَه،فقالالأعْمشُ: مِنأينقلْتَهذا؟فقال: مِنحديثكالذيحدَّثتَناه،قال: نحنُصَيادِلةوأنتمأطِبّاءُ

"... Bir nəfər İmam Əbu Hənifənin də olduğu məclisdə Əməşin yanına gəlib bir məsələ haqqında sual verdi. Əməş "Ya Numan (Əbu Hənifə) cavab ver dedi. İmam Əbu Hənifə adama cavab verdi.

Əməş: Bu hökmü haradan çıxardın?

Əbu Hənifə: Bizə təhdis etdiyin bir hədisdən.

Əməş: Biz (muhəddislər) əczaçılarıq, siz (fəqihlər) isə təbiblər."

 

Qaynaq: Əl Xatib Əl Bağdadi: Nasihətu Əhlil Hədis: 260

Məktəbətu İbni Teymiyyə: 1417/1996

***

Müfəssirlərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) "Əl Ənbiyə" surəsini təfsir edərkən deyir:

 

لمْيختلِفِالعلماءُأنَّالعامةَعليهاتقليدُعلمائِها،وأنهمالمرادبقولِاللهعزوجل: { فَاسْأَلواأَهْلَالذِّكْرِإِنْكُنْتُمْلاتَعْلَمُونَ} أجمعواعلىأنَّالأعْمىلابدَّلهمِنتقليدِغيرِهممنيثِقبمَيْزِهبالقبلةِإذاأشكلتْعليه؛فكذلكمَنلاعلمَلهولابصرَبمعنَىمايَدِينبهلابدَّلهمِنتقليدعالمِه،وكذلكلميختلفِالعلماءُأنَّالعامةَلايجوزلهاالفُتيا؛لِجهلِهابالمعانيالتيمنهايجوزالتحليلُوالتحريمُ

 

"Avamın (müctəhid olmayanın) alimləri təqlid etməklə mükəlləf olduğu və Uca Allahın – azzə və cəllə - "...Əgər bilmirsinizsə zikr əhlindən soruşun" ayəsində avamın murad edildiyi mövzusunda alimlər ixtilaf etməmişlər.

Alimlər icma ediblər ki, kor kimsə qiblənin yönünü qarışdırdığı zaman, qibləni bildiyinə güvəndiyi kimsələrdən birini təqlid etməsi qaçınılmazdır.

Eyni şəkildə, necə əməl edəcəyi barədə elmi və bəsirəti olmayan kimsənin də, bunu biləni təqlid etməsi qaçınılmazdır.

Eyni şəkildə, avamın (müctəhid olmayanın) fətva verməsinin caiz olmadığında da ixtilaf etməyiblər.

Çünki avam, halal və haram qılmanın hansı xüsuslarda caiz olacağını bilməz."

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 14/179

Beyrut: Ər Risələ: 1427/2007

 

***

Alləmə Muvəffəquddin İbn Qudamə (541-620 h/ 1146-1223 m) müctəhid səviyyəsinə gəlməmiş birinin üzərinə təqlidin vacib olması haqda belə deyir:

 

وأماالتقليدُفيالفروعِ, فهوجائزٌإجماعًا. فكانتْالحجةُفيهالإجماعُ. ولأنَّالمجتهِدَفيالفروعِإمامُصِيبٌ،وإمامُخطئمٌثابٌغيرُمأثومٍ،بخلافِماذكرناه.

فلهذاجازَالتقليدُفيها،بلوجبَعلىالعامِّيذلك.

وذهَببعضُالقدريّةِإلىأنالعامّةَيلزَمهمالنظرُفيالدليلِفيالفروعِأيضًا.

وهوباطلٌبإجماعِالصحابةِ؛فإنهمكانوايُفتُونالعامّةَ،ولايأمُرونهمبنيْلِدرجةِالاجتهاد،وذلكمعلومٌعلىالضرورةِوالتواترِمِنعلمائهموعوامِّهم.

ولأنَّالإجماعَمنعقِدٌعلىتكليفِالعامِّيالأحكامَ،وتكليفهرتبةَالاجتهادِيُؤديإلىانقطاعِالحَرْثِوالنَّسْلِ،وتعطيلِالحِرَفِوالصنائعِ،فيُؤدِّيإلىخرابِالدنيا.

ثمماذايصنَعالعامِّيإذانزَلتْبهحادثةٌإنلميثبُتْلهاحكمُإلىأنيبلُغَرتبةَالاجتهادِ،فإلىمتىيصيرمجتهدًا؟ولعلهلايبلُغذلكأبدًا،فتُضيَّعالأحكامُ.

فلميبقَإلاسؤالُالعلماءِ،وقدأمَراللهُتعالىبسؤالِالعلماءِفيقولِهتعالى: فَاسْأَلُواأَهْلَالذِّكْرِإِنْكُنْتُمْلاتَعْلَمُونَ

 

"Furuda (fiqhdə) təqlidə gəlincə bu icmayla caizdir. Çünki bu mövzuda hüccət icmadır. Həmçinin furuatda ictihad edən kimsə (yuxarıda) zikr etdiyimizdən (əqidədən) fərqli olaraq ya isabət etmişdir, yada xəta etmiş, lakin savab almışdır.

Bu səbəblədə furuda təqlid caiz, hətta ammi (müctəhid olmayan) kimsə üçün vacibdir!

Bəzi Qədərilər avamın furuatda da dəlillər üzərində analiz aparmasının gərəkli olduğunu söyləmişlər.

Bu görüş səhabənin icmasıyla batildir! Çünki, onlar avama fətva verər və avama müctəhid mərtəbəsinə çatmağı əmr etməzdilər! Bu onların (səhabələrin) alimlərindən və avamlarından zərurət və təvatürlə bilinən bir şeydir.

Həmçinin amminin (müctəhid olmayanın) hökmlərlə mükəlləf olduğu haqda icma mövcuddur. Amminin ictihadla mükəlləf tutulması (bunla məşğul olub digər işlərdən uzaq qalacağı üçün) əkinin və nəslin kəsilməsinə, sənətlərin və sənayenin ortadan qalxmasına və nəticədə dünyanın xarab olmasına/anarxiyaya gətirib çıxarar.

Ayrıca (ayə və hədislərdə) hökmü sabit olmamış bir məsələ ortaya çıxdığı zaman, ictihad mərtəbəsinə çatana qədər ammi necə davranacaq? Nə qədər müddətə müctəhid mərtəbəsinə varacaq? Bəlkədə o heç vaxt bu mərtəbəyə varmaz və nəticədə hökmlər zay edilər.

(Mükəlləf olduğu hökmləri öyrənib əməl etməsi üçün) Geriyə ancaq alimlərdən soruşmaq yolu qalır. Uca Allah alimlərdən soruşmağı bu ayədə əmr



27-05-2018 01:40:11