Ana səhifə

Axirətdə müflis olan adam haqqındakı hədisi izah edə bilərsinizmi? "Ümmətimdən müflis o adamdır ki; qiyamət günü namaz, oruc və zəkat kimi əməllər ilə gələr. Buna qarşılıq ona buna söymüş, böhtan atmış, .. "hədisi şərifi ilə qəsd olunanı açıqlaya bilərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Axirətdə müflis olan adam haqqındakı hədisi izah edə bilərsinizmi?
Cavab: 

    Hz. Əbu Hureyrə (radıyallahu anh) nəql edir: "Rəsulullah (aleyhissalatu vəssəlam) buyurdular ki:

"Kimin üzərində qardaşına qarşı namus və ya başqa bir şey səbəbiylə haqq varsa, dinar və dirhəmin olmadığı qiyamət (və hesablaşmanın olacağı) gün gəlməzdən öncə hələ burada ikən halallaşsın. Əks təqdirdə o gün, saleh bir əməli varsa, o zülmü nisbətində özündən alınar. Əgər hasənatı (yaxşı əməli) yoxsa, yoldaşının (zülm etdiyi insanın) günahından alınar, ona yüklənər. " [Buxari, Məzalim 10, Riqaq 48; Tirmizi, Qiyamət 2, (2421)]

    Hədis, möminləri, mömin qardaşına qarşı haqsızlıq etməməyə, əgər etmiş isə halallaşmağa təşviq etməkdədir. Bu haqsızlıq, "ismət" lə ifadə edilən mənəvi varlığına qarşı ola bilər. "Başqa bir şey" ifadəsiylə də "bütün növləri ilə mal", "yaralama", hətta "yumruğa"  çatana qədər hər şey nəzərdə tutulmuşdur. Necə ki Tirmizî'nin rəvayətində "ismət və mal növündən ..." deyilmişdir.

     Muslimdə bu məna bir başqa üslubla ifadə edilmişdir:

"Ümmətimdən müflis olan o kəsdir ki: Qiyamət günü namazı, orucu və zəkatı olduğu halda gələr. Ancaq birinə söymüş, digərinin qanını tökmüş, bir digərinin də malını yemişdir. Həsənat, buna, o birisinə, digərinə paylanır. Üzərindəki borclar bitmədən hasənatı (yaxşı əməli) tükənmişsə o birilərinin günahlarından alınır, üzərinə yüklənər və beləcə oda atılar. "

    Bu hədis, "Bir günahkarın günahı digərinə yüklənməz." (Ənam, 6/164) ayəsinə zidd deyildir. Çünki bu kimsə, öz hərəkəti və zülmü səbəbiylə cəzalandırılmışdır. Çünki hasənatı (yaxşı əməli), Allah'ın qullar haqqındakı ədaləti gərəyi, səyyiatı (günahlarfı) müqabilində alınmışdır.

    Humeydi, Kitabu'l-Muvazənə'də demişdir ki: "İnsanlar üç qisimdir:

* Həsənatı seyyiatına üstün gələnlər.

* Seyyiatı, həsənətinə üstün gələnlər.

* Həsənatı və səyyiatı bərabər olanlar.

     Birincilər, Quranın nassı ilə qurtulacaqlar.

    İkincilər, savabından artıq olan günahı səbəbiylə, nefhadan (İsrafil in sura üfləməsindən) alovdan çıxanların sonuncusuna qədər, şərrinin azlığı çoxluğu nisbətində əzab ediləcəkdir.

   Üçüncü, ərafdakılardır (Əraf cənnət və cəhənnəm arası bir yer). "Bunlarda Allahın rəhməti ilə Cənnətə gedəcəklər.

     Yenə Əbu Hureyrə (radıyallahu anh) nəql edir: "Rəsulullah (aleyhissalâtu vəssəlam) buyurdu ki:

"Qiyamət günü haqq sahiblərinə haqqlarını mütləq əda edəcəksiniz. Belə ki kabış (buynuzsuz) qoyun üçün, buynuzlu qoyundan qisas alınacaq." [Muslim, Birr 6, (2582); Tirmizi, Qiyamət 2, (2422)]

    İmam Nəvəvi, hədisi şərh mahiyyətində deyər ki: "Bu hədis, heyvanların da qiyamət günü həşr ediləcəyi və eynilə təklif əhli insanların, uşaqların, dəlilərin və təbliğ çatmayanların yenidən dirildilməsi kimi, onların da yenidən dirildiləcəyi barəsində bir şərhdir. Bu barədə Qur'an və sünnədə dəlillər mövcuddur . Ayəyi-kərimədə Allah Təala belə buyurmuşdur: "

"Vəhşi heyvanlar həşr ediləcəyi zaman ..." (Təkvir, 81/5).

     Ayə və hədisdə gələn bir kəlimənin zahirini əsas almağa əqli və ya şər'î bir mane yoxsa onu zahirinə görə qəbul etmək vacib olar. Alimlər deyirlər ki: "Qiyamət günü, yenidən dirildilmə və həşr edilmək üçün mücazat (cəza), mükafat və ya savab şərt deyildir. Buynuzlu keçinin kabış keçi üçün qisas olması, təklif qisası deyil, müqabilə qisasıdır.



25-09-2016 12:22:32