Ana səhifə

Axirəti heç eşitməyən psixoloji olaraq necə xoşbəxt qala bilər?


YazdırSend to friend
Sual Detayı: 
Beynimə yerləşən bu suala məntiqli bir cavab ala bilsəm məmnun olaram. Bir uşağa şəkər verəcəyinizi deməsəz və verməsəniz, uşağın ağlına şəkər ilə əlaqəli bir şey gəlməyəcəyi üçün şəkərə sahib ola bilmədiyi üçün kədərlənməz. Lakin şəkər verəcəyəm deyib verməsəniz günlərlə ağlaya bilər. Bunun kimi bizim axirətdən heç xəbərimiz olmasa idi biz yenə səadətli ola bilərdik eynilə fətrət əhli kimi. Amma axirət deyə bir şey anladıldığı üçün olmadığını düşünmək bizə təsir edir, üzür. Yəni axirətdən xəbərimiz olmasaydı axirətin olmaması bizi kədərləndirməz ,öyrəşib gedərdik eləmi?
Cavab: 

- Əvvəlcə fərz edək ki, sualdakı məntiq doğrudur.

Lakin bir şeyin var olub-olmamasını bizim kədərlənib kədərlənməyəcəyimizlə

əlaqələndirməyin bir məntiqi varmı?

- Düşünün ki, bir adam aydan dünyaya yeni gəlib, qışdan heç bir xəbəri yoxdur. Bu

adam, qışı bilmədiyi üçün "evim-eşiyim, odunum, yanacağım yoxdur" deyə heç

kədərlənməz. Ancaq qış gəlib çatdı .. və hazırsızlıq yaxalandığı üçün pərişan olmuşdur ..

Görəsən bu adam qışın varlığından xəbərdar olub üzülməklə bərabər, qış hazırlığını

etsəydi min qat daha yaxşı olmazdımı? Biri verən mini qazanan zərər etməz.

- Əvvəla axirətin varlığı bizim üzüntülərimizə görə dəyişməz. Eşitsək də var, eşitməsək

də var .. üzülsək də var, üzülməsək də var ..

- Fətrət əhlinə qibtə etmək mümkünsüz / qeyri-mümkün bir şeylə məşğul olmaq

deməkdir. Çünki fətrət dövrü çox kiçik bir zaman kəsiyindən ibarətdir. İnsanlıq ailəsinin

varlığından indiyə qədər minlərlə il keçmişdir. Bütün insanları fətrət dövrünə sığışdırmaq

mümkün olmadığı kimi, fətrət dövrünü bütün insanlıq tarixinə yaymaq da mümkün

deyildir ..

 

- Fətrət xəyalıyla başımızı qatacağımızdansa axirət reallığına görə hazırlıq etmək

daha ağıllı olmaz?

 

- Yekunlaşdırsaq:

 

Allah bizimlə məsləhətləşmədən bizi yaratmış, bizi imtahana tabe tutmuş, bu dünya

imtahanı sonsuz ədalətinin ölçüsünə görə nizamlanmış və bu imtahanı qazananlara

mükafat, uduzanlara cəza verəcəyi bir yer olaraq axirət aləmini yaratmışdır.

Allaha itaət etmək məcburiyyətindəyik. Cənnət və cəhənnəm xəyal deyil, həqiqətin

özüdür. Ona görə bu imtahanı qazanmaq məcburiyyətindəyik ..



02-01-2017 08:13:58

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz