Ana səhifə

Ayədə, Biz onu genişlədəniz, genişlədiciyik demək üçün "və nahnu ləhu mustəvziun" deyilməsi lazım deyildimi?


YazdırSend to friend
Sual Detayı: 
Ayədə, Biz onu genişlədəniz, genişlədiciyik demək üçün "və nahnu ləhu mustəvziun" deyilməsi lazım deyildimi?
Cavab: 

    1) "Mûsiûn" sözü, "Musi" ismi failinin (feli icra edən) cəm formasıdır. Musi, sözü isə ifal babından "Əvsəa" filindən ismi faildir. "VSA" kök hərflərindən meydana gələn sözlərin əsl Lüğət mənası, qüvvət deyil, genişlikdir.

   Ancaq Ərəb dilində ikinci dərəcədəki bir məna və ya bir növü məcaz mənasıyla "qüvvət" mənasında da istifadə edilmişdir. Allahın "Vasi / Musi" ismi də belədir.

    Genişlik ən-boy genişliyi olduğu kimi, qüvvət, nüfuz genişliyi də vardır. Məsələn, Allahın qüdrətini, qüvvətini ifadə edən, Qavii, Qadiir, Qaâdir kimi adları vardır.

   Demək ki "Vasi / Musi" adının başqa bir hikməti vardır. O da Allahın qüvvət və qüdrətinin genişliyini, hər yerdə nüfuzunun olduğunu, əmrlərinin keçərli olduğu sahənin sanki sonsuz genişlikdə olduğunu ifadə etmək kimi mənalar ola bilər.

Demək ki, Zariyat surəsinin əlaqədar ayəsində yer alan "və innə lə Mûsiûn" ifadəsinin ilk mənası, "şübhəsiz ki, (o göyü) biz genişlədəniz / onu genişlədən bizik" şəklində olmasının Ərəbcə qaydalar baxımından heç bir xəta yoxdur.

2) Bir çox təfsirə baxdıq; demək olar ki, heç birində bu sözə tək bir məna verilməmişdir. Hətta qüvvət mənasını verənlər belə, yenə də genişlik mənasını da ifadə etmişlər. (Misal olaraq. Bax. Maverdi, Səmərqənd, Quşeyri, İbn Atiyə, Razi, Beydavi, Hazin, İbn Acibə, Qurtubi, Cəzairi / Əysəru't-Təfasir, ət-Təfsirul-müyəssər, İbn Aşur, əlaqədar yer)

Həmçinin bu ayə haqqında aşağıdakı təfsirlər də vardır.

- Həsən-ı Bəsri: Biz yağış yağdırmaq surətiylə ruzini genişlədərik.

- İbn Zeyd: Biz göyü genişlədirik.

- Bəziləri: Biz göyün genişliyindən daha çox genişlikləri yaratmağa qadirik.

- Mucahid: Biz indiki göy kimi başqa göyü də genişləndirə bilərik.

- Biz geniş qüdrətə malikik. İradə etdiyimiz heç bir şey bizə çətinlik verməz. (Bax. Maverdi, əlaqədar ayənin təfsiri; Bənzər izahlar üçün bax. Beydavi, əlaqədar yer.)

- Daha sonrakı İslam alimləri tərəfindən -digər mənalarla yanaşı- kainatın davamlı genişləməyə davam etdiyinə də işarə edilmişdir. (Bax.İbrahim əl-Qatdan, Teysiru't-təfsir; Abdulqadir b. Huveyş əl-Ani, Kitabu'l-Məani, əlaqədar ayənin təfsiri)

3) Bəzi alimlər, "Mûsiûn" kəlməsinə genişlik mənasını verməklə bərabər, onu keçmiş mənasında istifadə etmiş və "Biz göyü geniş olaraq bina etdik" demişlər. Halbuki, Ərəb qrammatika qaydalarına görə, ismi fail prinsip olaraq indiki və gələcək zaman üçün istifadə edilər. Keçmiş zaman üçün istifadə edilməsi isə ancaq bəzi fərziyyələrlə ola bilər.

Demək ki, bu sözü "genişlətdik" olaraq  izah edənlər , "genişləndirik-genişlətməkdəyik-genişlədəcəyik" şəklindəki mənaları daha da qəbul etmək vəziyyətindədir. Necə ki bəzi təfsirçilər bu iki mənını da mənimsəmiş və ayəyə "Biz səmanı geniş olaraq bina etdiyimiz kimi, onu (bundan sonra da) genişləndirməyə qadirik" şəklində mana vermişlər. (Bax. Cəmaləddin əl-Qasımi)

- Maverdi, "Mûsiûn" kəlməsnin ümumi beş mənasını yer vermişdir. Bunlardan üçü: "Biz yağışla ruziləri genişləndirik", "Biz səmanı genişləndirir", "Biz səmanı indiki genişliyindən daha çox genişləndirməyə qadirik." (Maverdi, əlaqədar yer)

- Məşhur təfsirçi Beydavi də "Mûsiûn" sözünün fərqli mənalarını belə yekunlaşdırmışdır: "Biz buna (göyü belə yaratmağa) qadirik. Və ya: Biz göyü genişlətməkdəyik, genişlədənik. Və ya: Göy ilə yer kürəsi arasını genişləndirməyə qadirik. Və ya: (Möhtac olanlara) ruzilərini verməyə qadirik. "(Beydavi əlaqədar yer)

4) Əvvəlki zamanlarda elmi kəşflərin olmadığı dövrlərdə bir ayənin, fen elminin son iki əsrdə ortaya qoyduğu elmi həqiqətlərə olan işarəsini təsbit əmək və ayədə yer alan əlaqədar kəlmələri və ifadəni ona görə şərh, izah etmək əlbəttə asan bir iş deyildir.

Hər şeydən əvvəl o günkü insanların nəzərində bir xəyal kimi görünən bəzi gerçəkləri ayələrdən istinbat etmək (məna çıxarmaq) Qurana zərər belə verə bilərdi.



25-04-2018 11:23:36