Ana səhifə

Ayət-i kərimədə (Ə'raf, 7/46) keçən və ə'raf əhlindən cənnətlik və cəhənnəmliklərin hər birini simalarından tanıyacaq olan kəslər kimlərdir?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum...Cenetle Cehenem arasindaki Sedin adi bildiyime gore Erafdi.Bu sede HANSI EMEL SAHIBLERI YERLEWECEK esas sebebi nedi ve o sedekilerin yeri Cennetlikdi yoxsa Cehenemlik?
Cavab: 

Və Aleykum Salam.

“O ikisinin (cənnət ilə cəhənnəmin) arasında pərdə var.Əraf üzərində isə insanlar vardır ki,  onlar hamını üzündən tanıyıb cənnət əhlinə: “Sizə salam olsun!”- deyə səslənərlər. Onlar çox istədikləri halda ora girməmişolanlardır.” (Ə’râf, 7/46)

 Ə’râf: Arf’in cəmidir. Yüksəkdə olan hər şeyə arf deyilər. Məşhur görüşə görə ə’râf, cənnət ilə cəhənnəm arasındakısurun(böyük divar) yüksək təpələri, deməkdir. Hasan əl-Basrî (r.h) demişdir ki: "Ə’râf, marifət sözündən olub cənnətliklərlə cəhənnəmlikləri simalarından tanıyan kəslər." deməkdir.

Hasili ə’râf haqqında iki görüş vardır:

   Birincisi Əbu Huzeyfe və digər bəzi şəxslərdən rəvayət edildiyi üzrə bunlar, əməldə qüsur etmiş və mizanda yaxşılıqları ilə pislikləri bərabər gəlmiş, Allah’ı bir tanıyan kəslərdir ki ,cənnət ilə cəhənnəm arasında bir müddət qalarlar. Sonra Haqq Təala, haqqlarında bir hökm verər. İkincisi: Bunlar peyğəmbərlər (Allah’ın Salamı Onların üzərinə olsun), şəhidlər,salehlər, âlimlər kimi yüksək dərəcəli şəxslərdir.

    Âyənin sonundakı "ləm yedhulûhâ" (hələ cənnətə girməmiş olanlar) birinci görüşə görə, ə’râf əhlini təsvir edər: Yəni cənnətliklər cənnətə girmiş, bunlar girməmişlər. Lakin arzu və ümid edərlər. Onlara etina edərlər də "Salam və salamatlıq sizə" deyərlər. İkinciyə görə isə, o sırada cənnət əhlinin halıdır. Yəni hələ cənnətə girməmiş və girmək ümidində olmuş olduqları sıradadır ki ə’râf əhli, onları selamete çatacaqlarına dair müjdəliyərlər

    "Ə’râf’la əlaqədar izaha keçmədən əvvəl, Ə’râf surəsində keçən "ə’râf"  "ə’râf əhli" haqqındakı âyə tərcümələrini verək. Cənnətliklərlə cəhənnəmliklərin vəziyyəti və aralarındakı danışmaların qeyd edildiyi âyələrdən sonra "ə’râf"la əlaqədar bu âyələr yer almaqdadır:

 "Cənnət ilə cəhənnəmin arasında bir sur vardır. Orada olan ə’râf əhli kəslər, cənnət və cəhənnəm əhlinin hamısını üzlərindən tanıyar. Onlar cənnət əhlinə,‘Sizə salâm olsun’ deyə səslənərlər. Özləri cənnətə girməmiş, lakin girmə arzusu içindədirlər."

 "Gözləri cəhənnəm əhlinə çevrildiyində isə, ‘Ey Rabbimiz! Bizi zâlımlarla bərabər etmə!' deyərlər."

 "Ə’râf əhli, üzlərindən tanıdıqları cəhənnəmliklərə səslənərlər və deyərlər ki: ‘Nə dünyadakı tərəfdarlarınızın çoxluğu, nə sərvətiniz, nə də təkəbbürünüz sizə bir fayda vermədi.’"

 “Allah onları rəhmətinə çatdırmaz deyə and içərək kiçik hesab etdiyiniz kəslər bu cənnət əhli olan zəif və kasıb möminlər idimi? Siz də ey möminlər girin cənnətə.Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!'”1

     Bəli, "ə’râf", "arf" sözünün cemidir. Atın saçına və xoruzun pipiyinə "arf" deyilməkdədir. Təfsirlərimizdə Ə’râf haqqında bir çox izahlar var. Ancaq bunların içində təfsirçilərin çoxunun ittifaq etdiyi görüş, "Ə’râf"ın cənnətlə cəhənnəm arasında bir pərdə, yüksək bir sur və təpələr mənâsını verdiyidir." İbni Abbas isə, "Sırat Körpüsü üzərində olan şerefelerdir." deməkdədir. Hasan-i Basrî Həzrətləri isə belə deməkdədir:

    "Axirətdə cənnətliklərlə cəhənnəmlikləri sîmalarından tanıyan bəzi insanlar vardır." deyincə, ətrafında olanlar, "Bunlar savab və günahları bərabər olan kəslərdir." deyərlər. Əllərini dizlərinə vuran Hasan-i Basrî, "Bu kəslər, Allah’ın, cənnət və cəhənnəm əhlini bir-birindən ayırmaq üçün təyin etdiyi insanlardır. Vallah, bilməm, amma bunlardan bəziləri indi bərabərimizdədir." cavabını verər.2

    A'raftakilere, "ə’râf" deyilməsinin səbəbi isə, onların, insanları əməllərinə görə tanımalarıdır. Yenə təfsirlərimizdə izah edildiyinə görə, Cənab-ı Haqq, Mizanda savab və günahları dartıb, cənnətlik və cəhənnəmlikləri ayırd etdiyi zaman, savab və günahı bərabər gələnləri bir müddət gözlədəcək. Sırat Körpüsünün yanında olan bu kəslər, cənnətlik və cəhənnəmlikləri tanıyacaqlar. Cənnət əhlini gördükləri zaman, "Allahın salâmı sizin üzərinizə olsun." deyəcəklər, sol tərəflərinə baxdıqları zaman da cəhənnəm əhlini görəcəklər, olduqları yerdə Allah’a sığınaraq, "Ya Rabbi, bizi bu zâlim birlikdən etmə." deyə dua edəcəklər. Cənnətliklər və cəhənnəmliklər getdikdən sonra Cənab-ı Haqq onları rəhmətiylə bağışlayıb cənnətə qoyacaq. 3

    Necə ki, Peyğəmbərimizə (Aleyhissalâtü Vəssəlâm) Ə’râf əhlinin kimlər olduğu soruşulduğunda belə buyurmuşdur:

 "Cənab-ı Haqq qullarını ayırıb bitirdikdən sonra ən son qalan qullarına da, ‘Savablarınız sizi cəhənnəmdən qurtardı, lakin cənnəti haqq edə bilmədiniz. Sizi mən rəhmətimlə cəhənnəmdən azad edirəm. İstədiyiniz cənnətə daxil olun.’ buyuracaq." 4

     Ayrıca, ə’râf əhlinin bəzi rəvayətlərdə insan olmayıb mələklərdən bir sinif olduğu da bildirilməkdədir. Bütün bu izahlar və şərhlər, ayələrin məfhum və tərcüməsinə uyğundur.

    Lakin İbrahim Haqqı Həzrətləri, Mârifətnâmə’nin 21. səhifəsində, dinî mükəlləfiyyətlərdən azad tutulan dəlilərin və kâfir uşaqlarının ə’râf əhli olduğunu, cənnətlikləri gördükləri zaman, o nemətlərə qovuşa bilmədikləri üçün qəmli olduqlarını, cəhənnəmliklərə baxdıqları zaman da öz hallarına şükr etdiklərini və bu halda əbədî olaraq orada qalacaqlarını bildirməkdədir. Bir mənâ böyüyü olan İbrahim Haqqı Həzrətlərinin şərhi də məsələnin dəyişik bir cəhətdən izahıdır. Bununla birlikdə, "ə’râf" və ə’râf əhli ilə verilən bütün izahlar âyənin bir təfsiri dərəcəsindədir. Əsas mahiyyətini ancaq Allah Təâlâ bilər.

    Kafir uşaqlarının və heç bir dinî eşitməyənlərin hesabdan sonra torpaq olacaqları məsələsinə gəlincə, Nəbə' surəsinin son âyəsində keçdiyi kimi, kâfirlər, heyvanların torpaq olduqlarını görüncə, özlərinin də heyvan olaraq yaradılmaları xahişində olacaqlar və hayıflanacaklar.Vâkıa surəsinin 17.ayəsində keçən "gənc xidmətçilər"in bir mənasının da, bir savab və günahı olmayan kâfir uşaqlarının olduğu və onların cənnət əhlinə xidmətçilik edəcəkləri bildirilməkdədir. 5

    Bu vəziyyətdə, kâfir uşaqlarının torpaq olmayacaqları, torpaq olacaqların yalnız heyvanlardan ibarət olduğu aydın olmaqdadır. Yenə bu barədə İbrahim Haqqı Həzrətlərinin izahını özünə xas bir şərh olaraq qəbul edə bilərik.

Haşiyələr:

1. Ə’râf, 7/47-49.

2. et-Tefsiru'l-Kebir, XIV/87.

3- Taberi Təfsiri, VIII/136-139.

4. age.

5.Tefsîrü'n-Nisâbûrl (Taberi Təfsirinin kənarında iştirak etməkdədir), XXVII/105.

 



05-04-2014 05:47:27