Ana səhifə

Aybaşı haqqında məlumat verərsiniz, aybaşının müddəti nə qədərdir?


YazdırSend to friend
Sual Detayı: 
Aybaşı haqqında məlumat verərsiniz, aybaşının müddəti nə qədərdir?
Cavab: 

Aybaşının sona çatması üçün kəsilməsi əsasdır.

 

10 gündən çox olan adət günləri üzr sayılar. İki adət halının arasında 15 gün keçmişsə ondan sonra gələn qan aybaşı qanı olaraq qiymətləndirilər. Qadınlar adət hallarına çox diqqət yetirməlidirlər. Çünki bu hallar, onların bir çox din vəzifələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar başlıca məsələlər bunlardır:

 

Qadınlar ən az doqquz yaşlarında buluq çağına çatar və adət görməyə başlarlar. Əlli və ya əlli beş yaşlarında da "Sinni İyas" deyilən adət görməmə dövrəsinə girərlər. Bu yaşdan daha əvvəl adətdən kəsilən qadınlar da vardır.

 

Adət müddətinin ən azı üç gündür (yetmiş iki saatdır). Ən çoxu da on gün, (iki yüz qırx saat)... Bu iki zaman arasında görüləcək qanlar, adət qanı sayılar. Bu zaman içində davamlı olaraq qanın gəlməsi lazım deyil, hərdənbir kəsilə bilər. Nümunə: Bir qadın üç gün qan gördükdən sonra iki gün qanı kəsilsə və arxasından üç gün daha davam etsə, bu səkkiz günün hamısı adət gününü təşkil etmiş olar.

 

İki adət arasındakı təmizlik halına Tuhr (Təmizlik) halı deyilir. Bunun müddəti on beş gündən az ola bilməz. Lakin bundan çox ola bilər. Tuhr halı aylarla və illərlə davam edə bilər. Belə təmizlik halı davam edən qadına Münteddetü't-Tuhr (Təmizliyi davamlı) deyilir.

 

Bəzi qadınların adət günləri, sayılan müəyyən günlərdir. Nümunə: Hər ay beş və ya yeddi və ya doqquz gün adət görərlər. Bir adət, bir dəfə meydana gəldiyi üzərə qərarlaşmış ola bilər. Belə ki: Hələ adət görməyə başlayan bir qız, ilk dəfə səkkiz gün qan görsə, sonra iyirmi iki gün təmiz olsa, bu şəkildə adəti qərarlaşmış olar. Ondan sonra davamlı olaraq özündən bir xəstəlik səbəbi ilə qan gələcək olsa, onun həm adət günləri, həm də təmizlik günləri hər ay o şəkildə hesab edilər.

 

Bəzi qadınlarda adət günləri dəyişik olar. Belə ki: Bir ay beş gün digər ay altı gün adət görə bilərlər. Bu vəziyyətdə ehtiyatlı hərəkət etmək lazımdır. Belə bir qadın, altıncı gün oldumu yuyunar, namazlarını qılar və əgər ramazansa orucunu tutar; çünki bu altıncı gündəki qanın xəstəlik (istihaze) qanı olması olabiləcəkdir. Lakin bu altıncı gün çıxmadıqca, cinsi münasibətdə ola bilməz, boşanmışsa iddeti dolmuş sayılmaz. Çünki bu altıncı günün qanı, aybaşı qanı olmaq ehtimalı vardır.

 

Bir adətin dəyişmiş olması üçün, ona zidd iki adət halı görülməlidir. Nümunə: Hər ay beş gün adət görən bir qadın, sonra iki dəfə dörd gün və ya iki dəfə altıgün qan görsə, onun adəti beş gündən dörd günə və ya altı günə keçmiş olar.



01-02-2010 02:56:10

Düğüme özel