Ana səhifə

Azanla bağlı bəzi suallar.


YazdırSend to friend
Sual Detayı: 
Azanla bağlı sizə 3 sualım var. 1) İlk olaraq məsciddə namazı səslə yox, kaset qoyaraq azan vermək, daha doğrusu oxutmaq nə dərəcə düzgündür. 2) Azanı vaxtından 20-30 dəqiqə sonra vermək nə dərəcə düzgündür. İçində olduğumuz ramazan ayı ilə bağlı axşam azanını gözləyirəm, ama vaxtından hər gün ən azı 20-25 dəqiqə gec verilir. Buna görə də azanı gözləmədən iftarı acıram. 3) Azanı muğam ritmi ilə oxumaq olar? Bunu bele əsaslandırırlar ki, azan muğam üzərədir.
Cavab: 

1) Dinamiklə oxunan azan, əgər İslamın əmr etdiyi şəkildə oxunsa, yəni müəzzinliyin şərtlərinə sahib bir kimsə tərəfindən oxunsa, caizdir. Yalnız müəzzinin səsini daha çox yüksəldib uzaqlara aparar. Bu da azan oxumanın məqsədlərindən biridir. Maqnitofon ilə azan oxumaq caiz deyil. Çünki ortada insan yoxdur. Əks-səda qabilindəndir.

(Xəlil Günenç, Günümüz Məsələlərinə Fətvalar)

 

2) Bu dəqiqə fərqinin yaranma səbəbi fərqli namaz təqvimlərindən qaynaqlanır. Əsas olaraq siz quran və hədislərə uyğun hərəkət edin. Məsələn axşam əzanının vaxtı, ağ sapla qara sapın ayırd ediləbilməməyidir. Siz buna uyğun hərəkət edin hərzaman.

 

3) Bu günahdır. Əzanın oxunma şəkli Peyğəmbərimiz (səv) zamanında necə olubsa indi də elə olmalıdır, Mahnı ilə oxumaq yada hansısa mahnı ritminə salmaq bidat və haramdır.



26-08-2011 10:02:40