Ana səhifə

Bəla və müsibətlər.


YazdırSend to friend
Sual Detayı: 
Salam. Əvvəlcədən təşəkkür edirəm. Mən sadəcə bilmək istərdimki hansı bəla Allahdan gəlir insanlar üçün? Bəzən insan xəstələnir və düşünürki inşaAllah günahlarımızın kəffarəsi olar. Bu nə dərəcədə doğrudur?
Cavab: 

"İbadət iki qisimdir: Bir qismi müsbət, digəri mənfi. Müsbət qismi məlumdur. Mənfi qismi isə, xəstəliklər və müsibətlərlə zəifliyini və acizliyini hiss edib Allaha təvəkkül edib, onu düşünüb, ona yalvarmaqdır. Əgər səbr etsə, müsibətin mükafatını düşünsə, şükr etsə, o vaxt hər bir saatı bir gün ibadət hökmünə keçər. Qısacıq ömrü uzun bir ömür olar."

Allah Rəsulunun (s.ə.s.) ən mükəmməl mənada reallaşdırdığı vəzifələrindən biri də səbrdir. O (s.ə.s.) səbr imtahanını da hicrətlərlə, müharibələrlə, müsibət və çətinliklərlə qazanmışdır.

Namaz möminin miracıdır. Müsibət və xəstəliklər isə bir başqa yüksəliş nərdivanıdır. Bir Müsəlman, Allahın hər əmrini dinlədikcə və hər qadağanından çəkindikcə yüksələr. Bu yüksəlmənin bir başqası da müsibət və xəstəliklərə səbr yoluyla reallaşar. Məruz qaldığı müsibətlər insana aciz bir qul olduğunu və yol qəzalarından sellərə, fırtınalara qədər heç bir hadisəni önləyəcək gücə sahib ola bilmədiyini dərs verər. Xəstəliklər də eyni dərsi insanın iç aləmində təkrarlayar. Xarici təsirlər kimi öz bədənindəki hadisələrə də söz keçirə bilmədiyini çox yaxşı anlayan insan, müalicə üçün lazımlı tədbirləri aldıqdan sonra, özünə malik ola bilmədiyinin şüuru ilə Rəbbinə təvəkkül edər və şəfanı Ondan gözləyər. Bu hal mömin üçün böyük bir tərəqqidir.

Bir ömür boyu belə dəyişik təcəllilərlə fərqli imtahanlar keçirən insanlar, bu qısa dünya həyatının ardından əbədiyyət yurduna köç edəcəklər. Bu kölgələrin əsillərinə qovuşacaq, bacarıq və söhbət nemətini də kamalıyla orada tapacaq və dadacaqlar.

Sədəqənin bəla və müsibətləri önlədiyinə dair hədisi şəriflər vardır. Bu baxımdan həm verilən nemətə şükr olsun deyə həm də sədəqə niyyətinə Qurban kəsmək caizdir.



14-01-2010 10:35:19