Ana səhifə

Bəlam İbn Baura kimdir?


YazdırSend to friend
Sual Detayı: 
Bəlam İbn Baura kimdir?
Cavab: 

Hz. Musa (ə.s.) zamanında yaşamış və sonradan irtidat etmiş olan elm adamı.

 

Əraf surəsinin 175-176-cı ayələri münasibətiylə adı müxtəlif təfsir və tarix kitablarına girmiş olan Bəlam İbn Baura (və ya Bəlam İbn Əbər)in, İsrailoğullarından, nəhənglər ölkəsindən, Yəmən diyarından və ya Kənan elindən Allahın dinini öyrənmiş, elm və mədəniyyət sahibi, duası müstəcap, lakin sonradan itaətsizliyə düşmüş bir kimsə olduğu şəklində rəvayətlər vardır. Hər nə qədər Lut (ə.s.)ın qızlarından biri ilə evlənmiş olduğu deyilsə də, bunun Yəhudilər tərəfindən müsəlmanlar əleyhinə uydurulmuş bir böhtan olduğu bilinməkdədir. (Taberi, Tefsiru't-Taberi, Misir, 1373/1954, IX, 119-120; Fahruddin ər-Razi, Mefatihu'l-Gayb, Misir, 1308, XV, 54; D. B. Macdonald, İA, "Bəlam İbn Baura" Mad.)

 

Bəlama mövzu təşkil edən ayə tərcümələri belədir: " Həbibim! Onlara, şeytanın arxasına düşdüyü və özünə verdiyimiz ayələrdən çıxaraq azğınlardan olan adamın hadisəsini izah et. Diləsəydik, onu ayələrimizlə üstün edərdik; lakin o, dünyaya meyl etdi və həvəsinə uydu. Vəziyyəti, üstünə düşsən də, öz halına buraxsan da, dilini çıxardıb tənəffüs edən itin vəziyyəti kimidir. Ayələrimizi yalan sayan kəslərin halı belədir. Sən onlara bu hekayəni izah et, bəlkə üzərində düşünərlər. " (Əraf, 7/175-176).

 

Bəlamla əlaqədar olaraq İslami qaynaqlarda bunlar izah edilməkdədir: "Rəvayətə görə Musa (ə.s.), Kənanıların Şamdakı torpaqlarına girmişdi. Bu sırada Bəlam, əl-Belka kəndlərindən Balada olurdu. Kənanlılardan bəziləri Bəlamın yanına gələrək: "Ey Bəlam, Musa İbn İmran İsrailoğullarının başında olduğu halda bizi yurdumuzdan çıxarmaq və öldürmək üçün gəldi. Bizim ölkəmizə İsrailoğullarını yerləşdirəcək. Sənin qövmün olan bizlərin isə yerləşəcək bir yerimiz yoxdur. Sən duası qəbul edilən bir kimsəsən. Onları rədd etməsi üçün Allaha dua et", dedilər. Bəlam: "-Təəssüflər olsun sizə! O Allah elçisidir; mələklər və möminlər də onunla bərabərdir; onlar əleyhinə necə dua edə bilərəm! Bildiyimi mənə Allah öyrətdi" deyə rədd cavabı verdi. Qövmü dua etməsi barəsində israr etdilər. Bəlam da eşşəyinə minərək, İsrailoğullarının çıxmaqda olduğu dağa doğru irəlilədi. Bu dağ, Husban dağıdır. Bir az getdikdən sonra eşşəyi yerə çökdü. Eşşəyinə minərək bir az irəlilədikdən sonra heyvan yenə çökdü. Bəlam bir az əvvəlki kimi hərəkət etdikdən sonra təkrar heyvanına mindi. Bir az yol getdikdən sonra eşşək yenə çökdü. O, yenə eşşəyi yerindən qalxana qədər döydü. Nəhayət eşşək, Bəlam əleyhində bir dəlil təşkil etsin deyə, Allahın icazəsi ilə danışaraq belə dedi: "Ey Bəlam, hara gedirsən? Mələklərin önümdə dayanaraq məni yolumdan çevirdiklərini görmürsən? Allah elçisi ilə möminlər sənin qövmün əleyhində dua etməkdədirlər." Lakin Bəlam, buna diqqət etmədən eşşəyini döyərək yoluna davam etdi. Nəhayət eşşək onu Husban dağına çıxardı, Musa (ə.s.)ın ordusunun və İsrailoğullarının qarşısına apardı. Bəlam onlara qarğış etməyə başladı; lakin İsrailoğullarına qarğış edərkən Allah onun dilini öz qövmü əleyhinə çevirdi. Yanında olan xalq, onun öz əleyhlərinə qarğış etməkdə olduğunu görüncə: "Ey Bəlam! Nə etdiyini bilirsən? Sən İsrailoğullarına xeyir-duada, bizə qarğışda olursan " dedilər. O: "Mən bunu öz iradəmlə etmirəm, Allah dilimə hakim oldu" dedi. Bunun üzərinə dili ağızından çıxaraq sinəsi üzərinə sallandı. Sonra qövmünə: Dünya və axirət mənim əlimdən getdi, artıq hiyləyə müraciət etməkdən başqa çarə yoxdur..." dedi. (Taberi, a. g. e., IX, 124-126; Razi, a. g. e., XV, 54; İbnü'l-Esir, əl-Kamil fi't-Tarih, Beyrut 1385/1965, I, 200 vd; İbni Kəsr, e! Bidaye vən-Nihayə, Riyad 1966, I, 322 vd.)

Ancaq Bəlam, dünyəvi çıxar və hesablar üçün Allahın dinini təhrif edən bir elm və din adamını küfr sistemlərinə və kafir idarəçilərə yaranmaq məqsədi ilə Allahın hökmlərini tapdalayan və əsl məqsədindən azdıran kəsləri təmsil etməkdədir.

 

Əhməd Güc



11-01-2010 09:01:56

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz