Ana səhifə

Bərzax aləmində həyat.


YazdırSend to friend
Sual Detayı: 
İnsan öldükdən sonra hara gedir?
Cavab: 

Ölən insanlar Bərzax aləmində gözləyəcəklər. Əgər ölən adam mömin və saleh bir insan isə o Bərzax aləmi ona cənnət bağçası halına gələcək və minlərlə il qalsa belə sanki bir gün keçmiş kimi zənn edəcək.

Ancaq kafirlər və günahkar insanlar üçün Bərzax aləmi bir əzab yeri olacaq onların bir anı minlərlə il kimi uzun ola biləcək. Bərzax aləmindəki həyat və zaman bu dünyadakı kimi deyil. Adamın əməlinə görə oradakı nemətlər və əzablar şəkillənməkdədir.

Bərzax aləmindəkilərin də özlərinə görə bir həyatı vardır, ləzzətləri, əzabları, fərah və sevincləri hiss edər. Lakin hələ maddə aləmində olanlar ruhun bədəndən sonrakı həyatını və orada adamın nələr hiss etdiyini, nələrlə qarşılaşacağını normal duyğularıyla hiss edə bilməz.

Mömin ruhların Bərzax aləmində bir-birləriylə görüşdüklərini Peyğəmbərimizin hədislərindən anlamaqdayıq. Ayrıca ölülərin həyatdakılardan xəbər aldıqları və qəbirlərinin başına gedən kəsləri gördükləri yenə rəvayətlərdə vardır. Onlar üçün edilən dua və mənəvi hədiyyələrin kimlərdən gəldiyini belə bilərlər. Mömin ruhlar nemət içində olduqları üçün və ruhları sərbəst olduqları üçün sərbəst gəzə bilərlər. Ancaq kafirlərin ruhları və günahları çox olan möminlərin ruhları əzabla məşğuldurlar.

Bərzax aləmindəki yaşayış necədir? sualının cavabında Şah Vəliyyullah Dəhləvi belə deyər: "Bu aləmdə insanların (yəni ruhlarının) sayıla bilməyəcək qədər çox təbəqələri vardır. Lakin bu təbəqələr başlıca dörd sinifdir. Birincisi oyanıqlıq (yakaza) əhli olanlar ki yaxşılıqlarından və pisliklərindən ötəri yaxşılıq və ya əzab görəcək olan ruhlardır. İkincisi isə təbii yuxu halında olub yuxu görən, yuxu ilə fərahlandırılan və ya əzablandırılan ruhlardır. Üçüncüsü behimi (heyvani) və mələyi istiqamətləri zəif olanlardır. Bunlardan başqa bir də fəzilət əhli yaxşı ruhlar vardır ki (dördüncü sinif) bunlar mələklərə qarışar, mələyi bir həyat sürərlər." (Huccetullahi'l-Baliğa, Qahirə 1355, I, s. 34-36).

Ruhlar dörd qrupdur:

1.      Peyğəmbərlərin ruhları, cəsədindən çıxar, müşk və kafur kimi gözəl qoxulu cəsədinin şəklinə girər. Cənnətdə olar. Yemək yeyər və cənnətin nemətlərindən faydalanır, gecə də Ərşə asılı şamların içinə sığınar.

2.      Şəhidlərin ruhları, cəsədlərindən çıxar, Cənnətdə yaşıl quşlar içində olarlar, yemək yeyər və cənnətin nemətlərindən faydalanır və gecə Ərşə asılı qəndillərin içində olar.

3.      Möminlərdən əhli itaət olan ruhlar, Cənnət ətrafında olarlar. Yeməz, içməz, faydalanmazlar, lakin Cənnətə baxmaqla istifadə edərlər.Möminlərdən əhli üsyan ruhları isə göydə və yerdə havada olurlar.

4.      Kafirlərin ruhları, Siccində yerin yeddinci qatının dibində qara quşlar içindədirlər. Cəsədləriylə əlaqələri vardır. Günəş göydə ikən işığı yerdə olduğu kimi...



13-01-2010 08:17:03

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz