Ana səhifə

Bəsmələi şərif və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Bəsmələi şərif və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
Cavab: 

Bismillahın fəziləti:

 

İlk yazılan, Bismillahdır. Adəm (ə.s.)a ilk gələn, Bismillahdır. Möminlər, Bismillah köməyi ilə, Sırattan keçər. Cənnət dəvətnaməsinin imzası Bismillahdır. Peyğəmbərimiz, (Müəllim uşağa, Bismillah oxu, uşaq da söyləyincə, Allahu təala, uşağın və anasının və atasının və müəlliminin Cəhənnəmə girməməsi üçün sənəd yazdırar) buyurdu.

 

Əuzu oxumaq, (Əuzu billah minəş-şeytanirracim),

 

Bismillah oxumaq isə, (Bismilləhir-rahmənir-rahim) deməkdir.

 

Hədisdə, (Qurani Kərimə hörmət göstərmək, Əuzu oxuyaraq başlamaqla olar və Qurani Kərimin açarı, Bismillahdır) buyuruldu. Sürə oxuyarkən, Əuzu Bismillah oxunar. Ayə oxuyarkən, alimlərin çoxuna görə, tək Əuzu oxunar. Surə və ya ayə oxumağa başlarkən Əuzu oxumaq vacib, Fatihə oxumağa başlarkən Bismillah oxumaq da vacibdir. Digər surələrə başlarkən Bismillah oxumaq sünnədir.

 

Namazda, Sübhaneke oxuduqdan sonra Əuzu Bismillah oxumaq sünnədir. Allahu təala, (Qurani Kərim oxuyacağın zaman Əuzu... söylə) buyurur. (Nəhl 97)

 

Qəti haram olduğu bilinən bir şeyi məsələn şərab içərkən və ya donuz əti yeyərkən Bismillah çəkmək küfrdür.

 

Yaxşı işlərə Bismillah ilə başlamalıdır! Hədisi şəriflərdə buyuruldu ki:

 

(Bismillah ilə başlanmayan hər əhəmiyyətli iş nöqsan qalar.) [Beyheki)

 

(Evə girərkən Bismillah çəkilsə, şeytan, "Bu evə girməmə imkan yox" deyər, dönüb gedər.) [Tibyan)

 

(Əməl dəftərində 700 Bismillah olanı Allahu təala Cəhənnəmdən çıxarar.) [Tergibus salat)



06-03-2010 11:49:57