Ana səhifə

Bəzi hədisi-şəriflərdə, "Ramazan ayı girincə mərədəyi-şeytanlar (inadçı, dirənən, hücum edən) zəncirə vurular." buyurulur. "Mərədəyi-şəyatîn" nə deməkdir; şeytanların zəncirə vurulmalarının təzahürləri nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Bəzi hədisi-şəriflərdə, "Ramazan ayı girincə mərədəyi-şeytanlar (inadçı, dirənən, hücum edən) zəncirə vurular." buyurulur. "Mərədəyi-şəyatîn" nə deməkdir; şeytanların zəncirə vurulmalarının təzahürləri nələrdir?
Cavab: 

İnsanlar kimi şeytanlar da qisim-qisimdir; həddindən çox zərərvericiləri olduğu kimi hər

insana görə verilmiş şeytanlar da vardır.

Sonsuz hikmət sahibi olan Allah geniş koordinatlar və sərhədsiz potensiala sahib çox

qiymətli cihazlar, çox üstün qabiliyyətlərlə təchiz etdiyi insanın davamlı olaraq tərəqqi

etməsini, yaradılışının haqqını verərək maddi və mənəvi olaraq yüksəlməsini murad

etdiyi üçün şeytanları insana müsəllət etmişdir.

Qrafit deyilən mineralın 100 min atmosfer təzyiqi  və 3 min dərəcə istilik altında

saxlanmasıyla ancaq almaz əldə edildiyi düşünülsə, insan fitrətindəki almazdan daha

çox qiymətli faydalı qazıntıların ortaya çıxması üçün şeytanların nə qədər lazımlı

olduğunu dərk edə bilərik.

Yalnız Ramazan ayında bağlanan şeytanlar, xüsusi şeytanlar deyildir; daha zərərli

və şərli şeytanlardır. Hər kəsin xüsusi şeytanı isə davamlı olaraq insanla bərabər olur.

Əgər şeytan insandan ayrılsa o zaman insanın tərəqqisi dayanır; nə var ki atmosferin

daha nurani və mənəvi iqlimlə həyat sahibi olması, könüllərin iman və Quran nurlarına

boyanması və hər kəsin dərəcəsinə görə cəsədindən sıyrılıb ruhi bir həyata addım

atması səbəbiylə Ramazanı-Şərifdə bu şeytanların təsirləri və zərərləri azala bilər.

Peyğəmbər Əfəndimiz (s.ə.s) "Ramazan ayı girəndə Cənnət qapıları açılar,

Cəhənnəmin qapıları bağlanar və mərədəyi-şəyatin zəncirə vurular."(Buxari, Savm,

5) buyurmuşdur. Hədisdə keçən "Mərədə" inadçılar, dirənənlər, hücum edənlər

deməkdir. Bu ifadə ilə şeytanların ən azğınları, ipə-sapa yatmazlar, gözü dönmüşləri

qəsd edilir. Bəli, bu mübarək ayda"mərədəyi-i şəyatin" zəncirə vurulur.

Ramazanı-Şərif sanki bir axirət bazarıdır, axirət gəlirinin ən məhsuldar tarlasıdır,

əməllərin cücərməsi üçün yaz yağışı hökmündədir, sair zamanlarda bir Quran hərfi

oxuyan adam on savab qazanarkən, bu zamanda qazanc on minlərə qədər artır. Bundan

istifadə edən möminlərin əldə etdiyi böyük mənfəət şeytan baxımından tam bir fəlakətdir.

Bu vəziyyətdə hirsindən dəliyə dönüb, insanları günahlara çəkmək üçün bütün hiylələrini

istifadə etməsi nəzərdə saxlandıqda şeytanın əlinin qolunun bağlanması böyük bir

rəhmət olacaqdır və sonsuz rəhmət sahibi Rəbbimiz də belə etmişdir.



07-09-2016 05:11:23