Ana səhifə

Başqasının çəkdiyi siqaretin tüstüsünü, qəsdən və istəyərək içinə çəkmək orucu pozarmı?


YazdırSend to friend
Sual Detayı: 
Başqasının çəkdiyi siqaretin tüstüsünü, qəsdən və istəyərək içinə çəkmək orucu pozarmı?
Cavab: 

   Siqaret tüstüsünü, qəsdən və istəyərək içinə çəkmək orucu pozar. Ancaq, kənardan siqaret qoxusunun gəldiyini hiss etmək orucu pozmaz.

   Orucun əsas ünsürü və mənası, yemək, içmək və cinsi əlaqədən uzaq durmaq, nəfsi bunlardan məhrum buraxmaq olduğu üçün, oruclu ikən bunlar və bu anlama gələcək davranışlar orucu pozar. Yemək və içmək, yeyilib içilməsi adət olan hər şeyi əhatə edər. Siqaret, nargilə kimi kef verən tütün mənşəli dumanlı maddələr ilə narkotiklər və asılılıq gərəyi alınan bütün maddələr oruc qadağaları dairəsinə girər. (İbn Abidin, Rəddü'l-Muxtar, Beyrut 2000, II, 394).



17-06-2017 07:09:18