Bayram namazı tək başına qılına bilərmi. Camaatla qılmaq şərtmidir?.


Bayram namazının şərti camaatla qılmaqdır. Bu baxımdan tək başına qılınmaz.
Hənəfilərə görə bayram namazlarının keçərli olması üçün lazım olan şərtlər xütbə xaric cümə namazının şərtləri ilə eynidir. Sadəcə xütbə cümə namazında keçərlilik şərti olduğu halda bayram namazında sünnədir. Həmçinin xütbə cümə namazında namazdan əvvəl, bayramda isə namazdan sonra oxunur. Bundan əlavə cümə namazının hökmü fərzi-ayn olduğu halda, bayram namazının hökmü vacibdir.
Hənbəli məzhəbindəki əsas görüşə görə bayram namazı fərzi-kifayə, Şafii və Malikilərə görə isə müəkkəd sünnədir. [İbnul-Hümam, e.a.ə., I, 422: İbni Abidin, e.a.ə., I, 774: Zeyiai, Təbyinul-Həqaiq, I, 233, vd, Şürünbüləli, e.a.ə., s. 89: İbnu Qudamə, e.a.ə., II, 367, Razi, e.a.ə., 1,118: Züheyii, e.a.ə., II, 363.]
Şafilərə görə bayram namazının camaatla qılınması daha fəzilətlidir. Lakin təkbaşına xütbəsiz olaraq da qılına bilər. Buna görə yolçu və qadınlar da bu namazı təkbaşına qıla bilərlər.
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.