Ana səhifə

Bir həftədi imtahanlara hazırlaşdığım üçün sübh namazına qalxa bilmirəm, amma qəzasın qılıram. Bu nə qədər doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
salam men bir heftedi imtahanlara hazirlasdigimcun subh namazina qalxa bilmirem amma qezasin qiliram bu ne qeder dogrudu?
Cavab: 

Və aleykum Salam.

Bizləri yoxdan var edən və hər işimiz bizim istədiyimiz kimi yox, O`nun dilədiyi kimi olan Rəbbimizin əmri olan bir fərz namazını üzürsüz bir səbəbdən qəzaya saxlamaq böyük günahdır. Hələ bu sübh namazı isə. (Sizin imtahan üzr sayılmır). 

"Düşmən süvarisi qovalasa belə səhər namazının iki rükət sünnəsini tərk etməyin" (Əbu Davud, 2/301, no: 1258; Əhməd b. Hənbəl, 2/405)

"Səhər namazının iki rükəti sünnəti dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir" (Müslim, Misâfirîn, 96, 97; Tirmizî, Salât, 190)

Hz. Aişə (Allah ondan razı olsun) nəql edir: "Hz. Peyğəmbər, səhər namazının iki rükəti kimi başqa heç bir nafilə namaza davam etməmişdir" (Buxari, Təhəccüd, 27; Müslim, Misâfirîn, 94)

Sübh namazının fərzinin nə qədər önəmli olduğunu onun sünnəsi haqqında deyilən bu sözlərdən anlamaq olar. Allah`ın əmrləri dəyişməz olaraq yerində qalmalıdır. Bizlər öz işlərimizi  o əmrlər ətrafında dəyişməliyik. Çünki biz namazla mükəlləf olandan 24 saatımıza o namaz vaxtları da daxil olmuş və yerlərini tutmuşlar. Sonradan gələn işlərimiz o vaxtları zəbt edib namazlarımızı başqa vaxtlara keçirə bilməz.

Sübh namazına durmağın birinci yolu tez yatmaqdır. Tez yatmaq isə sünnədir.

"Peyğəmbərimiz (s.ə.s.) işadan əvvəl yatmağı, işadan sonra da danışmağı xoş görməzdi". (Buxari, Məvakit 23; Müslim, Məsacid 236. Ayrıca baz. Tirmizi, Məvakit 11; Nəsai, Məvakit 20; İbni Macə, Salat 12; Məcmau'z-zəvaid, 1/315).

Tez yatmaqla siz sünnəni yaşayar, sübh namazına qalxar, sübhdən sonra kərahət vaxtında yatmaq məkruh olduğundan,  məkruh əməl işlməkdənm  qurtular, səhər təmiz beyinlə, sakit mühitdə, günəş işığında dünya imtahanına qulluq vəzifəsini yerinə yetirməyin şövqüylə daha gözəl bir şəkildə hazırlaşa bilərsiniz.

İmtahandan keçməyiniz sizin əməlinizə, çalışmanıza  yox, Allah`ın iradəsinə tabedir. Bəzən unutmaq istədiklərimizi unuda, xatırlamaq istədiklərimizi də xatırlaya bilmərik. Demək ki, yaddaşımız O`nun əmrindədir. Yaradanımız qarşısındakı vəzifələrimizi ehmal etməklə, bütün günü oxuyub öyrəndiklərimiz bir anlıq streslə heç ola bilər.

Üç aylıq universitet həyatından sonra bir ay ərzində çox çətin, gecələr yatmayıb, bəzən də yemək yeməyə vaxt ayırmadığımız bir imtahan gəlir. Üç aylıq universitet həyatının hesabını vermə zamanı. Kimlərin oxuyub çalışdığı, kimlərinsə tənbəllik edib oxumadığı bu imtahandan bəlli olar.

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu imtahan etmək üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Mülk surəsi, 2)

Eyniylə bunun kimi dünya da bir universitetdir sanki. Çalışqanla tənbəlin ayırd edildiyi bir yer. Üç aylıq universitet həyatının imtahanı olduğu kimi bu dünya həyatının da bir imtahanı olacaq əlbət.  Heç mümkünmüdür ki, bu dünya həyatında hər şeyin hesabını verdiyimiz halda, bu dünya həyatının hesabını verəcəyimiz başqa bir həyat, başqa bir aləm olmasın ? Bəziləri bu həqiqəti anlamış, gecələr yatmayıb, gündüzlər yeyib içməyib ibadət etmiş, ömrlərini yaradılış gayələrinə həsr etmişlər.

Gələciyi qəti olan axirət imtahanına hazıtlaşmağı olacağı ehtimal olan dünya imtanlarına hazırlaşmağa fəda etmək ağıl işidirmi ?

Nəyi Nəyə Dəyişdirdiyinizə Diqqət Edin...

 

Erkən qalxmağın 31 Yolu

1.    Gecə üstün səy göstərib erkəndən yatmaq

2.    Axşam yatarkən dəsdamazlı olmaq.

3.    Allah`ı zikir edərək yatmaq.

4.  Allah Rəsulunun (s.a.v)  yatdığı kimi sağ çiyin üstə yatmaq.

5. İlk günlərdə nə qədər yuxusuz hiss edilsə də səhər oyanıq qalmağa çalışmaq

6. Ən gözəli; azan səsiylə oyana bilmək

7. Çox yumşaq olmayan yataqda yatmaq

8. Həddindən artıq isti və ya soyuqda yatmamaq

9. Gecə bol su içib yatmaq

10. Gecə yatmadan əvvəl kafeinli içkilər içməmək

11. Gecə yarım buraxdığınız yada sevdiyiniz bir işi səhərə saxlayıb onun şövqüylə oyanmaq

12. Gecə yatmazdan əvvəl yemək yeməmək ("Tox qarınına yatmaq, qəlbi qatılaşdırır." Hədis-i Şərif, Təbərani)

13. Zəngi yerinizdən fırlatıcı musiqilərdən seçmək

14. Öyrəşməmək üçün tez-tez zəng səsini dəyişdirmək

15. Zəngli saatı ya da telefonunuzu yatağınızdan çox uzağa qoymaq (sürünərək oyandırar)

16. Oyanarkən ilk olaraq Allah`ı zikir edib, Əuzübillahi minəşşeytanirracim demək.

17.Yorğanı dərhal üstünüzdən atmaq.

18. Zəng səsinə xəbərdaredici qeydlər yazmaq

19. Oyanma vaxtı ətrafında bir neçə siqnal qurmaq

20. Səhər oyaq qalındığında gecə üstün səy göstərmədən erkəndən yatmaq

21. Oyanınca dərhal yatağınızı yığmaq

22. Oyandıqdan sonra diqqətinizi ən çox çəkən işlərə yönləndirmək

23. Erkən qalxmağın səmərəsinə inanmaq və "azacıq daha yatım" deyən daxili səsinizi(şeytanı) eşitməzliyə vurmaq

24. İndiyə qədər oyandığınız saatdan beş saat əvvəl oyanmağı bir dəfədə etməyin, bəlkə yarım saat geriyə gedərək bir həftənin sonunda günəş doğulmadan əvvəl qalxmış olarsınız

25. Yatmazdan əvvəl erkən qalxacağınıza özünüzü hazırlamaq

26. "Bugünlük bir az çox yatım" deməmək

27. Erkən qalxmağa bir yoldaşınızla birlikdə qərar vermək (eyni evdə qalırsınızsa işiniz daha asan)

28. Gün içində tənbəllik etməyib gecə yatmağı asanlaşdırmaq

29. Təxminən 1,5 saatın qatları qədər yatmaq (bu yuxu döngüsüdür, bir döngü bitdiyi dəqiqələrdə yuxu daha yüngül olar və qalxmaq asanlaşar)

30. Günorta nazmazından sonra ikindi namazına qədər olan müddət ərzində bir saat yatmaq.Buna qaylulə yuxusu deyilir və Sünnədir.

31. Bu maddələri arada bir oxuyub yenidən motivasiya olmaq


Əlavə məlumat üçün:

Doqquzuncu Söz: Namazın beş vaxta təyin edilməsinin hikməti

İyirmi Birinci Söz: Namaz yaxşıdır. Fəqət hər gün beş dəfə qılmaq çoxdur. Bitmədiyindən usanc verir?

Namaz qılmağı tərk etdim; təkrar necə başlaya bilərəm? Namazlarımı axsatmadan etməm üçün nələr tövsiyə edərsiniz?

Qılınmayan namazın qəzasını qəza namazı qılmadan necə təlafi etmək olar?

Namaz qlmaqda çətinlik çəkirəm.



20-05-2014 07:23:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz