Ana səhifə

Bir insan səhv, pozğun düşüncələrindən xilas olmaq üçün nə etməlidir?


YazdırSend to friend
Sual Detayı: 
Bir insan səhv, pozğun düşüncələrindən xilas olmaq üçün nə etməlidir?
Cavab: 

Biri demişdir:

"Əlimdə kifayət qədər bir qüvvət olsa, yer kürəsini yerindən oynadaram."

 

Qənaətimiz tərəfindən hər adam da bunu deyə bilməlidir:

"Ürəyimdə kifayət qədər iman tapsam, yer kürəsi qədər böyük çətinlikləri yerindən oynadaram."

 

Bu mövzunu çox fəlsəfi ölçüləri ilə uzatmadan, bir neçə maddə halında bəzilərini göstərməkdə fayda görürük:

 

- Hər şeydən əvvəl "pozğun düşüncəni" yaxşı yoxlamaq lazımdır. Bu, həqiqətən ağıl  və beynimizdən çıxan bir problemdir? Yoxsa zehinimizdən gəlib keçən xəyal və təsəvvürlərdir? Bilindiyi kimi, dilə tökülmədən içdən təsəvvür edilən bir söyüş, həqiqi söyməyi ifadə etmədiyi kimi, küfrün təsəvvürü də küfr deyil. Bir şüşə vaza içərisindəki bir ilanın -əlimiz vazaya toxunsa belə- dişləməsi söz mövzusu olmadığı kimi, xəyal və təsəvvür axarında meydana çıxan küfr və pozğunluq ilanı da sahibini dişləyə bilməz.

 

- Əgər söz mövzusu pozğun düşüncənin bir təsəvvür deyil, həqiqi bir xəstəlik olduğuna qərar versək, bu təqdirdə bunun qaynağını tapmamız lazımdır ki, ona görə müalicə edə bilək.

 

- Deyilə bilər ki, bu kimi şübhələrin, pozğun düşüncə axınlarının qaynağı cahillikdir. Elə isə, bunu müalicə etmək lazımdır. İman mövzusunda və bu kimi şübhələri aradan qaldırma barəsində, əsrimizdə birinci qaynaq Risaləyi Nur Külliyyatı olduğunu, onu oxuyan minlərlə elm adamı təsdiq etməkdədir.

 

Bir soyuqdəymədən ötəri həkimə baş vurmağı lazımlı görən bu əsrin insanının, əbədi həyatını məhvinə çalışan pozitivist və materialist fəlsəfə axınlarının meydana gətirdiyi dəyişik pozğunluq xəstəliyindən ötəri müdrik-həkimə müraciət etməmək böyük bir qəflətdir. Bu həkim kitablar olduğu kimi, şəxsən məlumatına güvəndiyimiz kəslər də ola bilər.

 

- Bir tərəfdən əlaqədar mənəvi həkimlərə baş vurarkən, digər tərəfdən də bu şübhələrdən qurtarması üçün Allaha yalvarmaq lazımdır. Allah, insanların hər hansı bir mövzuda səmimiyyətini ölçmək üçün, onun o mövzudakı israrını, ciddiliyini yoxlayar. Bu səbəblə "yalvarışlarıma, yalvarışlarıma bir qarşılıq görə bilmədim" deyib tələsik etməmək lazımdır.



11-01-2010 09:03:25

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz