Ana səhifə

Bir Müsəlman dövlət digər Müsəlman dövlətə qarşı müharibə elan edə bilər?


YazdırSend to friend
Sual Detayı: 
Müsəlman ölkələr bir-birinə müharibə elan edə bilər?
Cavab: 

Bir Müsəlman dövlət digər Müsəlman dövlətə müharibə elan edə bilməz, qardaş qardaşı vura bilməz. Bu şəxsi planda da, dövlət səviyyəsində də belədir. Rəsuli-Əkrəm Əfəndimiz nəinki bir müsəlmanın digərinə güllə atmasını, silahını ona doğru yönəltməsini də yasaqlamış və belə buyurmuşdur:

"Sizdən biri müsəlman qardaşına silahını yönəldə bilməz, ona istiqamətləndirə bilməz."

İxtilaflar danışıqlar yolu ilə ll edilməlidir. Əgər ixtilaf ikitərəfli görüşlərlə həll edilə bilməzsə hakim heyəti seçilir.Tərəflərin hakimin verdiyi hökmə razılıq göstərmə məcburiyyəti meydana çıxır. Buna razılıq göstərməyən isə haqsız olur, çıxan döyüşdən məsul vəziyyətə düşür. Burada diqqəti çəkən məqam ortada hakimlik edən heyətin həqiqətən də tərəfsiz olması, yalnız haqlının yanında olmasıdır.

Mövzuyla əlaqədar olaraq Qurani-Kərimdə Rəbbimiz belə buyurmuşdur:

"Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini (yerinə yetirməyə) qayıdanadək vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. "(Hucurat, 49/9)

Bir Müsəlman ölkə başqa bir Müsəlman ölkəyə hücum edər, zülm edər, qan axıdarsa müdafiə məqsədli olaraq müharibə qaçılmaz ola bilər. Bu halda isə hücum edən tərəf məsul olar. Müsəlmanların vəzifəsi isə günahsızların yanında yer almaqdır.



23-09-2016 07:04:11