Ana səhifə

Bir qadının ona məhrəm olması üçün körpə olmayan yetginlik yaşında bəlkə də daha çox yaşda olan kişini əmzdirməsi doğrudumu? İslamda belə şey varmi ?


YazdırSend to friend
Sual Detayı: 
Salam.bir qadinin korpe olmayan yetginlik yasinda belke de daha cox yasda olan kisini emizdirmesi dogrudumu?ona mehrem olmasi ucun.islamda heqiqeten varmi.lutfen etraflı yazin.
Cavab: 

Və aleykumussalam.

Xeyr sualda keçən şəkliylə bir süd əmzdirmə söz mövzusu ola bilməz. Çünki həddi buluğa çatmış bir kişi, yenə həddi buluğa çatmış bir qadını əmə bilməz. Əgər süd əmmə olsa belə süd qardaşlığı olmaz. Çünki süd əmmə yaşı uşaqkən olmalıdr.

Yetkinlik yaşında süd əmməklə əlaqədar rəvayət, xüsusidir və başqa kəslər üçün etibarlı olmaz.

Hz. Aişə (r.anha) 'dən nəql edildiyinə görə, Səhlə binti Süheyl (Əbu Hüzeyfənin xanımı) Rəsulullah sallallahu aleyhi və səlləm`ə gəlib belə dedi:

"Ey Allah'ın Rəsulu! Salim`in evə gəlməsinə görə Əbu Hüzeyfə`nin üzündə bir narazılıq görürəm. "Bunun üzərinə Hz Peyğəmbər Aleyhissalatu Vəssalam "Onu əmzdir." buyurdu. Səhlə; "O, böyük bir adam, onu necə əmzdirəcəyim?" deyincə, Rəsulullah sallallahu aleyhi və səlləm təbəssüm etdi və "Onun böyük adam olduğunu bilirəm." dedi. (Müslim, Rəda ', 26-h. No: 1453-).

Digər bir rəvayətdə bu nöqtələrə da yer verilmişdir:

"Əbu Hzeyfə'nin mövlası Salim onlarla birlikdə eyni evdə yaşayırdı" Bir gün Səhlə Hz. Peyğəmbər Aleyhissalatu Vəssalam`a gələrək: "Salim artıq yetkinlik çağına gəlmiş, olanları dərk etdiyini dərk edəcək vəziyyətə gəlmişdir. Bununla yanaşı yanıma gəlir və mən Əbu Hüzeyfənin bundan narahatlıq duyduğunu hiss edirəm." dəyincə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Səhlə'yə "Get onu əmizdir, artıq sənin üçün bir məhrəm olar və Əbu Hüzeyfə`nin içindəkilər də yox olur." dedi. Səhlə daha sonra gəlib "onu əmzdirdiyini və Hüzeyfə`nin içindəki tərəddüdlərin də yox olduğunu" ifadə etdi. (Müslim, Rəda, 27). 

Bu ifadələrdən aydın olur ki, bu xüsusi icazə bir növ zərurətdən qaynaqlanmışdır. O günə qədər eyni ailənin bir növ uşağı kimi onlarla birlikdə yaşamışdır. İndi isə böyümüş amma -bəlkə də- gedəcək başqa bir yuvası da yoxdur. Ortada buraxılması heç də doğru olmayan bu faciəvi vəziyyət xüsusi bir ruhsatla (icazə ilə) həll edilmişdir.

Bir digər hədisin tərcüməsi belədir: Hz. Aişə (r.anha) nəql edir:

"Yanımda oturan bir adam olduğu halda Rəsulullah sallallahu aleyhi və səlləm otağıma girdi. Bu vəziyyət ona çox ağır gəldi və hirsini üzündən oxudum. Bunun üzərinə: "Ya Rəsulullah! Bu mənim süd qardaşımdır." dedim. O da; "Siz qadınlar süd qardaşlarınızı yaxşı düşünün! Çünki süd qardaşlığı, aclıqdan dolayı hasil olar!" buyurdu. (Buxârî, Nikah, 21, Şəhadat, 1; Müslim, Rəda, 32-h. No: 1455-).

Hədislərin təhlili:

Bu hədis rəvayətlərində qeyd edilən iki hadisə var: Biri, Əbu Hüzeyfə`nin Xanımı Səhlə'in yetkinlik çağına gəlmiş olan Salim`i əmizdirməsi hadisəsidir. İkincisi, Hz. Aişə (r.anha) 'nin "mənim süd qardaşım" dediyi kimsənin vəziyyətidir.

Bu hədislərin -qaynaqları və sənədləri etibariylə- səhih olmadığını söyləmə imkanımız yoxdur.

Salim hadisəsi, sadəcə onunla bağlı Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in xüsusi bir icazəsi olaraq dəyərləndirilmişdir. (bax. Nəvəvi, əlaqədar hədisin şərhi).

Bəzi rəvayətlərdə verilən məlumata görə Salim, Əbu Hüzeyfənin -mövlası / köləsi deyil- övladlığı idi. Həmişə onlarla birlikdə yaşayırdı. Övladlıq hökmünü ortadan qaldıran ayə nazil olunca, Əbu Hüzeyfənin xanımı Səhlə gəlib bu vəziyyəti Rəsulullah Aleyhissalatu Vəssalam'a ərz etdi ... (bax. Əbu Davud, Nikah, 10; Əvnu'l-Məbud, əlaqədar hədisin şərhi).

Hz. Aişə (r.anha), Davud'z-Zahiri (bax. Nəvəvi əlaqədar hədisin şərhi), Urve b. Zubeyr, Ata b. Əbi Rəbah, Leys b. Sə'd, İbn Uləyyə və İbn Hazm'ın (Avnu'l Məbud, əlaqədar hədisin şərhi) xaricində, dörd məzhəb imamları daxil olmaqla alimlərin cumhuruna görə, əmizdirmənin etibarlı olmasının müddəti iki ilə / uşağın iki yaşına qədərdir. İmam Azam Əbu Hənifə`yə görə bu müddət iki yarım ildir. Bunların dəlilləri aşağıdakı ayə və hədislərdir:

"Analar öz övladlarını tam iki il boyunca əmizdirsinlər, bu hökm əmizdirməyi tamamlamaq istəyənlər üçündür." (Bəqərə, 2/233).

Hz. Ümmü Sələmə (r.anha)'nin verdiyi məlumata görə, Rəsulullah sallallahu aleyhi və səlləm'in digər xanımları "Belə bir süd əmizdirmə yolu ilə heç kimsənin yanlarına girməsinə icazə verməyəcəklərini." və Hz. Aişəyə də; "Rəsulullah'ın verdiyi bu icazənin təkcə Salim üçün etibarlı olduğunu" söyləyirdilər. (Müslim, Reda, 31-h. No: 1454-, Əbu Davud, Nikah, 10).

İmam Şafii və Hənbəli alimləri də Salim'lə əlaqədar hökmün xüsusi bir icazə olduğunu söyləmişlər. (bax. V. Zuhayli, əl-Fıkhu'l-İslamî, 7/709).

İbn Teymiyyə və Şövqəni`nin də içində olduğu bəzi alimlər, bu iki fərqli hədis hökmlərinin arasını müəyyən etmək və birləşdirmək üzrə, "Əsas ümumi hökm olaraq əmizdirmə müddətinin iki yaşla məhdud olduğunu, Salim hadisəsində olduğu kimi, zəruri bir ehtiyac söz mövzusu olduğunda xüsusi bir formada böyüklər üçün də etibarlı ola biləcəyini" ifadə etmişlər. (bax. Avnu'l-Məbud, əlaqədar hədisin şərhi).

Cumhurun ​​bir dəlili də Hz. Aişə (r.anha)'nin yuxarıda keçən hədisində qeyd olunmuş Rəsulullah sallallahu aleyhi və səlləm'ın "Siz qadınlar süd qardaşlarınızı yaxşı düşünün! Çünki süd qardaşlığı, aclıqdan ötəri hasil olar!" tərcüməsindəki ifadəsidir.

Önəmli bir nöqtə də, Səhlə'nin yetkinlik çağına gəlmiş bir cavan olan Salim`ə necə süd əmzirdiyidir. Nəvəvi`nin də daxil olduğu bəzi alimlərin mənimsədiyi görüşə görə, Səhlə birbaşa Salim`i sinəsindən əmzdirməmiş, südünü bir qaba qoyub ondan ona içizdirmişdir. (bax. Nəvəvi, əlaqədar hədisin şərhi).



06-09-2014 07:12:28

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz