Ana səhifə

Bir qızın ana və atanın razılığı olmadan bir kişi ilə nigah bağlaması doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
Bir qızın ana və atanın razılığı olmadan bir kişi ilə nigah bağlaması doğrudur?
Cavab: 

Şahidlər hüzurunda dini nigah etmək caizdir. Ancaq rəsmi nigah olmadan dini nigah edilməsini uyğun hesab etmirik. Xüsusi ilə qadının dini və dünyəvi hüququnun qorunması baxımından dini nigahın yanında rəsmi nigahın da edilməsini lazımlı görürük.

 

Necə ki Osmanlı Ailə Hüququ fərmanında da məhəllə qazisinə qeyd etdirilməyən evlilərin etibarsız sayılacağı ifadə edilmiş və rəsmi nigah üzərində israrla dayanılmışdır.

 

Tək qalınca günah işləmiş olmamaq üçün dini nigahı seçirlər. Halbuki daha sonra kompensasiyası çox çətin vəziyyətlərdə qala bilirlər.

 

Bir qadın və kişi ailədən xəbərli və ya xəbərsiz şahidlər hüzurunda evlənsələr ər arvad sayılacaqlarından kişi boşamadan qadın başqasıyla evlənə bilməz. Bu baxımdan çox təhlükəlidir. Necə ki bizə bu mövzuda onlarla sual gəlir. "Mən bir kişi ilə dini nikah bağlamışdım. O məni boşamır nə edim" " Mən dini nigahdan boşanmadan başqası ilə evləndim. Zina sayılarmı" kimi tüklər ürpərdən bir çox problemlə qarşılaşırıq. Bu baxımdan hər nə qədər gizli olaraq şahidlər hüzurunda evlənmək caiz isə də sonunda kompensasiyası qeyri-mümkün hadisələr ola bilir. Bu səbəblə rəsmi nigah olmadan dini nigah edilməsini əsla doğru görmürük.

 

Vəlinin icazəsi olmadan nigah etmək caizdir?

 

İslam hüququna görə nigahın səhih olması üçün bəzi şərtlər vardır. Bu şərtlərdən biri də evlənəcək olan qadının vəlisi vəziyyətində olan adamın icazəsinin və razılığının alınmasıdır. Bu məsələ Hənəfi məzhəbi xaricində qalan üç məzhəbə görədir. Vəlinin icazəsi, Maliki və Şafi məzhəbinə görə nigahın bir rüknü, Hənbəli məzhəbinə görə isə şərtidir. Hər üç məzhəbə görə qadının vəlisinin icazəsi alınmadıqca edilən nigah səhih olmaz, batildir.

Hənəfi məzhəbinə görə isə hələ buluq çağına çatmamış qız uşaqlarının, özünü idarə edə bilməyəcək vəziyyətdə ağlan nöqsan olanların və ağlını itirmiş qocaların vəlilərinin icazəsi olmadan nigahları caiz olmaz. Bunların xaricində qalan qadınlar, vəlilərinin icazəsi olmadan da evlənib nigah bağlaya bilərlər. Çünki nigahda qadının ifadəsi mötəbərdir.

Bu fiqhi bir hökm olmaqla birlikdə, gərək İslami bir adət, gərəksə ailəvi bir ədəb olaraq vəlinin icazə və razılığının alınması ən doğru olanı və məqsədəuyğunudur. Onsuz da bəzi istisnalar xaricində qızın evliliyində vəlisinin icazəsinə müraciət edilməkdə, əvvəl odan söz alınmaqdadır. Daha sonra qızın razılığı da alınsa nigah əhdinə başlanmaqdadır.

 

 

1. Hüququ İslam və Istılahatı Fıkhiyye Cəmiyyəti, 2: 55-8.

2. əl-Ümm, 5: 20; Şafi elmihalı, s. 443.

 

 

 

 

 

 

"Gizli Dini Nigah Etdirmək" Doğru Olar?

 

Zaman zaman qapıldığı hirslərlə peşman olacağı şeylər edən bir adam Əfəndimizə gələrək soruşmuşdu:

- Məni Cənnətə aparacaq bir iş xəbər ver ki onu edim də Cənnətə gedim!

Əfəndimizin cavabı çox qısa və dəqiq oldu.:

- Hirsi məğlub et, hirsinə uyğun gəlmə, sənə yetər!

Bəli, hirs sadəyə alınacaq bir hal deyil. Necə ki hirsini məğlub edə bilməyən adam, tüfəngin tətiyinə basar; bir insanı gözünü qırpmadan öldürər. Bundan sonrası isə ömür boyu peşmanlıqdır...

Hirsin bu cür nəticəsindən ötəridir ki Əfəndimiz tez-tez xəbərdarlıqlarda olur:

- Hirsinə uyğun gəlmə, hirsi məğlub et, hirsi ud, hirsə aparan təhrikdən uzaq dayan, əgər cənnətə aparacaq bir əməl sahibi olmaq istəyirsənsə!. deyərək ətrafına xəbərdarlıqlarda olmuşdur.

Nəticəsi mütləq peşmanlıq olan hirs mövzusunda bilinməsi lazım olan ən mühüm nöqtə, hirsin tək növ olmamasıdır.

Bəziləri hirsi yalnız əsəbi bir şiddətdən ibarət zənn edərlər.

Halbuki hirsin bir də cinsi təhrik nəticəsi vardır ki, bu cür cinsi hirs, tətiyi çəkib də gözünü qırpmadan adam öldürdən əsəbi hirsdən daha qorxunc nəticəlidir.

Hətta cinsi hirsin əsəbi hirsdən çox daha qorxunc nəticələr verəcəyindən ötəridir ki Əfəndimiz bu hirsə səbəb olacaq təhrikçi görünüş və ətraflardan uzaq dayanmağı, məhrəmiyyət sərhədlərini aşmamağı, daşmamağı buyurmuş, bu mövzudakı xəbərdarlıqlarından birində də belə təəccüblü bir xəbərdarlıq etmişdir:

- Cinsi duyğuları qiyam qaldıran insan, ağlının ya bütününü ya da üçdə ikisini itirmiş insan kimidir. Yəni hər cür riski gözə alacaq hala gələr, cinsi duyğuları qabarıb üsyana yönələn insan..

Bəli tək və tənha yerlərdə iki xaricinin göz gözə, üz-üzə gəlməsi, cinsi hirsin yavaş yavaş qabarmasına zəmin təşkil etməsi deməkdir. Əvvəl günahsızca söhbətlər, sonra əl alovlanıb qucaqlaşmalar, deyərkən bir zaman gəlir ki cinsi hirsin qabarmış dalğaları tərəfləri sürüyüb aparmağa başlar. Olmayacaq şeyləri olar hala gətirməyə belə yönələrlər. Eyni ilə telefondakı qızcığazın çarə axtarışları kimi.

Bir qızcığaz telefonun o biri ucundan soruşurdu:

- Məktəbdəki yoldaşımla gizli dini nigah etmək istəyirik, nə deyərsiniz?.

Reaksiyalı cavabım sərt oldu hərhalda.

- Mən, dedim, intiharın hər cürünə qarşıyam. Həyatının baharında bir gənc qızın ailəsindən xəbərsiz gizli evləndir həyatını başdan riskə soxması, böyük ehtimalla bir intihar kimidir. Kişi üçün eyni dərəcədə olmasa da qız üçün nəticə bundan başqası deyil.

- Çarəsi yoxmu bunun? deyə səsləndi qızcığaz.

- Var, dedim. Həm də çox asan.

Həyəcanlandı:

- Lütfən onu söyləyin dərhal.

- Rəsmi evlənmək. Beləcə özünü və ailəni böyük bir pislikdən qurtarmaq.

- Amma bu anda buna imkan yoxdur. Nə ailəm buna razı olar, nə də bizim məktəb və yaş vəziyyətimiz buna uyğundur.

- Demək həm yaş, həm məktəb, həm də ailə vəziyyəti uyğun olmadığı halda, siz yenə də gizlicə dini evlənməyə cəsarət edə bilirsiniz. Bu tələsiyin səbəbi nə ola ki?

- Uzun zamandır birlikdə yoldaşlıq etməkdəyik. Bir-birimizə çox alışdıq. Önümüzdəki bu maneləri düşünə bilməz hala gəldik sanki. Dini nigah etdirməyi gözə aldıq artıq.

Bəli cinsi hirsə girəcək qədər məhrəmiyyət sərhədlərini aşıb da xariciylə üz-üzə göz gözə yaşamaqdan qaçınmamaq, belə nəticəsi düşünə bilməz hala gətirər tərəfləri. Ömür boyu peşmanlıq duyacaqları səhvi gözə aldırar. Yalnız özlərini deyil ailələrini də pərişan hala soxarlar.



01-02-2010 02:53:36

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz