Ana səhifə

"Bir saat elmlə məşğul olmaq, altmış il ibadətdən üstündür" deyə bir hədis varmı?


YazdırSend to friend
Sual Detayı: 
"Bir saat elmlə məşğul olmaq, altmış il ibadətdən üstündür" deyə bir hədis varmı?
Cavab: 

Salam aleykum

    Sualdakı şəkliylə bir hədis rəvayətinə rast gəlmədik.

    Elmin və alimin fəzilətinə dair bir çox hədis rəvayət edimişdir. Bunlardan bir neçəsi aşağıda ifadə edilmişdir:

"Alim olan kimsənin, abid olan / ibadət edən kimsədən yetmiş dərəcə üstünlüyü vardır. Bu, hər bir dərəcənin arası göy-yer qədərdir. "(Məcmau'z-Zəvaid; 1/122).

"Allah qatında, səhər-axşam elmlə məşğul olmaq, Allah yolunda cihad etməkdən daha üstündür."  (Kənzu'l-Ummal, h. Nö: 20240).

"Əməllərin ən fəzilətlisi, Allah`ı tanıma / zat, sifət və adlarını öyrədən elmdir. Şübhəsiz, elmlə birlikdə əməlin azı da çoxu da sənə fayda verər. Lakin cəhalətlə birlikdə əməlin nə azı, nə də çoxu fayda verməz. "(a.g.e, h. nömrə: 28731).

     Elmin ibadətdən daha üstün olması, izaha ehtiyac duymayacaq qədər açıqdır. Çünki; elm, ibadətsiz ola bilər, lakin heç bir ibadət elmsiz olmaz. Elmin özü də bir ibadətdir.

"Bir kimsə yaxşı bir cığır açsa, qiyamətə qədər o cığırı izləyən kəslərin qazandığı savabların bir misli, o ilk cığırı açan kimsənin dəftərinə yazılar." (Müslim, Zəkât 69. Ayrıca bax. Nəsâî, Zekât 64)

    tərcüməsindəki hədisdə ifadə edildiyi üzrə, dinin bir hökmünü açıqlayan bir kimsənin bu elmi səbəbiylə imana gələn, halal-harama diqqət yetirən, gözəl əxlaq sahibi olan, gözəlcə ibadət edən minlərlə və ya milyonlarla insanın söz mövzusu alimə qazandırdığı savabı düşündüyümüzdə, bir saat elmlə məşğul olmanın, necə illərcə ibadət etməkdən üstün olduğunu anlamaqda çətinlik çəkmərik.

     Yuxarıdakı hədislərdən də bu mövzunu aydınlatan nöqtələri görmək mümkündür



12-05-2014 05:25:49

Düğüme özel