Ana səhifə

Birisi cənnətə düşərsə, cəhənnəmə düşən atası, anası və ya balasını görürsə, halı nə cür olacaq?


YazdırSend to friend
Sual Detayı: 
Cənnətə duşən birisi, cəhənnəmə düşən atası, anası və ya balasını görürsə, halı nə cür olacaq?
Cavab: 

1- Allah ədalətlidir. Kimsəyə zülm etməz. Bu həqiqəti dünyada mükəmməl oxuduğumuz kimi axirətdə və məhşərdə hakkalyakin görəcəyik.

2- Axirətdə hər kəsin haqqı nə isə tamamilə ədalətlə alacağı bilinməkdədir. Bu səbəbdən həm cəhənnəmə gedənlər,həm də  cənnətə gedənlər ilahi ədalətə heyran olacaqlar.

3- Cəhənnəm əhli mütləq yoxluğa atılmayacaq, cəhənnəmdə belə  olsa həyatları əbədi olacaq.Bundan özləri də məmnuniyyət hiss edəcəklər.

4- Cənnət əhli öz hallarından məmnun olduqları kimi, öz dost və qohumlarının cəhənnəmə getsə belə, yox olmadıqlarını,onların həyatda olduqlarını və bir cür rəhmətə məzhər olduqlarını bildiklərindən Allah’a ayrıca şükr edəcəklər və Allah’ın məhşərdəki mütləq ədalətini gördüklərindən onların müstehak(layiq) olduqlarını biləcəklər.

5- Cənnətə girən insanların daşıyacaqları hisslər, tamamilə cənnətlik olan hisslərdir. Yəni, cənnətdə qısqanclıq, əzab, xəstəlik, həsəd, yersiz mərhəmət kimi cənnətə yaraşmayan hissiyyatlar olmayacaq.Bu nöqtədən düşünüldüyündə atası və ya hər hansı bir yaxını cəhənnəmə gedən bir insanın, onlara şəfqəti olmayacaq.

6- Cənnətin əhlinin, öz cəhənnəmlik dostlarını və ya yaxınlarını görmə barəsində bu qaydalar ehtimal dairəsində ola bilər:

a) Allah Teala  cəhənnəm əhlini cənnət əhlinə heç xatırlatmayacaq.

b) xatırlasalar belə, Allah cəhənnəm əhlinin surətində mələklər yaradıb onlara göndərəcəkləri söz mövzusu ola bilər.

7-Möminlərin istədiklərində cəhənnəm əhlinin ibrətlik vəziyyətini, dünyada etdiklərinə necə bir qarşılıq aldıqlarını görmələri də mümkündür. Allah Qur'anda cənnət əhlinin cəhənnəm əhli ilə danışmalarını belə bildirir:

“Sağ tərəf sahibləri istisna olmaqla!(Onlar) cənnətlərdədirlər;bir-birindən soruşacaqlar;Günahkarlardan (soruşacaqlar): “Sizi Səqərin içinə salan nədir?”Onlar deyəcəklər: ‛Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; (Batilə) dalanlarla birlikdə biz də dalırdıq.Haqq-hesab gününü yalan sayırdıq, ölüm bizə gələnə qədər’ ”. (Müddessir,74/ 40-47)

Qeybi ancaq Allah bilər...



05-04-2014 10:25:27

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz