Ana səhifə

Bismillah və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Bismillah və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
Cavab: 

Bismillahın fəziləti:

 

İlk yazılan, Bismillahdır. Adəm əleyhissalama ilk gələn, Bismillahdır. Möminlər, Bismillah köməyi ilə, Sırattan keçər. Cənnət dəvətnaməsinin imzası Bismillahdır. Peyğəmbərimiz, (Müəllim uşağa, Bismillah öyrədərsə, uşaq da öyrənərsə, Allahu təala, uşağın və anasının və atasının və müəlliminin Cəhənnəmə girməməsi üçün sənəd yazdırar) buyurdu.

 

Əuzu oxumaq, (Əuzu billah mineş-şeytanirracim),

 

Bismillah oxumaq isə, (Bismilləhir-rahmənir-rahim) deməkdir.

 

Hədisi şərifdə, (Qurani Kərimə hörmət göstərmək, Əuzu oxuyaraq başlamaqla olar və Qurani Kərimin açarı, Bismillahdır) buyruldu. Surə oxuyarkən, Əuzu Bismillah oxunar. Ayə oxuyarkən, alimlərin çoxuna görə, tək Əuzu oxunar. Surə və ya ayə oxumağa başlarkən Əuzu oxumaq vacib, Fatihə oxumağa başlarkən Bismillah oxumaq da vacibdir. Digər surələrə başlarkən Bismillah oxumaq sünnədir.

 

Namazda, Sübhaneke oxuduqdan sonra Əuzu Bismillah oxumaq sünnədir. Allahu təala, (Qurani Kərim oxuyacağın zaman Əuzu... söylə) buyurur. (Nəhl 97)

 

Qəti haram olduğu bilinən bir şeyi məsələn şərab içərkən və ya donuz əti yerkən Bismillah çəkmək küfrdür.

 

Yaxşı işlərə Bismillah ilə başlamalıdır!



10-03-2010 09:06:17

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz