Ana səhifə

Bismillahsız başlayan surə hansıdır?


YazdırSend to friend
Sual Detayı: 
Bismillahsız başlayan surə hansıdır? Bu surənin başında niyə bismillah yoxdur?
Cavab: 

Qurani Kərimin ilk enişində ayə və surələr qələmlə yazıya keçdiyində Tövbə Surəsinin başına Bismillah yazılmadığı kimi, nə Səhabələr, nə Tabiin, nə Tabi Tabiin, nə də bunlardan sonra gələn alimlər yazmamışlar. Surənin başına Bismillah yazılmamasının və oxunmamasının səbəb və hikmətini bir neçə maddədə yığmaq mümkündür.

 

Birincisi: Tövbə Surəsi uzun bir fasilədən sonra nazil olmuşdur. Nazil olduğunda da məna və məzmun etibarilə Ənfal Surəsi ilə yaxın bir əlaqəsi görüldüyündən onun davamı kimi mütaliə edilmişdir. Belə ki:

Ənfal surəsinin son ayələri müşriklərlə Müsəlmanlar arasında cərəyan edən cihad və bənzəri münasibətlərlə bitərkən, bu surənin ilk ayəsi də tərcümə olaraq, "Müşriklərlə aranızda andlaşma olanlara..." şəklində başlamaqdadır. Hətta belə ki, Səhabələr arasında bu ikisini bir surə zənn edənlər belə olmuşdur. Lakin həm ayələrinin çoxluğu, həm surənin bir çox adla məşhur olması, həm də Peyğəmbər Əfəndimizin (s.ə.s.) açıq olaraq bunun başqa bir surənin davamı olub olmadığı barəsində səssiz qalması, Tövbə Surəsinin ayrı bir surə olduğunu bəyana kafi gəlmişdir. Ayrıca tərtib baxımından da Ənfalın son səhifəsi ilə Tövbənin ilk səhifəsinə baxıldığında surələrin bir-birlərinin davamı olduğu sezilə bilməkdədir. Bu səbəblərdən ötəri surənin başına Bismillah yazılmadığı kimi, oxunmamaqdadır da.

İkinci bir səbəb: Surə müşriklərə və münafiqlərə qarşı şiddətli hədələmələr etdiyi və müşriklərə qarşı döyüş elanı ilə başladığı üçün; rəhməti, təhlükəsizliyi və salamatlığı ifadə edən Bismillah, surənin başında iştirak etməmişdir. Necə ki, Abdullah bin Abbas, Həzrəti Əliyə (r.ə.) "Ənfal ilə Tövbə arasına Bismillah nə üçün yazılmadı" şəklindəki suala Hz. Əli bu hikmətli cavabı vermişdir: "Çünki Bismilləhir-rahmənir-rahim də təhlükəsizlik vardır. Halbuki bu surə qılınc və razılaşmağı pozan müşriklər haqqında nazil olmuşdur."

Üçüncü bir səbəb isə; bu surə ilə Müsəlmanların daha əvvəl ortaq müdafiə etmə və bənzəri xüsuslarda müşriklərlə imzalamış olduqları andlaşma və dostluqların tamamilə qaldırıldığı bəyan edilməkdədir. Necə ki 5-ci ayədə tərcümə olaraq, "Haram aylar çıxınca müşrikləri tapdığınız yerdə öldürün, əsir alın, həbs edin ..." buyurulmaqdadır. Hərbdə də əmin-amanlıq olmadığından surənin başına Bismillah qoyulmamışdır. Hətta Rəhman və Rəhm adlarını zikr etməyərək surəyə "Bismilləh bəraətin minallah" deyərək başlamaq belə uyğun hesab edilməməkdədir. Bunun üçün surənin başında Bismillah nazil olmadığı və yazılmadığı kimi, oxunması da caiz görülməmişdir. Hətta namazda zammı surə bu surənin başından etibarən oxunaraq başlansa da namazın pozulacağı bildirilməkdədir. Ancaq bu üzrlü surənin başıyla əlaqəlidir. Surənin müstəqil ayələri digər surələrin ayələri ilə eyni hökmü daşıyar, yəni Bismillah oxuna bilər. Məsələn surənin sonunda "Ləkad caəkum" ilə başlayan ayə oxunarkən Bismillah tərk edilməz. (1)

 

1. Yəsəlunəkə Fid-dini vəl-Həyat, 1:313-314: Haqq Dini Quran Dili, 4:2442-44.

 

Məmməd Paksu Məsələlər və Həlləri-2



17-12-2009 01:04:34