Ana səhifə

Bizim nə edəcəyimiz, qədərimizdə yazılmış isə, nə günahımız var?


YazdırSend to friend
Sual Detayı: 
Bizim nə edəcəyimiz, qədərimizdə yazılmış isə, nə günahımız var? Allah cənnət və ya cəhənnəmə gedəcəyimizi bilirsə nə deyə bizi bu dünyaya göndərdi?
Cavab: 

Sualınızı bəzi sual və cavablarla şərhə çalışaq.

 

Qədər, bir iman şərtidir və belə təsvir edilər: "qədər, haqq təalanın, əzəldən əbədə qədər olmuş və olacaq hər şeyin, hər şeyini və hər halını, zamanını və məkanını, sifətlərini və xüsusiyyətlərini əzəli elmiylə bilib, ona görə, təqdir etməsidir."

 

Qəza isə, qədərdə planlanan bir şeyin yaradılması, varlıq sahəsinə çıxarılmasıdır.

Kainatın altı dövrədə yaradılışından, insanın ana rəhmində doqquz ayda yaranmasına qədər hər hadisə qədəri göstərir!..

 

Günəş sistemindən atom sistemlərinə qədər hər hikmətli əlamət, qədəri elan edir!..

Elementlərin sayları və xüsusiyyətləri, qədərdən xəbər verir!..

Bitkilərin və heyvanların cinslərə, növlərə ayrılmış olması, hər növə fərqli qabiliyyətlər verilməsi, həmişə qədər ilə olmuş!..

 

Mələklərin, heyvanların və cansızların sabit mövqeli olması, insanların və cinlərin isə imtahana tabe tutulması, qədər ilə planlanmış!...

Cənnət və cəhənnəmin yaradılması, ilahi elm ilə təqdir edilmiş!... O mənzillərə hansı yollardan gediləcəyi də yenə qədər ilə olmuşdur!...

Hansı gözəl əmələ nə qədər savab, hansı günaha nə qədər əzab veriləcəyi də qədər ilə təyin edilmiş!..

 

Qədər mövzusunda əzbərlədikləri bir neçə sualı dayanmadan təkrarlayan adamlar, qədərin bu əsl mənasını heç düşünməzlər. Bu böyük kainatın bir əzəli elm və hikmətlə, mərhələ mərhələ yaradıldığı ağıllarından belə keçməz. Qədərin bu böyük təcəllilərini seyr edə bilmədikləri kimi, nüvələri, toxumları, yumurtaları, spermaları, genləri də bu baxımdan qiymətləndirə bilməzlər. Halbuki, bu kiçik varlıqlar sanki cisimləşmiş bir plan, bir proqramdır... Allahın möcüzə hikmətini ağlı başında olanlara elan edir, dərs verirlər.

 

Və insan, yaradılışı etibarı ilə, qədərə inanmaqla mükəlləfdir!. Çünki, ölçüdən, çəkidən anlayır. Etməyə qərar verdiyi bir evin otaqlarını bilərək edər. Mətbəxini, hamamını, həmişə yerli yerinə qoydurar. Sabahı haqqında planlar qurur, hədəflər seçir, qərarlar verir. Bu yaradılışı onu qədərə imanla mükəlləf edir.

 

 

 

Günahlarımızı qədərə yükləyə bilərik?

 

Qədəri ikiyə ayıra bilərik: ızdırari qədər, ixtiyari qədər.

 

"İzdırari qədər"də bizim heç bir təsirimiz yox. O, tamamilə iradəmiz xaricində yazılmışdır. Dünyaya gələcəyimiz yer, anamız, atamız, şəklimiz, qabiliyyətlərimiz ızdırari qədərimizin mövzusudur. Bunlara özümüz qərar verə bilmərik. Bu növ qədərimizdən ötəri məsuliyyətimiz də yoxdur.

 

İkinci qisim qədər isə, iradəmizə bağlıdır. Biz nəyə qərar verəcəyiksə və nə edəcəyiksə, Allah əzəli elmiylə bilmiş, elə etmişdir.

 

Ürəyimiz döyünür, qanımız təmizlənir, hüceyrələrimiz böyüyür, çoxalır, ölür. Bədənimizdə, bizim bilmədiyimiz bir çox işlər edilir. Bunların heç birini edən biz deyilik. Yatdığımız zaman belə bu cür fəaliyyətlər davam edir.

 

Amma bunu da çox yaxşı bilirik ki, öz istəyimizlə etdiyimiz işlər də var. Yemək, içmək, danışmaq, getmək kimi hərəkətlərdə qərar verən bizik. Zəif də olsa bir iradəmiz, az da olsa bir elmimiz, cılız da olsa bir gücümüz var.

 

Yol qovşağında hansı yoldan gedəcəyimizə özümüz qərar veririk. Həyat isə, yol qovşaqlarıyla doludur.

 

Bu halda, bilərək seçdiyimiz, heç bir məcbur etməyə məruz qalmadan qərar verib işlədiyimiz bir günahı özümüzdən başqa kimə yükləyə bilərik?

 

Etdiklərimizi Allah yaratdığına görə bizim günahımız nə?

 

İnsanın cuzi ixtiyari adı verilən iradəsi, əhəmiyyətsiz kimi görülməklə birlikdə, kainatda etibarlı olan qanunlardan istifadə edərək böyük işlərin meydana gəlməsinə səbəb olmaqdadır.

 

İnsanın öz iradəsiylə etdiyi bütün işlər, bu ölçüylə qiymətləndirilə bilər. Məsələn; cənabı haqq, meyxanaya getmənin haram, məscidə getmənin isə fəzilətli olduğunu insanlara bildirmişdir. İnsan bədəni isə öz iradəsiylə, iki yerə də getməyə uyğun bir quruluşdadır.

 

Kainatdakı fəaliyyətlərdə olduğu kimi, bədən içindəki fəaliyyətlərdə də insanın iradəsi olmamaqda və insan bədəni, ilahi qanunlarla hərəkət etməkdədir. Lakin onun hara gedəcəyinin təyini, insanın iradə və ixtiyarına buraxılmışdır. O hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən ora doğru hərəkət etməkdə, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olmaqdadır.

 

Qədər zülm edər?

 

Bəzi insanlar varlı, gözəl və sağlam doğularlar; bəziləri də kasıb, çirkin və şikəst. Bunlar, insan iradəsinin qarışmadığı "ızdırari qədər"in mövzusudur.

 

Bu fərqi bəhanə edərək zülmdən danışanlar da olur. Halbuki, zülm bir haqqın tapdalanmasıdır. Qulun isə, Allahda heç bir haqqı yoxdur. O, nə vermişsə sırf lütfündən ötəridir.

 

Bizə düşən, verilməyən nemətləri düşünüb üsyana cürət etmək deyil, veriləni xatırlayıb şükr etməkdir. Əskikliklər, qulun sınanması üçündür. Dünyanı bir imtahan salonuna bənzətsək, xoşuna gəlməyən vəziyyətlər bir imtahan sualıdır. Qul üsyan edəcək, yoxsa verilən nemətlərə şükrlə, cavab verəcək səbir ilə cavab verəcək?

 

Valı bir tacir düşünək. Dükanına gələn iki kasıba, sırf mərhəmətindən ötəri yaxşılıq etmək istəyir. Birinə köynək və şalvar geydirdi, digərinə isə, bunlardan əlavə pencək ilə palto hədiyyə etdi. Yalnız köynək və şalvar alan adam, "tacir mənə zülm etdi, o biri adama çox verdi," deyə bilər? Desə, bu sözü ədəbsizlik olmaz?

 

Biz insanlar da bu kasıblara bənzəyirik. Allah, sonsuz mərhəməti səbəbiylə, tükənməz xəzinəsindən nemətlər verir. Bədənimizi, ağlımızı, xəyalımızı, tənəffüs etdiyimiz havanı, içdiyimiz suyu, yediyimiz qidanı yaradan Odur. İşlədik, qazanmadıq, layiq olmadıq. O, sırf lütfündən ötəri verdi. Əskik alan səbr etsə əbədi nemətlər qazanacaq.

 

Bizə düşən, günahımıza tövbə etmək, bağışlanma üçün yalvarmaq və gözəl əməllər işləyib cəzadan xilas olmağa çalışmaq. Günahı qədərə yükləməyə çalışmaqla ancaq özümüzü aldada bilərik. Allahı, əsla.



10-12-2009 01:26:29

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz