Ana səhifə

Boşandıqda iddət müddəti nə qədər olmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum. Boşananda talaq müddəti kimi 3 ay 10 gün vaxt göstərilir. Bəzi adamlar deyirlər ki, qadın gərək 3 heyz olsun. Əgər bu 3 heyz 3 aydan tez olarsa o zaman qadın ərə gedə bilərmi yoxsa mütləq bu müddəti tamamlamalıdır?
Cavab: 

Talaq Surəsi, 4-cü ayə: "Hamilə olanların gözləmə müddəti isə, doğum etmələriylə sona çatar."

Ayədə olan hökm, rəhmində başqasının uşağını daşıyan bir qadının yeni evliliyiylə əlaqədardır. Nəsilin qarışmaması üçün bu tədbir görülmüşdür. Cinsi əlaqəylə birbaşa bir əlaqəsi yoxdur. Çünki, hamilə bir qadının gözləmə müddəti olan hamiləlik vəziyyəti davam etdiyi müddətcə, heç kim onunla nişanlana bilməz, onunla nikah qıya bilməz, onunla evlənə bilməz. Ayədə bu hökm ortaya qoyulur.

Ümumiyyətlə zahı (Yeni doğurmuş qadın. Hələ yataqdan qalxmamış qadın. Bu hal 9 elə 40 gün qədər davam edər) müddəti qurtardıqdan sonra, dərhal bir evlilik hazırlığına başlansa belə bu günlərlə, həftələrcə, bəlkə aylarla sürər. Tarixdə körpəsini doğurduğundan dərhal sonra evlənmiş bir hadisəyə çox rast gəlinməz. İndiki vaxtda da elədir.

Doğumdan dərhal sonra nikah olsa belə, zahılıq dövründə cinsi əlaqə onsuz da haramdır:

"Sənə aybaşılı ilə cinsi əlaqəni soruşurlar. De ki, bu (hər iki tərəfə də) əziyyət verici bir şeydir. Onlar adətli ikən onlardan ayrılın və təmizlənənə qədər onlara yaxınlaşmayın. Tam təmizləndiklərində Allahın sizə əmr etdiyi yerdən onlara gedin. Allah çox tövbə edənləri və tərtəmiz olanları sevər." (Bəqərə, 2/222)

İslam alimləri arasında zahılıq dövrünün maksimum müddəti ilə əlaqədar iki təməl görüş vardır: Hənəfi və Hənbəlilərə görə, bu müddətin maksimum miqdarı, qırx gündür. Maliki və Şafilərə görə isə, altmış gündür. Bu ixtilaf da göstərir ki, bu müddətin təsbiti təcrübəyə söykənəərək qiymətləndirilmişdir. (bax. Zuhayli, əl-Fıkhu'l-İslami, 1/467)

Tibb də təcrübi bir elmdir. Köçürəcəyi məlumatlar da təcrübəyə söykənəndir. İslamın qəbul etdiyi zahılıq müddətinin yuxarıda ifadə edilən şəkliylə sona çatdıqdan sonra, bunun tibbi baxımdan bir qorxusunun olduğunu söyləmək mümkün deyil. Praktik həyatdakı milyonlarla insanın təcrübəsi də bu istiqamətdədir.



12-01-2010 11:43:52