Ana səhifə

Böyük və kiçik günahlar haqqında ətraflı məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Böyük və kiçik günahlar haqqında ətraflı məlumat verərsiniz?
Cavab: 

Alimlər böyük günahların qəti bir sayının olub olmadığında fərqli görüşlər demişlər. Əksəriyyət, hədislərdə verilən rəqəmlərin məhdudlaşdırma ifadə etmədiyini söyləmişlər. Hədislərə baxdığımızda dəyişik zaman və yerlərdə Allah Rəsulunun 3, 5, 7 kimi rəqəmlərlə böyük günahları məhdudlaşdırdığını görərik...

 

Böyük günahların haram olduğu barəsində fakihlər arasında ixtilaf yoxdur. "Kim də Allaha və Rəsuluna üsyan edər və Allahın sərhədlərini aşsa, Allah onu da əbədi qalmaq üzrə alova qoyar. Həm onu zəlil və pərişan edən bir əzab vardır." (Nisa, 14) ayəsi və "Yeddi həlak edicidən çəkinin" hədisi bunun açıq dəlilidir. Üləma, günahları böyük və kiçik deyə iki qisimə ayırarlar. "Əgər qadağan edildiyiniz böyük günahlardan qaçsanız, sizin kiçik günahlarınızı örtərik və sizi şərəfli bir yerə qoyarıq." (Nisa, 31) , "Onlar, böyük günahlardan və həyasızlıqdan qaçınarlar; hirsləndikləri zaman da qüsurları bağışlayarlar." (Şura, 37)  ayələri kiçik-böyük günah ayrımına işarə edən ayələrdəndir. "Diqqət yetirin sizə günahların ən böyüyünü (ekberul-kebair) xəbər verimmi?.." hədisi də bu xüsusa sünnədən dəlildir. Ayrıca bütün günahların günah olduğunu, kiçik-böyük deyə bir ayrım ola bilməyəcəyini, günahın kiçikliyi və ya böyüklüyünün nisbi olduğunu söyləyən alimlər də vardır. Yenə böyük günahların öz içərisindəki sıralamasının da, naslardaki ifadələrdən hərəkətlə, günahın, gərək şəxsi gərək ictimai zərərinə görə edildiyini burada zikr edək.

 

Alimlər böyük günahların qəti bir sayının olub olmadığında fərqli görüşlər bildirmişlər. Hədislərə baxdığımızda dəyişik zamanlarda Hz. Peyğəmbərin (s.ə.s.) 3, 5, 7 kimi rəqəmlərlə böyük günahları məhdudlaşdırdığını görərik.

Bəzi alimlər də böyük günahları müəyyən rəqəmlərlə məhdudlaşdırmışlar. İbni Məsud böyük günahların, Qurana dayanaraq 4 olduğunu söyləyər. Bunlar: Ümidsizlik, Allahın rəhmətindən ümid kəsmək, İlahidən özünü əmin hiss etmək və Allaha şirk qoşmaqdır. Digər hədis kitablarında keçən məşhur böyük günahlar, ukuku valideyn (ana-ataya üsyan, onlarla əlaqəni kəsmək), yalan yerə şahidlikdir. İbni Həcər əl-Heytəmi, sarih olaraq Quranın da qadağan etdiyi böyük günahların 4 olduğunu və bunların da, murdar ət, donuz və yetim malı yemək və döyüşdən qaçmaqdan ibarət olduğunu söyləyər. Buxari və Müslimdə keçən hədisə görə 7 böyük günah, şirk, sehr, adam öldürmə, yetim malı yemə, faiz yemə, döyüş meydanından qaçma, iffətli qadına böhtan atmadır.

 

 

Böyük Günah İşləyənin Aqibəti

 

Mömin, böyük günah işləməklə iman dairəsindən çıxmaz. Tövbə etmədən ölsə vəziyyəti Allaha qalmışdır; diləsə əzab edər, diləsə bağışlayar.

 

Böyük günah işləyən kimsənin etibarlılıq xüsusiyyəti ortadan qalxar və şahidliyi qəbul edilməz. Kassanı, "Günah işləyən adama baxılar; əgər günahı böyüksə ədalət xüsusiyyəti tövbə edənə qədər düşər" deyər. Böyük günah işləyənlər bu etdikləri ilə fıska girdiklərindən fasiq deyə adlandırılarlar. Karafi, kiçik günah işləyənlərin günahda israr etmədikləri təqdirdə ədalət xüsusiyyətlərini itirməyəcəklərini və fasiq olaraq adlandırılmayacaqlarını söyləyər.

 

Böyük Günahların Bağışlanılması

 

Böyük günahların bağışlanılması, qul haqqı və Allah haqqı ayrı-seçkiliyinə görə dəyişməkdədir. İçki içmək kimi Allah haqqı və ya həm Allah haqqı həm də qul haqqı olan oğurluq günahlarının işlənməsi halında vəziyyət fərqlilik ifadə etməkdədir. Allah haqqının irtikab edildiyi böyük günahlarda, böyük günah işləyən tövbə etmədisə vəziyyəti Allaha qalar. Ancaq həm Allah haqqı həm də qul haqqı tapdalandısa bu vəziyyətdə tövbə ilə birgə cinayət işlənən şəxsin vəlisinə qisas və bağışlanmadan birini seçmə haqqı verilər. Oğurluq, yol kəsmə vs. vəziyyətlərdə isə mövzunun lazımlı ehkamı dövrəyə girər.

 

Müəyyən Böyük Günahlar:

 

Allaha şirk (ortaq) qoşmaq, insan öldürmək, sehr (cadu) etmək, namazı tərk etmək, zəkatı verməmək, ana-ataya qarşı gəlmək, faiz alıb -vermək, haqsızca yetim malını yemək, Peyğəmbərimizə yalan isnad etmək (Hədis uydurmaq), üzrsüz Ramazan orucunu pozmaq, döyüş meydanından qaçmaq, zina etmək, liderin xalqına zülm edib zorbalıq etməsi, içki içmək, böyüklənmək, özünü bəyənmək, öyünmək, yalan yerə şahidlik etmək, livata etmək, iffətli qadınlara böhtan atmaq, qənimətdən, zəkat malından və dövlətdən pul və mal oğurlamaq, insanların mallarını haqsız yollarla almaq, oğurluq etmək, yol kəsmək, yalan yerə and içmək, yalan danışmaq, intihar etmək, hakimin hökmündə haqsızlıq etməsi, qadınların kişilərə, kişilərin qadınlara bənzəmələri, leş, qan və donuz əti yemək, xərac yığmaq, riyakarlıq etmək, Allaha və Rəsuluna xəyanət etmək, elmi gizləmə və yalnız dünya üçün öyrənmə, etdiyi yaxşılığı başa qaxmaq, qədəri inkar etmək, insanların eşitmələrini istəmədiyi şeylərini gizlicə dinləmək, lənətləmək, dövlətə qarşı çıxmaq, kahin, cadugər və münəccimi (falçı) təsdiq etmək, nüşuz (qadının beyinə haqsız yerə xasiyyətsizlik etməsi), qohumlarla əlaqəni kəsmək, intriqaçılıq etmək, ölənin arxasından qışqırıb-çağırıb, özünü döymək, nəslə söymək, həddi aşma, başqalarının haqqını tapdalamaq, silahlı üsyan etmək və böyük günahları qəbul etməmək, müsəlmanlara əziyyət və söymək, evliyaullaha əziyyət və düşmənlik etmək, qürurundan paltarı yerlərdə sürümək (Paltarla nümayiş etmək), kişilərin qızıl və ipək geymələri, Allahdan başqası adına qurban kəsmək, sərhəd və insanlara yol göstərən lövhələrin yerini dəyişdirmək və sökmək, səhabənin öndə gələn böyüklərinə söymək, Ənsardan hər hansı birinə söymək, pozğunluğa çağırma və ya pis bir cığır açmaq, hər hansı bir kəsici aləti qardaşına doğru tutaraq qorxutmaq, bilərək atasından başqasına ata demək, uğursuzluğa inanmaq, Haqqdan azaraq münaqişə tərzində mübahisə etmək, niza etmək, xidmətçilərinə haqsızlıq edib zülm etmək, tərəzidə və ölçüdə haqsızlıq etmək, Allahın əzabından əmin olmaq, Allahın rəhmətindən ümidini kəsmək, yaxşılıq edənə nankorluq etmək, heyvanın üzünü dağlamaq, qumar oynamaq, Hərəm (Məkkə) bölgəsində daşqınlıq etmək, Cümə namazını tərk edib tək başına namaz qılmaq, Müsəlmanları gizlicə izləmək və məhrəmlərini ortaya çıxarmaq.



15-01-2010 03:27:52