Ana səhifə

Bu dünyada zülm görənlərin haqqı qəbir və axirətdə Allah tərəfindən rəhmətlə əskiksiz ödənəcəkmi?


YazdırSend to friend
Sual Detayı: 
Haqqı tapdalananlar qiyamət günü haqlarını alacaqlarmı?
Cavab: 
 
Hədislərdə də "zülmün böyük günah olduğu, Allahın zülmü özünə haram etdiyi kimi, insanlar arasında
 
da haram qıldığı" bildirilmişdir.
 
Allah zalıma bu dünyada müəyyən bir müddət verdiyi halda, məzlumu himayəsində saxlayar, onun
 
duasını qəbul edər, qiyamət günü haqqını zalımdan alar.
 
1. "Allah zalıma (bir zaman) möhlət verər. Onu bir dəfə yaxaladığı vaxt da qurtuluş 
 
verməz."
 
2. "Məzlumun duası (ı almaq)dan çəkin. Çünki onun duası ilə Allah arasında (heç 
 
bir) pərdə yoxdur."
 
3. "Haqları qiyamət günü əlbəttə sahiblərinə veriləcəkdir. Hətta buynuzsuz qoyun
 
üçün buynuzlu qoyundan qisas alınacaqdır."
 
4. "Kimin yanında qardaşının ciddiyyətini ( sarsıdan xüsus)dan və ya (dəyəri olan)
 
bir şeydən zülm (ilə əldə edilmiş bir haqq) varsa, qızıl və gümüşün olmayacağı gün
 
(gəlmə) dən əvvəl bu gün (dünyada ikən) onunla halallaşsın. (Yoxsa ) əgər yaxşı işi
 
varsa on (un savabın) dan (etdiyi haqsızlıq qədər
 
alınacaq) haqq sahibinə veriləcək; əgər onun üçün (edilmiş) yaxşılıqlar yoxdursa
 
(haqq) sahibinin günahlarından alınıb onun üzərinə yüklənəcək. " (Riyazus-Salihin,
 
s.186 vd).


25-11-2016 08:53:21