Ana səhifə

Bütün hərəkətlərimizi Allah yaradıbsa, bizim günahımız nədir?


YazdırSend to friend
Sual Detayı: 
Bütün hərəkətlərimizi Allah yaradıbsa, bizim günahımız nədir?
Cavab: 

    Bir binanın yuxarı mərtəbəsinin hədiyələrlər, ən aşağı mərtəbəsinin isə işgəncə alətləriylə dolu olduğunu və bir şəxsin bu binanın lifti içərisində olduğunu fərz edin. Binanın bu xüsusiyyəti əvvəlcədən bildirilmiş olan bir şəxs yuxarı mərtəbənin düyməsini basdıqda hədiyələrə qovuşar, aşağı mərtəbənin düyməsini basdıqda isə əzaba uğrayacaqdır.

   Burada iradənin etdiyi tək şey yalnız hansı düyməyə basılacağına qərar verməsi və təşəbbüs göstərməsidir. Lift isə o şəxsin qüdrət və iradəsi ilə deyil, müəyyən fizika və mexaniki qanunlarla hərəkət edir. Yəni insan yuxarı mərtəbəyə öz iqtidarı ilə çıxmadığı kimi, aşağı mərtəbəyə də öz iqtidarıyla düşmür. Bununla birlikdə liftin hara gedəcəyinin təyin olunması, içindəki şəxsin iradəsinə buraxılmışdır.

    İnsanın öz iradəsiylə etdiyi bütün işlər bu ölçüylə qiymətləndirilə bilər. Məsələn, Cənabı-Haqq içki içib əylənilən yerlərə getməyin haram, məscidə getməyin isə fəzilətli olduğunu insanlara bildirmişdir.İnsan vücudu isə öz iradəsiylə, misaldakı lift kimi hər iki yerə də getməyə uyğun bir yaradılışdadır.

   Kainatdakı fəaliyyətlərdə olduğu kimi, bədənin içindəki fəaliyyətlərdə də insanın iradəsi bura qatılmır və insan bədəni, külli qanun adı verilən ilahi qanunlarla hərəkət edir. Fəqət onun hara gedəcəyinin təyin olunması insanın iradə və seçiminə buraxılmışdır. O hansı düyməni bassa, yəni hara getmək istəsə, bədən oraya doğru hərəkət edir, bu səbəbdən də gedəcəyi yerin mükafatı və ya cəzası o insana aid olur ...



02-11-2016 07:33:44