Ana səhifə

Bütün mələklər cinmidir?


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum. Bir saytda bütün mələklərin cin olduğunu oxudum. Amma bu mənə inandırıcı gəlmədi. Bu həqiqətən belədirmi? Bu haqda məlumat verərsinizmi? Allah razı olsun..
Cavab: 

Heç bir mələk cinlərdən deyil.

Mələklər, ruh kimi lətif, nurani, mahiyyətləri Allah qatında məlum, varlıqları bizim dünyamıza aid olmayan ancaq insanlarla əlaqəli bir sıra vəzifələri olan varlıqlardır. Ağıl və nitqləri olub; şəhvət və qəzəb kimi bəşəri ehtirasları, yemələri, içmələri yoxdur. Evlənmək, doğulmaq və doğmaqdan uzaqdırlar. Müxtəlif şəkillərə girə bilərlər. Allah`ın əmrinə əsla üsyan etməzlər, yerdə və göydə bir sıra vəzifələrlə məşğul olurlar. Daim Uca Allah`ı təsbeh və zikr edərlər.

Mələklərin bu xüsusiyyətləri üçün bax: əl-Ən`âm, 6 / 9,100; əl-Hicr 15/8; əl-Fâtır 35/1; əl-Məâric 70/4.

Qur'an-ı Kərîm'de verilən məlumatlara görə cinlər, insanlar kimi Allah'a qulluq etmələri üçün yaradılmışdır. Cən insan növünün mövcudluğundan öncə yandırıcı və hər şeyə nüfuz edici atəşdən (nər-ı səmûm, məric) yaradılmışdır.

Cinlərə də peyğəmbər göndərilmiş, bir qismi iman etmiş, bir qismi kafir olaraq qalmışdır. Son peyğəmbər Hz. Muhəmməd insanlara olduğu kimi cinlərə də ilahi əmrləri təbliğ etmişdir.

Cinlər insanlara nisbətlə daha üstün bir gücə sahibdirlər. Məsələn qısa müddətdə uzun məsafələri qət edə bilər, insanlar tərəfindən görülmədikləri halda onlar insanları görür, insanların bilmədiyi bəzi xüsusları bilirlər; lakin qeybi onlar da bilə bilməzlər. Göydəki mələklərin söhbətlərindən gizlicə xəbər almaq istəsələr də buna imkan verilmir.

Cinlər, evlənib çoxalarlar. İblis də cinlərdəndir və insanların yanında cinlərdən də köməkçiləri vardır.

Bəzi cinlər Hz. Süleyman`ın əmrinə girərək ordusunda xidmət etmiş, məbəd, heykəl, böyük qab, qazan kimi əşyaların istehsalında insanlarla birlikdə çalışmışlar.

Xülasə, mələklər cinlərdən deyil.

   Görünməmələri səbəbinə görə mələkləri inkar edən kəslərə nə deməliyik?

    Mələklərin vəzifələri nədir?

 



23-06-2014 03:20:29

Düğüme özel