Ana səhifə

"Bugün sizin üçün dininizi kamil etdim və sizə olan nemətlərimi tamamladım" (Maidə,3)....bu ayedə keçən sizə olan nemətlərimi tamamladım deyərkən Cənab-ı Haqq Qur`an`ımı nəzərdə tutur,yoxsa başqa nemətlərimi və nələri.?


YazdırSend to friend
Sual Detayı: 
Salamun Aleykum Allah sizlerden Razi olsun...Maide suresinde Allah Suphaneke buyuru:Bugun sizin ucun dininizi kamil etdim ve size olan neymetlerimi tamamladim....bu ayede kecen size olan nemetlerimi tamamladin deyerken Cenabi haqq quranimi nezerde tutur,yoxsa bawqa nemetlerimi ve neleri.?
Cavab: 

    Və aleykum Salam.Cənab-ı Haqq cümləmizi razı olduğu işlərlə məşğul eyləsin.  

5. Maidə ('Süfrə') surəsi

 "(Bunlar) sizə haram edildi; Ölü heyvan, qan, donuz əti, Allah`dan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, buynuzlanıb ölmüş, vəhşi heyvanların parçalayıb yediyi. Canı çıxmamış kəsdiyiniz müstəsnadır. Dikinə qoyulmuş daşlar (bütlər) üzərində kəsilmiş heyvanlar, və də fal oxları ilə pay bölmək; Bunlar günahdır. Bu gün kafirlər dininizdən ümidlərini kəsdilər. Onlardan qorxmayın və Məndən qorxun! Bu gün dininizi sizin üçün kâmil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din kimi İslâm`ı bəyəndim. Kim aclıq üzündən çətinliyə düşsə, günaha meyl etmədən (haram ətdən yeyə bilər). Şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir! " (əl-Maidə surəsi,3)

   Bu ifadə ilə əlaqədar bu iki izah edilmişdir:

      a) Bu söz, sûrənin başından bura qədər bəhs edilən şeylərin hamısı ilə əlaqədardır. Çünki Allah Təâlâ, sûrənin başında yeməklərdən ləzîz  və xoş olanlar (tayyibât) ilə qadınları mübah edərək qullarına in'am(ehsan) etdiyini ifadə etmiş, bundan sonra da dəstəmazın fərz olma xüsusiyyətlərindn bəhs etmişdir. Buna görə də sanki Cənab-ı Haqq (subhanəhu və təâlâ), bu ifâdə də belə demək istəmişdir: "Mən, öncə dünya nemətlərindən, ikinci olaraq da din nemətlərindən bəhs ­edərək, nemətlərimi (saymağı) tamamladım."

      b) Bundan murad, "Səfər və xəstəlik halında təyəmmümə və mükəlləfiyyət­lərinizi yüngülləşdirməyə icazə verərək, sizə olan nemətlərimi tamamladım. Buna görə də sizlər bununla, Qiyamət günündə də, günahlarınızı əfv edib, pisliklərinizi bağışlamaq surətiylə cəzanızı yüngülləşdirəcəyimə istidlal edin(nəticə çıxarın)" mənasıdır. (Razi, Məfatih, əlaqədar ayənin təfsiri)

      Ayənin, həm bu iki mənanı, həm də başqa nemətləri içinə aldığı deyilə bilər. Necə ki Elmalılı Hamdi Yazar ayənin bu qisimini belə açıqlamışdır:

      "Müfəvvəqiyyət və hidayətlə tam səadətə çatdırdım, qalib və müzəffər etdim. Məkkəni fəth etməyi və cahiliyyə nişanelerini yıxmağı, müşrikləri Kəbə`yə yaxınlaşmaqdan və çılpaq təvaf etməkdən qadağan edərək, sizi bu gün tam təhlükəsizlik və üstünlüklə həcci əda etməyi və hökmlərini yerinə yetirdiyiniz bu məsud məqama çatmağı nəsib etdim.

      Mücadilənizin meyvələrini yığdıraraq, xülasəylə sizi qüvvətli bir gücə və hakim bir dövlətə məzhər edib tam mənasıyla "Ancaq sənə ibadət edərik və ancaq səndən kömək diləyərik" (Fatihə, 1/4) deyə bilən tək sosyal cəmiyyət halına gətirərək, olduğunuz bu müqəddəs mövqedə, "Allahım, mən sənin əmr və fərmanına hər zaman tabe oluram, hər vaxt itaət edirəm. Sənin şərikin yoxdur. Dəvətinə sədaqətlə icabət edirəm(qəbul,razılıq). Şübhəsiz həmd də, nemət də, mülk də, sənə məxsusdur. Əmr və dəvətinə tabe oluram" deyə Allah`ın sözünü ucaldan, şükrünü elan edən, alınları ağ, könülləri pak, seçmə və uca bir Muhamməd ümməti etdim də "sizə olan nemətimi tamamlayım" (Bəqərə, 2/150) vədimi yerinə yetirdim, və sizə din olaraq İslâm'ı  bəyəndim, ona razı oldum ki, Allah qatında bəyənilən din başqası deyil, ancaq odur.

        Sayılan haramlar, bu ən mükəmməl din və bu tam nemət və bu İslâm cümləsindəndir. Bu halda müsəlmanlar bundan belə başqa təbliğləri gözləməyərək və bu haramların dəyişdirilə biləcəyini düşünməyərək bu din gərəyincə əqdlərini(vədlərini) yerinə yetirməyə diqqət göstərməyə və ilâhî minətlər ilə nemətlənmiş olmağa davam etməlidir." (Haqq Dini, əlaqədar ayənin təfsiri)
 



05-05-2014 06:33:05