Ana səhifə

BUGÜNKÜ DÖRD QAN QRUPU NECƏ ORTAYA ÇIXDI?


YazdırSend to friend
Sual Detayı: 
Hz. Adəm (ə) və Hz. Həvvada eyni qan qrupu olduğu halda, bugünküdörd qan qrupu necə ortaya çıxdı?
Cavab: 

Bu sualı ortaya atan, Hz. Adəm ilə Hz. Həvvada eyni qan qrupu olduğunu haradan bilir? Onların qanını tədqiq edib?

Hər insanda hər bir xarakter bir gen cütü, yəni iki gen tərəfindən idarə edilir. Bu genlərdən biri anadan, digəri atadan gəlmişdir.

Qan qrupunu təyin edən genlər; A, B və 0 genləridir. Hər bir fərddə bu genlər bu şəkillərdən biri halında ola bilər: AA, A0, BB, B0, AB və 00.  0 geni, A və B genlərinə görə çəkingən (resessiv) bir quruluşa malikdir. Bu səbəbdən AA genləri A qan qrupunu verdiyi kimi, A0 genləri də A qan qrupunu verəcəkdir. Eyni şəkildə BB və B0 genləri, B, BB genləri AB və 00 genləri də 0 qan qrupunu hasil edəcəkdir. Bir başqa ifadə ilədesəkA qan qrupunda olan bir kəsdə bu qan qrupunu təyin edən genlər ya AA və ya A0 şəklindədirlər. Hz. Adəmin A0 və Hz. HəvvadaB0 genləri olması halında aşağıdakı hal ortaya çıxır:

 

 

 

 

 

 

 

 


Sxemdən göründüyü kimi, Hz. AdəmdəA, Hz. Həvvada da B qan qrupunun heterozigot genetik quruluşda olması halında, günümüzdəki dörd qan qrupu da meydana çıxacaqdır.

Burada açıqlanması lazım olan xüsus, Hz. Adəmə aid A0 genetik quruluşdakı qan qrupunun, Hz. Həvvaya B0 olaraq necə keçmiş olduğudur. Diqqət yetirilsə, istər Hz. Adəm və istərsə də Hz. Həvvanın yaradılışı, normal ana və atalı artma qanununa uymur.

Bu yaradılışda bildiyimiz mənada ana və atanın olmaması, buradaMendel qanunlarının tətbiqini qeyri-mümkün edir. Bu səbəbdən Hz. Adəmdəki A qan qrupunun Hz. Həvvaya B qan qrupu olaraq keçməsinin Mendel qanununa uymamasını normal qəbul etmək lazımdır. Çünki burada ilk yaradılış sözün mövzusudur.

Kainatda cərəyan edən hadisələri təsadüf və təbiətin etdiyi vəhm edildiyi müddətcə, bu tip sualların ardı arxası kəsilməyəcəkdir. Halbuki hadisələrin meydana gəlməsi və ya gəlməməsinə Cənabı-Haqqın sonsuz qüdrət və nəhayətsiz elmi nöqtəsindən baxmaq gərəkdir. O vaxt qan qruplarının və ya bütün insanlığın ortaya çıxarılmasının bir insan və ya qan qrupunun yaradılması qədər asan olduğu görüləcəkdir.

Adem Tatlı (Prof.Dr.)



27-08-2016 04:05:10

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz