Ana səhifə

Cəfəri məzhəbi niyə əhli sünnə vəl camaat tərəfindən qəbul edilmir?


YazdırSend to friend
Sual Detayı: 
Cəfəri məzhəbi niyə əhli sünnə vəl camaat tərəfindən qəbul edilmir?
Cavab: 

Bu gün, gərək inancları, gərəksə də yaşayışlarındakı bir çox fərqli hərəkətlərindən dolayı Əhl-i Sünnənin xaricində bir firqə olaraq Şiələr; Qaliyə, Zeydiyə və İmamiyyə kimi bir neçə sinifə ayrılsalar da, günümüzdə Şiə deyilincə, ümumiyyətlə İmamiyə anlaşılmaqdadır.

Bunlar, Peyğəmbərimizin (s.ə.s.) əbədi həyata köçməsindən sonra Hz. Ali (ra) və sırasıyla iki oğlu ilə nəvələrini Allah'ın əmri, Rəsulullahın təyini və vəsiyyəti ilə məşru (qanuni) imam (xəlifə) qəbul edər və beləcə on iki İmama inanmağı imani bir rükn olaraq görərlər. Məhz bu firqə, imam olaraq yalnız on iki İmamı qəbul etdiklərindən dolayı "İsna Aşəriyyə (on ikiçilər)", imamlara inanmağı imanın şərtlərindən biri olaraq qəbul etdiklərindən dolayı da "İmamiyə" deyilməkdədir. Həm etiqad, həm də ibadət və muaməlatda İmam Cəfər Sadiq`in fikirlərinə əsaslandıqları üçün "Cəfəriyyə" adı verilməkdədir.

Başda Şah İsmayıl olmaq üzrə bir çox kəslərin siyasî məqsədlərinə alət edilərək rəngdən rəngə girən İmamiyə firqəsi, zamanla etiqad baxımından Mutəzilə və Müşəbbihə kimi batil məzhəbləri də mənimsəmişlər. Əsasən İmamiyyə, on ikinci imam olaraq qəbul edilən Muhamməd əl-Mehdî'nin gizləndiyi inancından sonra bir məzhəb və sistem olaraq təsis edilmişdir. Bu zamandan sonra da, İmamiyənin görüşü bütün olaraq ortaya çıxmış, daha sonra təyin edilən imamların və təqib ediləcək vəziyyət haqqında da əsaslar qətilik qazanmışdır.

Şiələr, imamətin, yəni xəlifəliyin, Əhl-i Sünnənin qəbul etdiyi kimi, Müsəlmanların istək və seçiminə buraxıla biləcək "kiçik" işlərdən olmadığı fikirindədirlər. Onlara görə onsuz da imamət, dinin əslində olan bir rükündür və iman əsasları arasında yer alır. Bundan dolayı bir şiələr necə Allah'a, peyğəmbərlərə və axirət gününə iman edirlərsə, eyni şəkildə imamın mövcudiyyətinə də inanmaq məcburiyyətindədirlər. Bu inanca görə, imamlar eynilə peyğəmbərlər kimi günahsızdırlar (məsum) ; nə kiçik, nə böyük heç bir günah işləməzlər, zülm etməzlər; onları tanımayan kimsə küfrə girər. Hətta, "Onların əmrləri Allah'ın əmrləridir; qadağaları də Onun nəhyidir. Onlara itaət, Allah'a itaətdir, onlara üsyan Allah'a üsyandır. "

Şiələr mütləq imam olaraq on iki imamı qəbul edərlər. Son imam, yəni "Mehdi-yi Müntəzir, Gözlənilən Mehdî" nin gizlənməsindən sonra, o təkrar dönənə qədər onun vəzifəsini görəcək "müctəhidlər" də eyni şəkildə imamın bütün səlahiyətlərinə sahib bir vəkil hökmündədir. Bugün İmamiyəliyi rəsmi bir məzhəb olaraq qəbul edən İran, dini səlahiyyətləri daşıyan imamlıq vəzifəsini də "Ayətullahil-Uzma" ya vermişdir. Bunun üçün bu "imam" a mütləq surətdə itaət tələb olunur. Ona qarşı gəlmək Allah'a və Peyğəmbərə qarşı gəlmək kimidir. "İran'ın rəsmi dini İslâm və İsna Aşəri Cəfəri məzhəbidir. Və bu maddə əbədi olaraq dəyişdirilməz "şəklində yer alan İran Konstitusiyasında "On iki İmam" inanma mühüm bir əsas olaraq qəbul edilməkdədir. (Çağımızda etiqadi İslâm məzhəbləri, s. 118-139; Muvazzah elmi-i Kəlam, s. 24-25.)

Şiələr tərəfindən bu şəkildə görülən imamət məsələsi, Əhl-Sünnəyə görə, qətiyyən dinin üsulu arasında yer almaz. İmam, yəni xəlifə, Müsəlmanların məşvərəti və seçimi ilə iş başına gələr. Din və dünya işlərində müəyyən xüsusiyyətləri daşıyan hər hansı bir şəxs müsəlmanların idarəsini boynuna götürə bilər. Heç bir şəkildə məsum və günahsız ola bilməz.

Əhl-i Sünnənin On iki İmama baxışına gəlincə; Peyğəmbərimizin mübarək nəslindən gələn Hz. Ali'nin xaricindəki on imam fəzilət, təqva və mənəvi mərtəbə olaraq böyük vəli və qutubtur (Bir mövzuda yüksək bilgisi və səlahiyyəti olan kimsə). Bədiüzzaman, "ümmətimin alimləri Bəni İsrail peyğəmbərləri" kimidir hədisinin sirrinə məzhər (nail) olan şəxsləri sayarkən, on iki imamı da zikr edərək belə deməkdədir:

"Salavatlarla Âl-i İbrahim Əleyhissalama müqabil Âl-i Muhamməd Əleyhissalatu Vesselamın içindəki böyük övliya (ra) və Ali (ra) və Həsən (ra) və Hüseyn (ra) və əhli-i Beytin On iki İmamı və Qavs-ı Âzam (ks) və Əhməd-i Rufai (ks), Ahməd-i Bədəvi (ks), İbrahim-i Dəssûkî (ks), Əbu'l-Həsən-ı Şazəli kimi aktaplar və imamlar ... " (Şüalar, s. 527.)

Yenə başqa bir ifadəsində,

"Əhl-i həqiqət başda Əimmə-i Ərbəa (dörd məzhəb imamı) və Əhl-Beytin Əimmə-i İsna Aşər (On iki İmam) kimi Əhl-Sünnə")  deyərək On iki İmamın mənəvi məqamlarını qəbul etməkdədir. (Emirdağ Lahikası, 1: 201

Onsuzda Hz. Ali'dən və Hz. Həsənin altı aylıq xəlifəliyindən başqa, digər imamlar xəlifəlik etməmişlərdir. Məhz Əhl-i Sünnənin əsas olaraq On iki İmam haqqındakı görüşü bu mərkəzədir.Oniki İmam bu zatlardır: Hz. Əli, Hz. Həsən, Hz. Hüseyn, Əli bin Hüseyn, Muhamməd Baqir, Cəfər-i Sadiq, Musa Kazım, Əli Rza, Muhamməd Taqi, Əli Naqi, Həsən Əsgəri və Muhamməd Mehdî (Allah hamısından razı olsun.)

(bax. Mehmed Paksu, Çağın Gətirdiyi Suallar)

 

Cə'FƏRİYYƏ (Cəfərilik)



24-06-2015 08:18:22