Ana səhifə

Çəkim azdır. Biraz zəifəm. Bir az kökəlmək niyyəti ilə sünnədən kənar çox yemək günahdır?


YazdırSend to friend
Sual Detayı: 
Salam əleyküm. Çəkim azdır. Biraz zəifəm. Kilo almaq niyyəti ilə sünnətdən kənar çox yemək günahdır?
Cavab: 

    Və aleykum Salam və rahmətullah.

   Mənəvi böyüklərimiz belə deyər:

'Qəlbi üç şey qaraldaraq   hikmət yolunu bağlayar. Oda çox yemək, çox yatmaq, çox danışmaq. Üç gün ac qaldı deyə dərdlənən adamdan arif bir insan olmaz. O cahil və həddini bilməz adamın təkidir. Cənab-ı Allah bir quluna yardım və ikramda olarsa ona az yeməyi, az danışmağı, az yatmağı nəsib edər. '

    Əgər çəkinizin az olması sağlamlığınıza pis təsir edirsə onda həddi aşmamaq şərti ilə normal ölçüdə qidalana bilərsiniz. Amma çəkinizin az olması sağlamlığınız üçün bir təhlükə törətmirsə o zaman sünnətdən çox yemək məsləhət görülmür. Allah Rəsulu sallallahu aleyhi və səlləm bizlərə ən gözəl örnəkdir. Çünki onu Allah tərbiyə etmişdir.

   İbnu Ömər radıyallahu anh nəql edir: "(Bir şəxs) Rəsulullah əleyhissalatu vesselâm'ın yanında gəyirmişdi, ona: 

 "Gəyirməni bizdən uzaq tut. Çünki, dünyada insanların ən çox doymuş olanları, Qiyamət günü ən çox ac qalacaq olanlardır" buyurdular. " (Tirmizi, Qiyamət 38; İbnu Macə, Ət`imə 50,)  

   Mikdam İbnu Ma'dikerb radıyallahu anh nəql edir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki:

"Adəmoğlu, mədədən daha şərli bir qab doldurmaz. Adəmoğluna belini dikəldəcək bir neçə loxma kifayətdir. Ancaq (nəfsinin qələbəsiylə) illə də (mədəni doldurma işini) edəcəksə heç olmasa onu üçə ayırsın: Üçdə birini yeməyə, üçdə birini suya, üçdə birini də nəfəsinə (təsis etsin, üçdə birdən çoxuna yemək qoymasın). "  (Tirmizi, Zühd 47; İbnu Macə, Ət`imə 50)

    Unutmayaq ki hər tərk etdiyimiz sünnət bizləri Allah`ın rızasından, Rəsulunun şəfaətindən uzaqlaşdırmaqdadır.

    Digər tərəfdən, nəyi nəyə dəyişdirdiyinizə diqqət edin. Belə ki siz qidanızı artırdığınız halda dininizə çox zərər gələ bilər. Çünki bütün günahların başı mədədir. Mədənin dolub da insanın tox hala gəlməsi Nəfsin güclənməsinə səbəb olmaqdadır. Nəfisin güclənməsi isə ona qalib gəlməni çətinləşdirir və nəticədə bir çox haramların edilməsinin qarşısını almaq mümkün olmur. Bu isə əbədi həyatımızı təhdid etməkdədir. Ama maddi bədəndən gələn zərər nədi ki, beş günlük dünyamıza aiddir.

1-Toxluqda bəlâdət-i humuk (axmaqlıq və ağılsızlıq) vardır. Aclıqda səfa qəlb hasil olar, yaddaş qüvvətlənər.

2 - Toxluqda qəlb qatı olar, ibadətlərdən bir ləzzət alına bilməz. Aclıqda riqqət-i qəlb hasil olar, ibadət, dua və münacaattan ləzzət alınar.

3 - Toxluqda fərah və tüğyan vardır. Aclıqda qəlbdə zül və inkirar halı meydana gəlir.

4 - Toxluqta unutqanlıq vardır. Aclıqda kasıb və açların halı xatırlanar  .

5 - Toxluqda nəfsi-əmmarə qüvvət tapar, günah işləməyə meyli artar. Açlıqda şəhvət qırılar.

6 - Toxluqda yuxu və qəflət vardır. Aclıqda oyanıq və seheri olunur.

7 - Toxluqda tənbəllik və zəiflik vardır. Aclıqda davamlı ibadət və taət müyəssər olar.

8 - Toxluq əksər xəstəliklərin başlanğıc səbəbidir. Aclıq bədənə sağlamlıq verər.

9 - Toxluqda çətinlik və ağırlıq vardır, aclıqda fərahlıq və yüngüllük vardır.

10 - Toxluq sədəqə və isarı məhrum edər, aclıq isə artırar.

   Çox yemək günah deyilsə də , günaharın başıdır.

 

Az yemə və içmənin faydaları nədir? Yemək yemədə ölçü nə olmalıdır?

"Hər istədiyini yeməyin israf olaraq yetər." mənasını verən bir hədisi şərif varmıdır? Varsa maddi imkanları olan insanların canının istədiyi şeyləri sağlamlığına zərər verməyəcək şəkildə doyana qədər yeməsi israfdırmı?

 

Az yemək, az danışmaq və az yatmaq haqqında məlumat verərsinizmi?

 


22-05-2014 12:06:59