Ana səhifə

Cəməl Hadisəsi nədir?


YazdırSend to friend
Sual Detayı: 
Cəməl Hadisəsi nədir?
Cavab: 

Hz. Osmanın qatili Yəmənli bir Yəhudi olan əl-Gafıki idi. Hz. Osmanın şəhid olmasıyla İbni Səba, iddiasında böyük bir mərhələ qət etmiş olurdu. Artıq nifaq toxumları meyvələrini verməyə başlamışdı. Bu hadisə Müsəlmanların, İslam dinini başqa ölkələrə çatdırmalarına mane oldu. İslamın fütuhat və təbliğ dövrü bağlandı, bir dayanma və çəkişmə dövrü başladı.

 

Bu mərhələdən sonra İbni Səba, Haşimilərlə Əməviləri qarşı-qarşıya gətirmək üçün yeni bir plan hazırladı. Hz. Osman (r.ə.) Əməvi, Hz. Əli isə Haşimi olduğu üçün, Hz. Osmanı, Hz. Əlinin öldürtdüyünü və onun yerinə keçmək istədiyini ətrafa gizlicə yayaraq Əməviləri təhrik etdi. İbni Səba, bir tərəfdən Hz. Əliyə bu çirkin böhtanı atarkən, digər tərəfdən Onun xəlifə olması üçün açıqca səy göstərir, beləcə xalqın bu böhtana aldanmasını təmin etməyə çalışırdı.

 

Bu məqsədlə, Misirdən gələn karvandan, Yəhudi əsilli İbni Meymun riyasətində bir heyət seçərək Hz. Əlinin hüzuruna göndərdi. Heyət Hz. Əliyə: "Məlumunuz olduğu üzrə, bu ümmət başsız qalmışdır. Xəlifəliyə də ən layiq sizsiniz. Sizdən bu vəzifəni almağınızı istəyirik," dedilər. Hz. Əli (r.ə.) bu təklifi rədd edərək, onları evindən qovdu.

 

Hz. Əlidən (r.ə.) belə bir cavab alınması üzərinə Küfəlilərdən bir heyəti Hz. Zübeyrə və Basralılardan bir heyəti də Hz. Talhaya göndərdi. Hz. Zübeyr və Hz. Talha da Hz. Əli kimi bunların xilafət təkliflərini rədd edərək yanlarından qovdular.

 

İbni Səba, onlardan da istədiyini əldə edə bilməyincə bu dəfə təcavüzkarları sövq və idarə edən Yəhudi Gafıkiyə bu təlimatı verdi: "Mədinəliləri məscidə yığın və onlara dərhal özlərinə bir xəlifə seçmələrini söyləyin. Əks halda hamısını qılıncla qorxudun..."

 

Gafıki başçılığındakı üsyankarlar, bu əmrlə Mədinəliləri məscidə yığaraq onlara: "Ən qısa zamanda özünüzə bir rəis seçin. Əgər siz bu gün bu vəzifəni etməsəniz, Əli, Zübeyr və Talha da daxil olmaq üzrə hamınızı qılıncdan keçirəcəyik," dedilər. Bu hədələməni dinləyən Mədinə xalqı, Hz. Əlinin (r.ə.) hüzuruna çıxaraq, Ondan xəlifəliyi qəbul etməsini xahiş etdilər. Hz. Əli də bu qarışıq vəziyyəti göz qarşısında saxlayaraq vəzifəni, heç istəmədiyi halda, qəbula məcbur oldu.

 

Az zaman sonra Hz. Talha və Hz. Zübeyr (r.ə.), Hz. Əliyə (r.ə.) gələrək Ondan, kitabın hökmünü icra etməsini və Hz. Osmanın qatillərinin cəzalandırılmasını istədilər. Hz. Əli onlara xitab olaraq: "Haqlısınız; lakin dövlət hələ üsyankarları tam mənasıyla həzm etmiş deyil. Onun üçün dövlətin hadisələrə hakim olmasını gözləmək lazımdır..." dedi.

 

Hz. Əli (r.ə.), günahkarların tək-tək təyin olunaraq sorğuya çəkilmələrini və lazımlı cəzaya görmələrini istəyirdi. Hz. Aişə, Hz. Zübeyr və Hz. Talha (r.ə.) isə, bu fikirdə idilər: "Fitnə böyümüş, dövləti hədəf almış və xəlifə şəhid edilmişdir. Məsələ yalnız Hz. Osmanın qatilinin tapılması deyil. Bu fıtne hərəkətinə qatılanlanların çoxunun öldürülməsi lazımdır. Bu səbəblə, üsyankarlar dərhal cəzalandırılmalıdır."

 

Hz. Əli (r.ə.), Quranın "Vela teziru vaziretün vizre uhra" nassından hərəkət ilə, "Birinin səhvi ilə başqasının məsul ola bilməyəcəyi" fikirini irəli sürərək, onların bu fikirinə qatılmadı.

 

Hz. Zübeyr və Hz. Talha (r.ə.), Hz. Əlinin fikirini öyrəndikdən sonra, Hz. Aişə (r.ə.) ilə Məkkədə görüşdülər və üsyankarların üzərinə getmək üçün qüvvət yığmaq üzrə Basraya getməyə qərar verdilər.

 

Hz. Əli də (r.ə.), Hz. Aişə, Hz. Talha və Hz. Zübeyrin (r.ə.) Basraya getdiklərini xəbər alınca dövlətin bütünlüyündə bir parçalanma, bölünmə olmaması üçün ordusu ilə Basraya hərəkət etdi və Zikar mövqeyində yerləşdi. Hz. Əli (r.ə.) məsələnin barış yolu ilə həll edilməsi üçün Qaxa adında bir elçisini Hz. Aişə, Hz. Talha və Hz. Zübeyrə göndərərək onlara, ayrılığın pisliyini, birlik və bərabərliyin əhəmiyyətini, hər şeyin sülh yolu ilə daha yaxşı həll olacağını izah etməsini istədi. O da bu əmri lazımınca, Hz. Aişə, Hz. Talha və Hz. Zübeyrin yanına gedərək onlara Hz. Əlinin fikirlərini: bu yaranın dərmanının sükunət olduğunu, sükunət reallaşdıqdan sonra hər tədbirin alına biləcəyini, əks halda fıtnə və fəsad çıxacağını, bunun da İslama və Müsəlmanlara gətirəcəyi çətinliyin böyük olacağını izah etdi. Onlar: "Əgər Əli bu fikirdə isə, aramızda bir görüş ayrılığı qalmamışdır." dedilər.

 

Bu nəticədən hər iki tərəfin mənsubları da məmnun oldular. Beləcə bir sabitlik, bir sakitlik halı hasil oldu. Hər kəs özünü təhlükəsizlik və hüzur içərisində görərək çadırlarına çəkildilər.

 

Bu sülhdən, çox narahat olan münafiq İbni Səba, tərəfdarlarını yığaraq onlara: "Nə edib döyüşü qızışdırmanız və Müsəlmanları bir-birinə qırdırmanız lazım. Əgər bir nəticə ala bilməzsək, bütün səyimiz boşa gedər; hədəfə çata bilməmiş olarıq." dedi. Və döyüşü başlatmaq üzrə yeni bir plan hazırladılar. Səhərə yaxın saatlarda tətbiqə qoyulacaq bu yeni plan gərəyi, İbni Səba öz adamlarını Hz. Əli (r.ə.) ilə Hz. Zübeyr və Talhanın (r.ə.) çadırlarının ətrafında yerləşdirdi. Bunlar daha sonra hər iki tərəfin çadırlarına basqında oldular. Səs-küy üzərinə oyanan Hz. Zübeyr və Talha (r.ə.): "Nə var, nə olur?" deyə soruşduqlarında, İbni Səbanın adamları, "Hz. Əlinin adamları (Kufəlilər) bizə gecə basqını etdi," dedilər.

 

Bu xəbər üzərinə Hz. Talha və Zübeyr (r.ə.): "Aydın oldu, Hz. Əli, hərbi kəsməkdə səmimi deyilmiş." dedilər. Kənar yandan səs-küyü eşidən Hz. Əli (r.ə.): "Nə olur?" deyə soruşdu. Yenə İbni Səbanın adamları: "Qarşı tərəf bizə gecə basqını etdi. Biz də müqavimət verdik." dedilər. Hz. Əli də: "Aydın oldu. Talha və Zübeyr bizimlə sülh məsələsində eyni fikirdə deyilmişlər." dedi. Beləcə on min adamın həyatına düşən Cəməl Hadisəsi meydana gəldi. Hz. Talha və Zübeyr də bu döyüşdə şəhid oldular. İbni Səba, beləcə Hz. Osmanın (r.ə.) qətlindən sonra məqsədinə doğru mühüm bir mərhələ daha qət etmiş olurdu.



22-01-2010 12:12:07

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz